POPULYARXƏBƏRLƏR

Bu il müsəlmanların “Vəhdət həftəsi” yanvarın 12-19-na təsadüf edir

“Həqiqətən, möminlər qardaşdırlar!” (Hucurat surəsi, 10-cu ayə)

İki yolun ayrıldığı nöqtə həm də bu yolların birləşmə nöqtəsidir. Həzrət Məhəmməd peyğəmbərdən (s) sonrakı tarix müsəlmanları bir sıra məsələlərdə bir-birindən ayırsa da, xoşbəxtlikdən onlar daim Peyğəmbərin (s) özündə birləşməkdədir.

Həzrət Məhəmməd peyğəmbərin (s) təvəllüdü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiyanın göstərilməsi səbəbindən müsəlmanlar onun doğum gününü iki fərqli gündə (hicri təqvimlə rəbiül-əvvəl ayının 12-si və 17-si) qeyd edirlər. Günlər arasındakı fasiləni qovuşdurmaq məqsədilə 1981-ci ildən etibarən uzaqgörən İslam alimlərindən olmuş mərhum İmam Xomeyninin təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə “vəhdət həftəsi” elan edilmişdir. Hazırda Həzrət Peyğəmbərin (s) bu günlərə təsadüf edən təvəllüd günləri bəzi müsəlman ölkələrində “vəhdət həftəsi” kimi qeyd edilməkdədir.

Məhəmməd peyğəmbərin (s) doğum günü ərəfəsi İslam dünyasının birlik rəmzidir.

Bu gün hicri-qəməri tarixi ilə rəbiul-əvvəl ayının 12-dir və bu günlər İslam peyğəmbərinin doğum gününə təsadüf edir. Bəzi alimlər peyğəmbərin rəbiul-əvvəlin 12-də bəziləri isə o həzrətin 17-də doğulduğunu qeyd edirlər. "Qurani-Kərim"in ayələrinə əsasən, Allah İslam peyğəmbərini insanlara və xüsusilə müsəlmanlara hidayət və mərhəmət əlaməti kimi göndərib. Belə şəxsiyyətin doğum günü, təbii ki, insanların və əsasən müsəlmanların birliyinə səbəb olmalıdır.

Peyğəmbərin doğum günü ərəfəsinin İslam dünyasının birliyi rəmzi kimi qələmə verilməsi ilk dəfə Ayətullah Musəvi Xumeyni tərəfindən təşəbbüs edilib və bu təklif az keçməmiş bütün İslam firqələri tərəfindən müsbət qarşılanıb. Amma bu birliyin hansı şəkildə əldə edilməsi və hansı şərtlərlə icra edilməsi hələ də böyük maneələrlə üzləşməkdədir.

Bir çoxunun fikrincə, İslam dünyasında birliyin əldə edilməsi əsasən məzhəblərarası fərqlərin aradan qaldırılması ilə baş tuta bilər. Amma görünür bu məsələnin elə özü münaqişəyə səbəb olur. Hazırda İslam dünyasında məzhəblərarası qarşıdurmalar da buna əyani sübutdur.

Bəzi İslam alimləri və sosioloqları islamda məzhəblərarası və firqələrarası fərqləri labüd sayıblar. Lakin bu fərqlərin münaqişəyə səbəb olmaması üçün məzhəblərarası dözümlülüyü çıxış yolu kimi təklif edirlər. Şübhə yoxdur ki, İslam dünyasında radikal və təkfirçi sələfi hərəkatı kimi firqələr bu dözümlülüyə və müsəlmanların birliyinə zərbə vuran əsas amillərdir. Alimlər məzhəb fərqlərini birliyin qarşısını alan amillər sırasında görmürlər, bəlkə firqələr arasında ikrah hisslərinin oyadılması birliyi pozan əsas amildir ki, ilk növbədə, bu hisslərin qarşısını almaq üçün yetərli şəkildə maarifləndirmə işi aparılmalıdır.



Yerləşdirilib:13 Yanvar, 2014  13:33, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Nazim | 13 Yanvar, 2014  10:44
# Ответить
+4


]]>]]>

Hazreti Muhammed Alehis-selamin movludu munasubeti ile butun dunya muselmanlarini semimi qelbden tebrik edirem,MUBAREKDIR!Aqamiz Hazreti Muhammed Alehis-selam ve onun pak Ehli-beytine SALAVAT!
Müəllif: Aysel | 13 Yanvar, 2014  11:17
# Ответить
+3


]]>]]>

ALLAHIN SALAMI OLSUN MUHEMMED PEYGEMBERE VE ONUN PAK EHLIBEYTINE.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com