POPULYARXƏBƏRLƏR

İmam Hüseynin (ə) qatillərindən biri - Übeydullah ibn Ziyadın aqibəti

Kərbəla faciəsinin qanlı cinayətkarlarından biri də Übeydullah ibn Ziyaddır. Onun atası Ziyad hicrətin birinci ilində və ya Bədr döyüşü baş verən gündə anadan olmuşdur. Atasının kimliyi mübahisə obyektidir.

Camaat onu Übeyd Səqəfinin oğlu kimi qəbul edirdi. Amma Əbu Süfyan həmişə iddia edirdi ki, Ziyadın əsl atası odur. Elə buna görə hicri 44-cü ildə Müaviyə ibn Əbu Süfyan Ziyadı rəsmən öz qardaşı adlandırmış və bu barədə hər yerə car çəkdirmişdi.

Ziyad xəlifə Ömər ibn Xəttab tərəfindən Bəsrə valisinə köməkçi göndərildi, əvvəlcə Müğeyrə ibn Şöbənin, daha sonra Əbu Musa Əşərinin katibi və Bəsrə beytül-malının xəzinədarı oldu. Imam Əli ibn Əbu Talib (ə) onu Fars vilayətinin valisi təyin etdi. Ziyad o həzrətin şəhadətinə kimi səbrlə dözdü və Əhli-beyt tərəfdarlarına qarşı ürəyindəki kin-küdurəti aşkara çıxarmadı.

Imam Əlinin (ə) şəhadətindən sonra Ziyad Müaviyənin tərəfinə keçdi. Müaviyə onu öz qardaşı adlandırdıqdan sonra Iraqın ixtiyarını ona verdi, daha sonra Xorasan və Fars vilayətlərinin hakimliyini də ona həvalə etdi. Ziyad bu yerlərdə çox zülmlər törətdi, yüzlərlə Əhli-beyt tərəfdarını sürgün etdi, bəzilərini qətlə yetrdi. Ziyadın zülmü o yerə çatdı ki, camaat Imam Həsənə (ə) ondan şikayət etdi. Imamın duası ilə Ziyadın bir əlinin baş barmağında şiş əmələ gəldi, şiş getdikcə böyüyüb boynuna kimi yayıldı, nəhayət, hicri 53-cü ildə Ziyad bu xəstəlikdən öldü.

Ziyadın oğlu Übeydullah atasından sonra Müaviyənin əmri ilə əvvəlcə Xorasan vilayətinə vali təyin olundu. Iki ildən sonra Müaviyə Bəsrə şəhərini ona təslim etdi. Übeydullah da atası kimi Əhli-beytin qatı düşməni idi. Iraqda bir neçə məscid tikdirib, bu məscidlərin minbərindən Həzrət Əliyə (ə) lənət oxutdururdu. Onun xəbisliyinin səbəbini əsl-nəcabətində axtarmaq lazımdır. Übeydullahın anası Mərcanə adlı kəniz idi və əxlaqsızlıqda ad çıxarmışdı. Hətta Həzrət Zeynəb Kufədə söylədiyi xütbədə Übeydullahı “yəbnə Mərcanə” (ey Mərcanənin oğlu) adlandırmışdı ki, bu da ərəblərdə böyük rüsvayçılıq və təhqir sayılır.

Imam Hüseyn (ə) əmisi oğlu Müslim ibn Əqili kufəlilərin dəvəti ilə bu şəhərə göndərəndən sonra xəfiyyələr Yezidə məktub yazdılar ki, Kufə valisi Nöman ibn Bəşir süst davranır, şəhərə nəzarət edə bilmir və tezliklə Müslim bütün Kufənin ixtiyarını ələ alıb Hüseyni (ə) bura çağıracaq. Ona görə də Yezid Nömanı vəzifəsindən azad edib, o zamanlar Bəsrə valisi olan Übeydullahı həm də Kufə şəhərinə vali təyin etdi. Übeydullah Kufəyə girəndən sonra qısa müddət ərzində şəhəri özünə tabe etməyə nail oldu. Müslimə beyət edənlər dağıdıldı, Müslim tək qalıb ələ keçirildi və qətlə yetirildi. İbn Ziyadın başçılığı altında toplanmış qoşun Ömər ibn Səd ibn Əbu Vəqqasın bilavasitə rəhbərliyi ilə Imam Hüseynin (ə) üzərinə yola düşdü və Kərbəla səhrasında məlum faciə baş verdi. Döyüş əməliyyatına Kufədən nəzarət və rəhbərlik edən Übeydullah ibn Ziyad bu faciənin əsas səbəbkarlarından biridir.

Əsir düşmüş Əhli-beyt üzvləri min-bir əziyyətlə Kufəyə – Ibn Ziyadın sarayına gətirildilər. Ibn Ziyad burada Imam Hüseynin (ə) kəsik başını çubuqla vurub təhqir etdi, əsirlərin qarşısında öz qələbəsi ilə öyündü. Amma Həzrət Zeynəbin və Imam Zeynül-abidinin (ə) parlaq xütbələri Ibn Ziyadın çirkin simasını faş etdi, onun mənfur və xəbis niyyətini bütün şəhər əhalisinin gözləri qarşısında sərgilədi.

Kərbəla faciəsindən sonra Ibn Ziyad Əməvi hökumətinə daha bir neçə dəfə xidmət göstərdi. Yezidin ölümündən və vəliəhd Ikinci Yezidin hakimiyyətdən imtina etməsindən sonra yaranmış qarışıqlıq fonunda Übeydullah əvvəlcə xilafət tacını ələ keçirmək istədi. Amma məqsədinə çata bilməyəcəyini anlayanda Iraq torpaqlarını buraxıb Şama qaçdı. Burada ustalıqla manevr edib Mərvan ibn Həkəmin hakimiyyətə gəlməsinə şərait yaratdı. Daha sonra Imam Hüseynin (ə) intiqamını almaq şüarı altında qiyam qaldırmış təvvabın (tövbə edənlər) hərəkatını darmadağın edib, minlərlə Əhli-beyt tərəfdarını qanına boyadı. Nəhayət, Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın əmri ilə Muxtarın üzərinə qoşun çəkdi. Hicri 67-ci ildə tərəflər arasında baş vermiş şiddətli döyüşdə Muxtarın qoşununa başçılıq edən Ibrahim ibn Malik Əştər Übeydullah ibn Ziyadı qılıncla iki yerə bölüb cəhənnəmə vasil etdi.

Ibrahim Übeydullahın başını kəsib Muxtara göndərdi. Muxtar da onu Imam Əlinin (ə) oğlu Məhəmməd ibn Hənəfiyyəyə yolladı. Mühəmməd başı görəndə şükr səcdəsi etdi, sonra onu Mədinəyə – Imam Zeynül-abidinə (ə) göndərdi. Übeydullahın başını Imam Zeynül-abidinin (ə) hüzuruna gətirəndə o həzrət yemək yeyirmiş. Imam qalxıb şükr səcdəsi etdi, sonra buyurdu: “Atamın kəsik başını Übeydullahın hüzuruna gətirəndə o, süfrə arxasında oturub yemək yeyirdi. O zaman Allaha dua etdim ki, eyni vəziyyətdə intiqamımı alana kimi mənə ömür versin. Indi duam yerinə yetdi”. Bəzi rəvayətlərə görə, Muxtar kəlləni aparan adama tapşırmışdı ki, Imam yemək yeyəndə Onun hüzuruna daxil olsun. Imam Zeynül-abidin (ə) hər gün günorta vaxtı iri süfrə açıb ehsan verərdi. Həmin gün camaat ehsana toplaşanda qasid gəlib Übeydullahın kəsik başını təhvil verdi.

Deyirlər ki, Übeydullahın kəlləsini Muxtarın yanında yerə qoyan kimi iri bir ilan gəlib onun ağzından girdi və burun dəliyindən çıxdı, bu hadisə bir neçə dəfə təkrar oldu.

Salnamələrdə yazılıb ki, Imam Hüseynin (ə) şəhadətindən sonra Əhli-beyt matəm saxlayırdı. Bəni-Haşim qadınları gözlərinə sürmə çəkmir, saçlarına həna qoymurdular. Bu, Übeydullahın qətl xəbəri gəlib-çatana kimi davam etdi, yalnız bundan sonra Əhli-beyt üzvləri matəmdən çıxdılar.



Yerləşdirilib:18 Noyabr, 2013  16:42, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Aysel | 18 Noyabr, 2013  21:37
# Ответить
+1


]]>]]>

Allahin lehneti olsun ona.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com