POPULYARXƏBƏRLƏR

Halal sertifikatlaşdırma niyə lazımdır?

“Qoy insan yediyinə diqqət yetirsin” (Qurani-Kərim 80:24). Müqəddəs kitabımız Qurani-Kərimdə buyrulan bu və digər ayələrdə açıq şəkildə görmək olar ki, Allahtəala (c.c) bizlərə mühüm göstərişlər verir. Bəs görəsən bizlər gündəlik həyatımızda yediklərimizə və içdiklərimizə diqqət yetirirkmi?

Məqsədimiz oxuculara silsiləvi şəkildə halal qida, qida qatqıları, halal qidaların hazırlanması barədə məlumat verməkdir. Təsəvvür edin ki, həddi-buluğa çatmış bir müsəlman gündəlik təlabat malları olan çörək, süd məhsulları, ət, şirniyyat, və alkaqolsuz içki  alır. Çox zaman alıcılar ət və ət məhsulundan başqa digərləri barəsində araşdırma aparmır hətta bəzi alıcılar heç məhsulun etiketi üzərində yazıları belə oxumur. Amma bəzi gündəlik tələbat məhsullarını qruplaşdırıb onların tərkibini araşdırsaq aşağıdakı mənzərə göz önümüzdə canlanar.

Məsələn ən sadə hesab etdiyimiz çörək istehsalında ən əsas diqqət yetirəcəyimiz məsələlər – maya, və qatqılardır. Bəzən pivə mayasından istifadə edilir, bəzən isə, xəmirin turşuluğunu artırmaq, köhnəlməni ləngitmək, ağartmaq və həcmini artırmaq üçün müxtəlif qatqılardan istifadə edilir.  Məsələn həcmi artırmaqdan üçün insan saçından və ya donuz tükündən hazırlanan qatqılardan da istifadə edilir.

Və yaxud süd məhsullarında daha cox mayalar, enzimlərdən istifadə olunur.  Enzimlərin isə bəziləri heyvan mənşəli olur. Bu isə öz növbəsində şübhələrin ortaya çıxmasına səbəb olur. Təbii ki, alkaqolsuz içkilər və şirniyyatlarda məsələ daha mürəkkəbdir. Ona görə də istənilən malı alarkən onun üzərindəki etiketdə göstərilən tərkibə və sertifikatın olub-olmamasına diqqət yetirmək lazımdır.

Bəs görəsən dünya ölkələrində dini həssasiyyati olan insanlar öz qida tələbatlarını necə ödəyirlər? Müqayisəli şəkildə bir nümunəni araşdıraq:

Şimali Amerikada 7 milyona yaxın müsəlman yaşıyır. Bu bölgədə əsasən yəhudilərin Koşər standartlarına uyğun məhsullar dominantlıq təşkil edir. Baxmayaraq ki, ABŞ də cəmi 5 milyon yəhudi yaşayır, illik Koşər bazarının həcmi 100 milyard dollardır. ABŞ-də 86 min koşər məhsulları üzrə sertifikat almış supermarket şəbəkələri mövcuddur.

Son araşdırmalar göstərir ki, ABŞ-də cəmi 15 faiz yəhudi Koşər standartlarına uyğun hazırlanmış məhsullardan istifadə edir. 55 faiz ABŞ əhalisi ona görə Koşərdən istifadə edir ki, o daha təhlükəsiz və təmiz qida heasb olunur. ABŞ-də 30 faiz isə vegetarian qidalarından istifadə edir.

ABŞ-də bir halal sertifikatlaşmadan keçən məhsulun müqabilində 86 koşər sertifikatı almış məhsul mövcuddur. Müsəlmanlar il ərzində ABŞ-də 16 milyard dollar koşər məhsullarına pul xərcləyirlər.

Bəs çıxış yolu nədir? Təbii ki, müsəlmalar halal sertifikatlaşdırma sahəsinə daha məsuliyyətli yanaşmalıdırlar və  günbəgün bu sahəni inkişaf etdirməlidir. İstər istehsalçılar, istər istehlakçılar qidalara və onların hazırlanmasına diqqət yetirməlidirlər. Halal sertifikatlaşma prosesindən keçən məhsullar müsəlmanlar üçün etibarlı və təhlükəsiz qidalardır. Unutmayaq ki, halal şəkildə qidalanma namaz və oruc kimi vacib məsələlərdəndir.

“Halal Konsaltinq Qrup” MMC

Fuad Ağayev



Yerləşdirilib:28 Fevral, 2014  16:20, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Zaur | 4 Mart, 2014  13:03
# Ответить
+1


]]>]]>

Allah müvəffəq etsin. gərək müsəlman ictimaiətidə Halal standartının tətbiq edilməsi üçün səylər göstərsinlər. Amma təəsüflər olsun ki,müsəlmanlar qida məhsullarını qəbul edərkən bu normalara əhəmiyyət vermirlər. Koşər standartı ona görə dünyada özünə yer tutub ki,bunu daim bir və mütəşəkkil fəaliyyət göstərən yəhudilər təşkil ediblər. Müsəlmanların başı isə məzhəb davasına qarışıb.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com