POPULYARXƏBƏRLƏR

Konfliktoloqun dirijablda Suriyaya səyahəti

"Bakupost" - Sülh və Demokratiya İnstitutunun konfliktologiya bölməsinin rəhbəri (?) Arif Yunus üçün əsl özünə layiq iş tapılıb. “Əgər konflikt yoxdursa, onu yaradıb inkişaf etdirmək lazımdır” tezisi ilə yaşayan bu “demokrat” indi də Suriyada savaşan azərbaycanlılarla bağlı araşdırmalara girişib. Amma bu araşdırmaların hansı məqsədlərlə aparılması və hansı niyyətlərə xidmət etməsi müəyyən şübhələr doğurur.

Konfliktoloq KİV-ə müsahibəsinin elə ilk cümlələrindən şiə və sələfi ayrı-seçkiliyini xüsusi vurğulayaraq bu təriqətlər arasına nifaq toxumu səpməyə çalışır.

A.Yunus iddia edir ki, Azərbaycandan 11 nəfər Suriyaya gedərək Bəşər Əsəd tərəfdən döyüşür, məlumatı da ona sələfilər ötürüb: “Bu məsələdə sələfilərlə şiələr arasında fərq var. Sələfilərdə heç zaman ad-soyad göstərmirlər. Daha çox ləqəblər yazılır. Məsələn, Əbu Səid, Əbu Yayha əl-Azəri. İndi sən get axtar tap, gör bu Əbu Səid kimdir?”

Konfliktoloqun iddiasına görə, bu gün Suriyada döyüşən azərbaycanlı şiələr bu ölkəyə Azərbaycandan gedənlər deyil, son 10-15 ildə İrana gedərək orda dini təhsil alan tələblərimizdir: “Məndə bu barədə məlumat daha əvvəldən vardı. Amma onu saytlara vermədim. Çünki mən heç zaman tələsmirəm, gözləyirəm ki, məlumat hər hansı formada təsdiqini tapsın. Məsələn, daha əvvəl məndə 8 nəfər barədə məlumat vardı. Amma sonra bu say 11 nəfərə qalxdı. Bunlar əsasən 20-29 yaşları arasında gənclərdir. Bunlardan biri Naxçıvandan, biri Göyçaydan, ikisi Yardımlıdan, Lənkərandan və Abşeron qəsəbələrindəndirlər”.

A.Yunusdan müsahibə alan jurnalist bildirir ki, bu məlumatlar təsdiqini tapmayıb. Həm rəsmi qurumlar, həm də həmin kəndlərin sakinləri xəbəri təsdiqləmir.

Konfliktoloq bu sözlərin qarşısında heç soyuqqanlılığını pozmur və bildirir ki, həmin sakinlər başqalarına məlumat verməkdən qorxur (?) və “eksklüziv”i yalnız A.Yunusa ötürür:

“Mənə qeyri-rəsmi söhbətlərdə bu faktları təsdiqləyir, amma sonra da deyirlər ki, bizə tapşırıblar bu barədə danışmayaq”.

Sən demə, konfliktoloq “gecə-gündüz əhali ilə görüşür və adamlar məsələ ilə bağlı “dərdini onunla bölüşür: “Dindarlarla görüşürəm, mənim yanıma ölənlərin yaxınları da gəlir. Onlara deyirəm ki, niyə çəkinirsiniz, qorxursunuz? Amma düşünürəm ki, zaman keçdikcə bu informasiyalar geniş yayılacaq”.

Qəribədir, digər bir “demokrat” Leyla Yunus da aləmə yalandan car çəkir ki, bəs “Sovetski” ərazisində yaşayanlar öz hüquqlarını qorumaq üçün ona müraciət edir.

Görəsən adı çəkilən şəhər və rayonların sakinləri niyə Suriyaya döyüşməyə getmiş övladları barədə hamıdan gizlətdikləri “əsl həqiqəti” A.Yunusa etibar edir? Daha bir sual: bütün bu faktları hələ xeyli əvvəl öyrənmiş A.Yunus onları ictimaiyyətdən niyə və hansı məqsədlərlə gizlədib?

Bəlkə konfliktoloq öyrəndiyi faktları vaxtında ictimailəşdirsəydi və etiraz səsini ucaltsaydı aldadılaraq Suriyaya aparılmış digər gənclərimizi geri qaytarmaq, onları düzgün yola çəkmək mümkün olardı. Bu problem cəmiyyətdə geniş əks-səda doğurandan, rəsmi dövlət qurumları və dindarlar işə qarışdıqdan sonra köhnə, özü də qeyri-dəqiq faktları ortaya qoymağın nə mənası var?

A.Yunus Suriyada baş verənlər barədə də fikir yürüdür. Amma bu, hadisələrə daxildən yox, dirijabldan durbinlə baxmaq təsiri bağışlayır. Konfliktoloq iddia edir ki, “Suriyada müharibə yaxın vaxtlarda başa çatmayacaq. Əksinə, düşünürəm ki, Suriya ikinci Əfqanıstan olacaq. Suriyada vəziyyət daha da pisləşəcək, radikallaşma dərinləşəcək.”

A.Yunusu ən çox narahat edən məsələ isə qatı dini radikal qruplaşmalara qarşı aparılan kampaniyadır. Lakin konfliktoloq sonda sevinclə özünə təskinlik verir: “Amma fikir verin, bütün bunlara baxmayaraq onların aktivliyi artır, sayları çoxlarır”.

Deməli, A.Yunusun hələ çox sayda uydurma “konfliktlər” yaratmaq, adamları saxta bəyanatlarla qızışdırmaq, araqarışdıranlıqla məşğul olub özü üçün meydan formalaşdırmaq imkanı qazanacaq.

Fərhad Abdullayev

P.S. Günahın yarısı bu başıbəlalı "tədqiqatçılar"dadısa, digər yarısı da "ələkçiyə qıl verənlər"in payına düşür... İşinizlə məşğul olun!



Yerləşdirilib:21 Fevral, 2014  14:13, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 21 Fevral, 2014  11:55
# Ответить
+3


]]>]]>

3-cu ildir Suriya qan canaqina donub indi arashdirma yada dushub?Ne oldu ki Suriyada hec kesin onlara gun aqlamayacaqina emin olub muxalifet ve iqtidar ozleri artiq sulh anlashmasina start verdiyi halda mezheb ayriseckiliyi ifade eden arashdirmacilar ishe bashladilar,ozudeki Sulh ve demokratiya institutunun numayendesi.Meger sulh shuari altinda bu cure ayriseckilik fikirler oyadan mezheb adlarinin meselede ifade edilmesi sulh teshebbusune qulluq edir?Efsuslar olsun!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com