Mayın 21-dən 22-nə keçən gecə şaban ayının 15-ci gecəsidir
Məlum olduğu kimi, şabanın on beşi "Nimeyi Şaban", imam Mehdinin (ə) mövlud günü kimi qeyd edilir.İmam Cəfər Sadiqdən (ə) edilən rəvayətə görə, İmam Baqirdən (ə) Nimeyi Şabanın fəzilətləri barədə soruşdular. İmam (ə) buyurdu: "Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allaha yaxınlaşmaq üçün səy edin. Bu gecə əllərini göyə açan heç bir bəndəsini öz dərgahından əli boş qaytarmayacaq”.Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:
a. Qüsl
b. Əhya saxlamaq. Namaz qılmaq, dua oxumaq. Bir rəvayətdə, “bu gecəni əhya saxlayanın qəlbi, qəlblərin öləcəyi gün ölməz” deyə buyurulur.
c. İmam Hüseyn (ə)-ın ziyarəti. Bu əməli yerunə yetirmək günahların bağışlanmasına səbəb olar. Məsumlardan nəql olunan rivayətə görə, hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyn (ə.s)-ı bu gecədə ziyarət etsə ona Həcc və Umrə savabı yazılar.
d. İki 2 rükətli namaz. Hər bir rükətdə Həmd surəsindən sonra 100 ixlas deyilir. Bu namazın niyyəti belədir: Şaban ayının 15-ci gecəsinin namazını qılıram qürbətən iləllah.
Namazdan sonra bu duanı oxumaq lazımdır: “Allahummə, inni iləykə fəqirun və min əzabikə xaifun mustəcir.Allahummə la tubəddilu ismi və la tuğəyyir cismi və la təchəd bəlai və la tuşmit bi ə'dai. Əuzu biəfvikə min iqabik və əuzu birahmətikə min əzabik və əuzu birizakə min səxətik və əuzu bikə minkə cəllə sənaukəntə kəma əsnəytə əla nəfsikə və fəuqə ma yəqulul qailun.”
Allah ibadətlərinizi qəbul eləsin!