Ramazan bayramından əvvəl ve sonra hansı günlər oruc tutmaq haramdır?
Ramazan bayramı Şəvval ayının 1-nə təsadüf edir və buna görə də Ramazan bayramından əvvəl, yəni Ramazan ayının son günü oruc tutmaq nəinki haram deyil, hətta vacibdir. Ramazan bayramı günü isə oruc tutmaq haramdır. Oruc tutmaq haram hesab edilən digər bir gün isə Qurban bayramı günüdür. Digər bir gün isə Şabanın son günü və ya Ramazanın birinci günü olması dəqiq olmayan gündə Ramazan niyyəti ilə oruc tutmaqdır. Həmin gün (Şabanın son günü) qəzası olana qəza, qəzası olmayanın isə müstəhəb niyyəti ilə oruc tutması haram deyil.