Həzrət Əbülfəzl Abbasın şəhid olarkən neçə yaşı vardı? Onun övladları qalıbmı?
Həzrət Abbas İmam Əlinin (ə) Ümmül-bənin adlı qadınla izdivacından doğulub. Onun özündən kiçik daha 3 qardaşı da var idi ki, hamısı Kərbəlada şəhid olmuşlar. Abbas hicrətin 26-cı ili, şəban ayının 4-də doğulmuşdur. Beləliklə, Aşura günündə 35-ə yaxın yaşı vardı. Həzrət Abbasdan Übeydullah adlı bir oğul yadigar qaldı (bəziləri Fəzl adlı daha bir oğlunun da olduğunu yazırlar). Übeydullahın nəsli Həsən adlı oğlu vasitəsilə, Həsənin nəsli isə beş oğlu vasitəsilə davam etmişdir. Həzrət Abbasın nəslindən xeyli ədib, şair, xətib, qazı çıxmışdır ki, onların haqqında tarix kitablarında, o cümlədən, Şeyx Abbas Quminin “Müntəhal-amal” əsərində məlumat verilir. İmadzadə İsfahaninin qələmə aldığı “Qəməri-Bəni-Haşimin, Əliəkbərin və Əliəsğərin həyatı” kitabında Həzrət Abbasın övladlarının Seyyid Şihabəddin Nəcəfi Mərəşi tərəfindən tərtib edilmiş böyük şəcərəsi verilib.
İslam.az