POPULYARXƏBƏRLƏR

“Pişim-pişim” üsulu artıq keçərli deyil

Suriyada, ardından isə İraqda özlərini müsəlman kimi qələmə verən quldurların törətdikləri vəhşiliklər, tədricən daha çox insanın bu qanlı münaqişəyəı cəlb olunması, təkfirçilərin artıq Azərbaycanı da hədəfə almalarını söyləməsi istər-istəməz hər bir azərbaycanlını sabahı, hazırda hökm sürən sabitliyin davamlığı haqqında düşünməyə vadar edir. Son günlər hüquq-mühafizə orqanlarının sələfilərin toplaşdığı məscidlərə xüsusi diqqət ayırması bu sualların dövləti də narahat etməsini sübuta yetirir. Artıq hər kəsə hər şey aydındır. Suriyada və İraqda insanlıqla vəhşilik, ilahi dəyərlərlə şeytan ordusu arasında gedən ölüm-dirim savaşı istənilən an sərhədləri aşaraq bir başqa ölkəni alovlandıra bilər. Nəzərə alsaq ki, quduzlaşmış təkfirçilərin əsas hədəfi Əhli-beyt tərəfdarlarıdır (bunu da aşkar bəyan edirlər), o zaman əhalisinin böyük əksəriyyətini məhz Əhli-beyt davamçıları təşkil edən Azərbaycanın da insanlıqdan xaric olanların təcavüzünə məruz qalacağı əfsanə təsiri bağışlamır. Hər şeyin nəzarətdə olduğu haqqında bəyanatlar verilir. Ölkədəki sələfilərin liderləri də qətiyyətlə nə vaxtsa dini zəmində savaşa qalxmayacaqlarına zəmanət verirlər. Amma...

Faktdır ki, bu gün Suriya və İraqda qanlı cinayətlər törədən dəstələr arasında yüzlərlə (bəlkə də minlərlə, kim bilir?) azərbaycanlı var. Özü də hamısı özlərini sələfi adlandırır. Bunlar da, sirr deyil ki, Azərbaycandakı sələfi başbilənlərinin “şinelindən” çıxıblar. Onların təbliğatı, onların dəvətləri, onların nümunələri aparıb çıxarıb bu gün azərbaycanlı balalarını uzaq məmləkətlərə. Ən azından bu əsas verir ki, ölkədəki sələfi liderlərin səmimiliyi şübhə altına alınsın.

Digər bir məsələ. Bu gün baş verənlər fonunda təhsil müəssisələrində dinin əsaslarının tədrisi haqqında fikirlər səslənir. Bildirilir ki, bu yolla gəncliyimizi zombiləşmədən və vəhşiləşmədən qorumaq mümkündür. Gözəl fikirdir və bununla razılaşmamaq olmur. Lakin bu metod ən yaxşı halda 10-15 ildən sonra effekt verə bilər. Biz isə bu günümüzə, sabahımıza bir çarə fikirləşməliyik. Deyirlər, “Dua oxumaqla donuz darıdan çıxmaz”. Yəni məhdud miqyasda həyata keçirilən preventiv tədbirlər ciddi effekt verməyəcək. Hər şeyi etiraf edib deməliyik ki, bu gün Azərbaycanda dini zəmində qarşıdurmanın alovlanmasını səbirsizliklə gözləyən yüzlərlə (minlərlə?!) özünü sələfi adlandırıb başı aşağı gəzənlər var. Özü də onların bu intizarı Əhli-beyt tərəfdarlarının İmam Mehdini (ə) gözləmələrindən bəzən daha real və daha ötədir, ən əsası isə, tam fərqlidir. Onlar meşənin qaranlığına çəkilib kəndin mal-qarasına, toyuq-cücəsinə baxaraq dilini yalmandıran ac çaqqalları xatırladırlar. Onlar gecənin düşməsini, sülh və əminamanlıq içində yaşayan kəndə vəhşi basqını həyata keçirməyə səbirsizdirlər. Azərbaycanda artıq dini dözümsüzlük və nifaq toxumu səpilib. Bunun nəticəsidir ki, hazırda həmyerlilərimiz Suriyada və İraqda dirsəklərinə qədər günahsız insanların qanına bulaşıblar. Toxum səpildiyinə görə də qığılcımın meydana gəlməsi də realdır. Deməli konkret, təxirəsalınmaz və sərt tədbirlər görülməlidir. Vəhşi heyvan meqapolis küçələrində dolaşırsa, onun kimisə parçalamasını gözləmək absurddur. Bunu heç kim də gözləməz, onu dərhal zərərsizləşdirib qəfəsə salarlar. Azərbaycandakı təkfirçilərlə də eyni üsulla davranmalıdır. “Pişim-pişim” üsulu normal insanlara, normal dəlilər üçün keçərlidir. Çünki dəlilərin mülayimi də, sakiti də olur. Təkfirçilər isə konkret baş kəsməyə, qan tökməyə proqramlaşdırılan bio-varlıqlardır. Təəssüf ki, onların hələ tam ciddiyətlə təhlükəsini anlamırıq. Sabah isə gec ola bilər.


islam.az


Yerləşdirilib:24 İyun, 2014  20:00, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 24 İyun, 2014  18:09
# Ответить
+3


]]>]]>

Tam doqru,sadelohv Azerbaycanli evladlarini qan canaqina surukluyub qan qeltaninda boqurlar ve bu vehshilikleri teshkil edenler ozleri yaniki islam dushmenleri kenardan bu sehneye tamasha edib hezz alirlar,artiq bu tamashaya son qoyub sehneni temizlemeyin vaxtidi deyerdim ki gecikmek uzeredir ve hokumetimiz bashda olmaqla xalqimiz bu meselede artiq derecede diqqetli olmalidir.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com