Doğrudur ki, Muxtar Aşura qatillərinə ifrat cəza verdiyinə görə axirətdə əvvəlcə cəhənnəmə salınacaq, sonra İmam Hüseynin (ə) şəfaəti ilə xilas olacaq?
Bəzi hədislərə görə guya Muxtar qiyamət günündə cəhənnəmə salınacaq. Əhli-beytin üzvləri cəhənnəmin kənarından keçəndə Muxtar onları çağırıb şəfaət istəyər, onu cəhənnəmdən qurtarmalarını xahiş edər. Amma Peyğəmbər (s), İmam Əli, Həzrət Fatimə və İmam Həsən (ə) ona etina etməzlər. İmam Hüseyn (ə) də kömək etmədən ötüb keçmək istəyəndə Peyğəmbər (s) Ona buyurar ki, Muxtar üçün şəfaət et; çünki o, sənin intiqamını almaq üçün qiyam edib və sənin qatillərindən qisas alıb. İmam Hüseynin (ə) şəfaəti ilə Muxtar cəhənnəmdən qurtular.
Bu barədə mənbələrdə cəmi iki hədis vardır. Həmin hədislərin birini Şeyxüt-taifə Tusi “Təhzibül-ehkam” kitabında, o birini də İbn İdris Hilli “Əs-Sərair” əsərində vermişdir.
Amma əvvəla, bu hədislərdə Muxtarın Aşura qatillərinə cəza verərkən həddi aşmasına görə deyil, tamam başqa səbəb üzündən guya cəhənnəmə düşəcyindən söhbət gedir.
İkincisi, bu hədislərin hər ikisi zəifdir (etibarsızdır). Bir çox alimlər, o cümlədən mərhum Ayətullahül-üzma Seyyid Əbül-Qasim Xoyi bu hədisləri qəti olaraq zəif adlandırırdı.
İslam.az