POPULYARXƏBƏRLƏR

Bəzi KİV-ə xatırlatma - “İmanınız yoxdursa, heç olmasa kişiliyiniz olsun”

Son günlərdə azərbaycanlı gənclərin Suriyaya gedərək bu ölkədə daxili münaqişəyə qoşulması mediada geniş mübahisə mövzusu oldu. Suriyadakı terrorçu qruplara aid saytlarda və sosial şəbəkələrdəki səhifələrdə öldükləri elan edilən azərbaycanlıların daha çox “Ən-Nusra Cəbhəs”i“Ceyşul-Muhacirin vəl-Ənsar” kimi terrorçu qrupların tərkibində yer aldıqları bildirilir. Öldürülənlərdən bəzilərinin valideynləri və yaxınları bu gənclərin Suriyaya Aşurbəy və Müşfiqabad məscidi tərəfindən göndərildiyini iddia etdilər. Lakin son günlər bəzi saytlar Bəşşar Əsəd tərəfində döyüşən azərbaycanlıların olmasından danışmağa başladı. Ancaq çox tezliklə bütün bu xəbərlərin əsassız, yalan olduğu üzə çıxdı. Həqiqətən də, düşündürücüdür: 200-ə qədər sələfinin ölüm xəbəri verildiyi və fotoları yayıldığı halda, nə üçün mövcudluğu iddia olunan digər dəstənin üzvlərindən birinin ölüm xəbəri təsdiqini tapmır? Niyə bu günə qədər onların valideynlərindən övladlarının Suriyaya getdiyi barədə şikayət eşidilmir?

Təəssüf ki, bu gün Azərbaycan mətbuatında yalan olması əvvəlcədən bəlli olan məlumatları yaymaqda maraqlı saytlar və qəzetlər mövcuddur. Heç bir mənəvi dəyərlə yüklənməyənlərin belə bir addım atmasına bəraət qazandırmaq olmasa da, hər halda anlaşılandı: insanlar zatən mənəvi dəyərlərinə arxa çeviriblər. Amma çox təəssüf ki, bəzən belə bir çirkli oyunlara özlərini Allah adamı kimi qələmə verənlər də qoşulurlar. Hərçənd, yalan danışmaq və yalan məlumat vermək, başqasına böhtan atmaq İslam dini baxımından ən böyük günahlardan hesab edilir. Bu mövzuda istər sünni, istərsə də şiə məzhəbinin davamçıları yekdil fikirdədilər. Bunu islam.az-ın müraciət etdiyi ilahiyyatçılar da təsdiqlədilər.

Hacı İbrahim İbrahimov (Zaqatala-Balakən bölgə qazisi):

- Bu cür yalan və böhtanlar ictimai sabitliyi pozmağa, məzhəb ayrıseçkiliyi, qarşıdurması yaratmağa yönəlib. Bunu yayanlar yaxşı bilirlər ki, yalan və böhtanın günahı nə dərəcədədir. Lakin öz məqsədlərinə çatmaq üçün onlar istənilən addımı atmağa hazırdırlar. Böhtanın böyük günah olması barədə hədislərimiz çoxdur. Məsələn, Əli ibn Əbu Talib buyurur ki, “Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur”. Həyasız və abırsız şəxsdən də istənilən fəsadı gözləmək olar.

Təkfirçilərin başbilənləri Suriyada məğlub olduqlarını, bütün dünyada, həmçinin Azərbaycanda ictimaiyyət arasında biabır olduqlarını anladıqları üçün bu cür böhtanları yaymağı əlaltılarına tapşırıblar. Amma bu da nəticə verməyəcək. Çünki “Batil məhv olmağa məhkumdur”.

Hacı Şahin Həsənli (“Məşədi Dadaş” məscidinin imam-cüməsi):

- Ümumiyyətlə yalan və böhtan haqda Quranda və hədislərdə geniş məlumatlar verilir. Əxlaq alimlərinin göstərişlərinə əsaslansaq, yalan böyük günahlardan hesab olunur. Hədislərdə yalan barəsində qeyd olunur ki, “Bütün pislikləri bir evə yığsaq, evin açarı şərabdır”. Davamında isə “yalan ondan da pisdir” buyurulur. Bir insanın barəsində yanlış məlumat vermək, olmayan bir şeyi danışmaq böyük günah, yalan danışmaq isə bütə ibadət etmək kimi hesab olunur.

Hədislərdə qeyd olunur ki, yalan danışmaq Allaha şərik qoşmaq qədər çirkin bir əməldir. Cəmiyyətdə yalan çox olarsa, insanlar arasında biri-birinə qarşı etimad azalır, insanların biri-birinə inamı qalmır. Buna görə də yalan həm də ictimai bir günahdır.

Özlərini dindar kimi təqdim edən insanların yalan danışması daha böyük günahdır. Bu, münafiqliyin əlamətlərindən biridir. Özünü imanlı kimi göstərən insanın başqalarına böhtan atması və yalan danışması ikiqat artıq günahdır, çünki bu insan cəmiyyətə özünü dindar kimi göstərərək, əslində ona olan inamdan sui-istifadə etmiş olur.

Bəzi radikal qüvvələrin guya digər məzhəb nümayəndələrinin Suriyada Bəşər Əsəd qüvvələri tərəfdə döyüşmələri iddiaları yalan və böhtan xarakterlidir, bu iddialara heç bir sübut yoxdur.

İndiyə qədər başqa məzhəblərdən kiminsə gedib Suriyada döyüşdüyünü göstərən bir fakt əldə olunmayıb.

Bildiyim qədər təkfirçilər və onların tərəfdarları saxta siyahı düzəldərək Nardaran və Maştağadan bir neçə adamın adını qeyd ediblər. Lakin bu kəndlərin sakinləri özləri də bunu təkzib etmişlər, hətta bu adlarda heç kimin kənddə yaşamadığını da bildiriblər.

Uzun müddətdir döyüşlər davam edir, radikal qruplaşmalardan nə qədər insanın cəsədinin, ölüsünün şəkili çəkilir göstərilirsə, hələ başqa bir məzhəbdən kiminsə barəsində konkret belə bir görüntü və ya məlumat verilməyib. Yalançı siyahılar uydurub, onu mətbuata ötürmək böyük bir günahdır, ictimai fikri çaşdırmaqdır və bu günahın ictimai fəsadı daha çoxdur.

P.S.Sonda isə yalan məlumatları yayan şəxslərə və mətbu orqanlara imam Hüseynin (ə) Kərbəlada dediklərini xatırlatmaq istərdik: “İmanınız yoxdursa, heç olmasa kişiliyiniz olsun”



Yerləşdirilib:12 Fevral, 2014  16:41, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 3
Müəllif: ELIK | 12 Fevral, 2014  13:40
# Ответить
+6


]]>]]>

Ay qardas cox duzgun yazmisiz. Men ozum de Azerbaycan kanallarinin brinde bele bir iyrenc xeberi esidende sok kecirdim ve ureyimde dedim ki, ay serefsizler ne kisiliyiniz var ne deki meneviyyatiniz. ATV kanalinda esiddim ki, bizim sieler Iran terefinden Suriyaya gonderilir ve Beser Esed terfinden vurusurlar. Men isteyirdim ki, siz bu meqaleni gundeme cixardasiniz. Bir sozle Azerbaycan mediasi hamisi yahudilerin massonlarin elinden kecdiyi ucun ozlerine de nece xeyir edirse ele de teqdim edirler. Sozum ise bu alcaq Azerbaycan telekanallarina ve saytlarinadir. Kisiliyiniz yoxdursa hec olmasa adamliginiz olsun lakin hec o da yoxdursa onda Allah sizin belanizi versin. Nece ki, yahudilere ve Seud vehabilerine yaltaqlanacaqsiniz ve ele onlarin aqibeti kimi sizin de qaibetiniz olacaq.
Müəllif: Qalib | 12 Fevral, 2014  16:06
# Ответить
+4


]]>]]>

Bele saytlar pula gore her sheylerini satarlar, binamuslar. Heqiqeten de kishilikleri yoxdur. Allah hidayet elesin
Müəllif: Sefevi | 12 Fevral, 2014  18:58
# Ответить
+4


]]>]]>

Gözəl yazılıb, lap quşu gözündən vurublar. Əhsən! Allah ruhanilərimizi də hifz etsin!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com