Oxucu sual verir: Əgər hamamla ayaqyolunun su yolu eynidirsə, hamamda dəstəmaz və qüsl almaq olarmı?
Dəstəmaz və qüsl zamanı istifadə edilən suyun pak olması şəriətdə vacibdir. Lakin dəstəmaz və qüsldən sonra axan suyun pak qalması şərt deyil. Müctəhidlərin risaləsində də belə bir şey yazılmayıb. Doğrudur, bəzi keçmiş alimlərin kitablarında dəstəmaz və qüsl suyunu murdarlığa axıtmamaq müstəhəb bilinib. Amma bu hökm vacib deyil, müstəhəbdir. İslam.az-ın məlumatına əsasən, şərait imkan verdiyi hallarda həyətdə dəstəmaz almaq və ya dəstəmazdan qalan suyu dibçəyə boşaltmaq daha yaxşı olar.