Kişi naməhrəm qadınla əl verib görüşə bilərmi? Əgər görüşməsə, qadın inciyərsə və dindarlar haqqında pis fikirləşərsə necə?
Naməhrəm şəxslərin bir-birinə toxunması haramdır. Naməhrəm kişi ilə qadın bir-birinin bədəninə toxuna bilməzlər. Hətta onların arasında məhrəmanə söhbətlərin olması da günahdır. Haramlar yalnız can və namus təhlükəsi qarşısında icazəli olar. Allahın haram buyurduqları incimək və pis fikrə düşmək səbəbindən dəyişdirilə bilməz. İnsan hər bir əməlində Allahın razılığını başqa adamların razılığından üstün bilməlidir. Qarşı tərəfin inciməsi və ya İslam haqqında pis fikrə düşməsi buna bəhanə ola bilməz. Əksinə, İslamın bu məsələdə prinsipial mövqeyini bildirmək və inciyən şəxslərə bunun səbəbini anlatmaq daha doğrudur.