Müctəhidlərin fətvasına görə, namazın üçüncü və dördüncü rükətlərində təsbihati-ərbəəni bir dəfə demək olarmı?
Keçmiş müctəhidlərin bir qismi namazın üçüncü və dördüncü rükətlərində təsbihati-ərbəəni üç dəfə söyləməyi şərt bilirdilər. Son dövrdəki müctəhidlərin əksəriyyəti üç dəfə söyləməyi daha yaxşı və fəzilətli saysalar da, bir dəfə deməyə icazə verirlər. Hal-hazırda müqəllidləri çox olan müctəhidlərdən Ayətullahül-üzmalar Sistani, Məkarim Şirazi, mərhum Ayətullahül-üzma Təbrizi təsbihati-ərbəəni bir dəfə söyləməyi tamamilə kafi bilirlər. Mərhum Ayətullahül-üzma Behcət üç dəfə oxumağı daha fəzilətli və ehtiyata uyğun sayırdı. Mərhum Ayətullahül-üzma Lənkərani vacib ehtiyata görə, üç dəfə oxumağı buyururdu.