Həzrət Muhəmməd Peyğəmbərin (s) zəhərlə şəhid edilməsi haqqında rəvayət doğrudurmu?
Bəzi rəvayətlərdə deyilir ki, on dörd məsumun hamısı şəhiddir və şəhidlik bu müqəddəslərin bir xüsusiyyətidir. Bu nəzəriyyəyə görə, Peyğəmbərin də şəhid edilməsi təbii haldır.
Tarix kitablarında yazılıb ki, Xeybər savaşından sonra Zeynəb adlı bir yəhudi qadın zəhərli xörək hazırlayıb Peyğəmbərə gətirdi. Peyğəmbər xörəkdən bir loğma götürüb ağzına qoydu, amma zəhərli olduğunu hiss edib (bunun Ona Cəbrail tərəfindən xəbər verildiyini də yazırlar) tüpürdü. Amma səhabələrdən Bişr adlı birisi bu xörəkdən yeyib öldü. Deyirlər ki, Peyğəmbər loğmanı udmasa da, zəhər ağız suyu ilə o həzrətin bədəninə keçibmiş. Bu hadisədən sonra Peyğəmbərin narahatlıq hiss etməsi və “bunlar o xeybərli qadının zəhərinin təsirindəndir” buyurması da bildirilir. Bu rəvayət bütün mənbələr tərəfindən səhih qəbul edilmir.
İslam.az