Bəzi Quran qareləri Fatihə surəsindəki “malik” sözünü uzun “a” ilə yox, “məlik” kimi oxuyurlar. Hansı daha doğrudur?
Bu, qiraət fərqlərindən yaranan bir məsələdir. Qurani-kərimin fərqli qiraətlərində (bu qiraətlərin sayının 7 ya 10 ya da 14 olduğunu yazırlar) bəzi kəlmələr fərqli cür oxunur. Məşhur qiraətlərdən Asim, Kisai, Xələf və Yəqubun qiraətlərində “malik”, o biri qiraətlərdə isə “məlik” şəklində oxunur. Bu gün Səudiyyə Ərəbistanı, Türkiyə və İranda nəşr olunan Quranlar Asim qiraətinə bağlıdır və burada “malik” yazılıb. Kəlməni hər iki formada oxumaq olar. Amma surənin qalan ayələri də həmin qiraətə uyğun olmalıdır. Yəni surənin bir sözünü bu qiraətlə, qalan sözlərini isə başqa qiraətlə oxumaq düzgün deyil.
İslam.az