Fələstinli jurnalist Nadejda Əbu Şabanın internetə yerləşdirdiyi fotoşəkil böyük marağa səbəb olub.
İslam.az modern.az-a istinadla xəbər verir ki, fotoda kameranı silah zənn etdiyi üçün əllərini yuxarı qaldıran suriyalı azyaşlı qız təsvir olunub. Məlumata görə, 4 yaşlı Adi Hudeyanın şəklini 2012-ci ildə türkiyəli fotoqraf Osman Sağırlı çəkib.
