Niyə hər rükətdə qoşa səcdə edirik?
Şəriət əməllərinin heç də hamısının konkret səbəbi bizə məlum deyil. Bunların mənası və səbəbi barədə fikir ayrılıqları mövcuddur. Qoşa səcdələrə gəlincə, İmam Əli (ə) bunun səbəbini bu şəkildə izah edir: Birinci səcdədə sanki buna işarə edirsən ki, sənin cisminin mənbəyi tоrpaqdır. Birinci səcdədən qalxanda sanki təsdiq edirsən ki, ey Allah, sən mənim bədənimi tоrpaqdan çıxarmısan. İkinci səcdədə sanki öləndən sоnra tоrpağa basldırılacağına şəhadət verirsən. İkinci səcdədən qalxanda isə qiyamət günündə yenə tоrpaqdan (qəbirdən) diriləcəyini etiraf edirsən. Doğrusunu Allah bilir.