Araq mağazasında satıcı işləmək olarmı (Özü araq içməmək şərti ilə)?
Haram işlərdə hər hansı dərəcədə iştirak etmək günahdır. Məstedici işkiləri içmək günah olduğu kimi, onun hazırlanmasına, satışına, reklamına yardım göstərmək də günahdır. Çünki bu əməllər haramın yayılmasına şərait yaratmaq deməkdir. İmam Mühəmməd Baqir (ə) buyurmuşdur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) şərabla bağlı 10 dəstəyə lənət demişdi: şərab üçün üzüm əkənə, ona qulluq edib yetişdirənə, onu dərib şirəsini sıxana, içənə, qablara doldurana, daşıyana, daşıtdırana, satana, alana və bundan pul qazanıb yeyənə (“Nurüs-səqəleyn” təfsiri, I cild, səh. 669-670).
İslam.az