Oxucu sual verir: Gülabla (gül suyu ilə) dəstəmaz almaq olarmı?
Şəriət baxımından həm nəcasəti paklamaq üçün, həm də ibadətə hazırlıq üçün yalnız saf və pak sudan istifadə edilməlidir. İslam.az-ın məlumatına əsasən, hər hansı maddə ilə hiss ediləcək dərəcədə qarışmış su artıq saf sayılmır. Belə suya “müzaf” deyirlər. Gülab da müzaf suyun bir növüdür. Müzaf su heç bir nəcasəti pak etməz, əksinə, nəcasətlə təmasa girərkən özü də murdarlanar. Müzaf su ilə nə dəstəmaz, nə də qüsl almaq doğru deyil, əgər alınsa, batildir.