Şaban ayında hansı mübarək günlər vardır?
Şəban ayı İslamda mübarək və müqəddəs sayılan üç aydan biridir (rəcəb və ramazan ayları ilə birlikdə). Bu ayda ramazan orucu müsəlmanlara vacib edilmişdir. Bu ayın əlamətdar günlərinə gəlincə, şəbanın 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Abbasın, 5-i İmam Zeynül-abidinin (ə), 11-i Həzrət Əli Əkbərin, 15-i isə İmam Mehdinin (ə) mübarək mövlud günləridir. Şəban ayının 10-da Peyğəmbərin qızı Ümmi-Gülsum vəfat etmişdir.