Körpə uşağın dünyasını dəyişəməsinə onun və ya valideynlərinin günahı səbəb ola bilərmi?
Ölümün səbəbi heç də həmişə günah deyil. Xüsusi ilə uşaq barədə danışarkən bu məsələnin əsla dini məntiqə sığmadığını demək mümkündür. Uşaqlar İslama görə məsumdurlar və onlara heç bir günah yazılmaz. Uşağın ölümünün müxtəlif səbəbləri ola bilər. Bəzən bu hadisəyə səbəb valideynlər ola bilər, bəzən də bu hadisə bəşər övladına bəlli olmayan səbəblərlə əsaslana bilər. Odur ki, bütün hallarda Allaha sığınıb səbr etmək lazımdır.