POPULYARXƏBƏRLƏR

Aşura günü oruc tutmaq müstəhəbdir yoxsa məkruhdur?

Aşura günü oruc tutmaq müstəhəbdir yoxsa məkruhdur?

Bu barədə sünni və şiə məzhəbləri arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbinə görə, aşura günündə oruc tutmaq sünnətdir. Özü də bu zaman yalnız aşura günü deyil, ya mühərrəm ayının 9-u və 10-u, ya 10-u və 11-i, ya da ardıcıl olaraq 9-u, 10-u və 11-i oruc tutmaq məsləhətdir.

Sünni mənbələrində aşura günü oruc tutmaq ənənəsini Həzrət Mühəmməd Peyğəmbərin (s) adı ilə bağlayırlar. Rəvayətə görə, hicrətdən sonra Peyğəmbərimiz Mədinə müsəlmanlarının aşura günü oruc tutduqlarını görüb səbəbini soruşur. Cavab verirlər ki, bu gün Həzrət Musanın (ə) başçılığı altında Bəni-İsrail qövmünün fironun təqibindən xilas olduğu gündür. Bu münasibətlə yəhudilər həmin günü bayram edir və oruc tuturlar. Peyğəmbər buyurur: “Musaya mən sizdən (yəni yəhudilərdən) daha layiqəm (yəni Musa Peyğəmbərin (ə) ənənəsini davam etdirməyə mən sizdən daha layiqəm)”. Bundan sonra o həzrət, aşura günü oruc tutmağı müsəlmanlara əmr edir (Səhihül-Buxari, Kitabüs-Sövm, hədis 2004).

Ümmül-möminin Aişə bu fikirdə ki, aşura günü oruc tutmaq ənənəsi cahiliyyə dövründə də var imiş. Ərəblər hər ilin aşura günündə Kəbənin üzərinə örtük (kisvə) salır və oruc tuturdular. İslamın ilk dövrlərində də müsəlmanlar aşura günü oruc tuturmuşlar. Ramazan orucu fərz olandan sonra aşura gününün orucu qüvvədən düşdü; istəyən həmin gün oruc tutur, istəməyən tutmurdu (Səhihül-Buxari, Kitabüs-Sövm, hədis 2001-02).

Şiə məzhəbinə görə, aşura günü oruc tutmaq şiddətli məkruhdur. Səbəbi isə budur ki, İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra Onu öldürənlər şadyanalıq etdilər və İmam Hüseynə (ə) qalib gəldikləri üçün Allaha şükr niyyəti ilə həmin gün oruc tutmaq dəbini qoydular.

Bu barədə bəzi hədislərin tərcüməsini diqqətinizə təqdim edirik.

İmam Rza (ə) buyurub: “...Aşura günündə İmam Hüseyn (ə) qətlə yetirilib. Həmin günü İbn Ziyad mübarək saydı (bayram etdi), amma Ali-Mühəmməd (ə) həmin günü matəm tutur. Hər kim aşura günündə oruc tutsa və təbrik desə, Allah-təala qiyamət günündə onun qəlbini kafirlərin qəlbinin şəklinə salar, həmin adamı aşura günündə oruc tutmağı və təbrik deməyi dəb qoymuş adamlarla bir cərgədə məhşərə gətirər”.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “...Məgər belə bir gündə oruc tutularmı? Kəbənin Rəbbinə and olsun ki, həmin gün oruc günü deyil, göyün və yerin əhli üçün, bütün möminlər üçün hüzn və müsibət günüdür...” (hədislər “əl-Kafi” kitabındandır, “Kitabüs-Siyam”, “Ərəfə və aşura günlərinin orucu” babı, hədis 4-7, IV cild, səh. 146-147).

İslam.az



Yerləşdirilib:12 Noyabr, 2013  20:43, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 6
Müəllif: administrator | 13 Noyabr, 2013  04:23
# Ответить
+3


]]>]]>

Aşura günündən başqa istənilən gün tutmaq olar.
Müəllif: Gunelka | 15 Noyabr, 2013  20:00
# Ответить
0


]]>]]>

Salam Aleykum.men oruc tutmaq isdiyirem deye bilersiz zehmet olmasa seher neceye kimi yimey yimey olar ve axwam saat necede iftari acim?
Müəllif: administrator | 16 Noyabr, 2013  01:43
# Ответить
+1


]]>]]>

Saytimizda namaz cedveli var. Orda yazilmish subh azani vaxtina qeder yemek olar, axhsam Meqrib azani yazilan vaxtda ise iftar achilir
Müəllif: Turkan | 17 İyun, 2015  18:39
# Ответить
+1


]]>]]>

Oruc tutmaq teqvimi isteyirem
Müəllif: Turkan | 17 İyun, 2015  18:40
# Ответить
0


]]>]]>

Oruc tutmaq teqvimi isteyirem
Müəllif: Turkan | 17 İyun, 2015  18:40
# Ответить
0


]]>]]>

Oruc tutmaq teqvimi isteyirem
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com