POPULYARXƏBƏRLƏR

Hicab: baş örtüyü deyil?

“Bəziləri dini suallarla ərəb dilini az-çox bilən adi insanlara müraciət edirlər” - ilahiyyatçı

Oktyabrın 21-də müqəddəs Quranı Azərbaycan dilinə tərcümə edən Nəriman Qasımoğlu saytların birinin oxucularının dini sahədə bəzi suallarını cavablandırıb. O,  “Hicabla bağlı, “Söhbət abırlı geyinməkdən gedir” demişdiniz. Yenə bu fikirdəsinizmi?” sualına, “Müqəddəs kitabımızda “hicab” sözünün baş örtüyünə heç bir dəxli yoxdur” cavab verib. Məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçı Mirhəmid Məmmədova müraciət etdik.

- Ümumiyyətlə, İslam dinində vacib əhəmiyyət kəsb edən bu cür sualları bu sahədə mütəxəssis olmayan birinə vermək nə dərəcədə düzgündür?

- Bu adam dini sahədə biliklər üzrə mütəxəssis deyil. Ölkəmizdə bəzi adamlar həkim əvəzinə falçıya və ya sınıqçıya müraciət etdiyi kimi bəziləri də dini zəmində olan suallarla ərəb dilini az-çox bilən adi insanlara müraciət edirlər. Bu da cəmiyyətdə çaşqınlıq yaradır. Məsələn, mənim bir sürücü dostum var. Əslən ərəbdir və ərəb dili onun ana dili olduğu üçün bu dili mükəmməl bilir və orta məktəbi də “qırmızı diplom”la bitirib. Lakin bu o demək deyil ki, o, dini məsələləri, şəri hökmləri və Qurani-Kərimin təfsirini bilir.

- Nəriman Qasımoğlunun hicabla bağlı cavabına münasibətiniz necədir, həqiqətənmi hicab baş örtüyü sayılmır?

Bu şəxs hicabın vacib olmasını buyuran ayə barəsində deyir ki, bu ayədə baş örtüyünün vacibliyindən söz getmir. Amma məsələ burasındadır ki, bu fakt Quranda bir neçə yerdə qeyd olunub. Bunlardan biri “Nur” surəsinin 30-31-ci ayələrində vurğulanır. Sözügedən ayədə bir tərəfdən Allah-Təala kişilərə buyurur ki, gözlərinizi örtün, digər tərəfdən də buyurur ki, eyib yerlərinizi örtün. 31-ci ayədə isə qadınlara həm gözlərini, həm də eyib yerlərini örtmələrindən əlavə, “zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. yerlərini də naməhrəmlərdən örtmələri” buyurulur. Ayənin təfsirində fərqli baxışlar var. Ayədə qadınlara xitabən “xumurahunnə” ifadəsi ilə müraciət edilir. “Xumur” baş örtüyünə deyilir. Baş örtüyünün İslam dinində olub-olmamamsı mübahisə predmeti deyil. Çünki bütün cəmiyyətlərdə baş örtüyü olub və indi də var, istər yəhudilikdə olsun, istərsə də xristianlıqda.

Xristianlıqda baş örtüsü

İslam dinində, sözsüz ki, örtük vardır; hətta Quran qadınlara bu örtüklərini sinələrinin üstünə salmağı buyurur (Nur surəsi, 31-ci ayə). Bu ayənin təfsirindən də başa düşülür ki, onsuz da qadınların başlarında örtük var, amma Quran qadınlardan boyunları və sinələri də görünməsin deyə boyunlarını və sinələrini də örtmələrini istəyir. Ayənin davamında qadının kimlərin yanında örtüksüz gəzə biləcəkləri qeyd olunur.

Bundan başqa, bəziləri fikriləşirlər ki, Allahın Əhzab surəsinin 53-cü ayəsindəki “hicab” əmri yalnız peyğəmbərin qadınlarına aiddi. Ayədə buyurulur ki, peyğəmbərlərin qadınları ilə danışarkən kişilər örtüyün (hicab) arxasından danışsınlar. Amma burada diqqət yetiriləsi bir yer var ki, Allah buyurur ki, bu, həm sizin, həm də qadınların qəlblərinə təmizlik bəxş edər. Bu o deməkdir ki, bilavəsitə açıq-saçıq ünsiyyət həm qadınların, həm də kişilərin qəlblərinə çirkinlik gətirər. Bu, həm də kişilərin fikrində və zehnində hər hansısa bir fəsada meyllik yaradan məsələdir. Düzdür, bu ayə peyğəmbərlərin qadınları ilə bağlı nazil edilən ayədir, lakin kişilərlə bağlı toxunulan məsələ isə umumi bir məsələdir ki, bu vasitə ilə kişilərin qəlbləri təmiz və pak qalacaq. Bu surənin 55-ci ayəsində isə Allah həm peyğəmbərin, həm də digər insanların qadınlarına kimlərlə açıq şəkildə, yəni örtüksüz danışmağa icazə verildikləri qeyd olunur: “Onlara (Peyğəmbərin və möminlərin övrətlərinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları kölə və cariyələr barədə (onlara görünmək, onlarla söhbət etmək xüsusunda) heç bir günah yoxdur. (Siz ey qadınlar!) Allahdan qorxun! (Onun sizə buyurduqlarına əməl edin!) Şübhəsiz ki, Allah hər şeyə şahiddir!”

Nəriman Qasımoğlunun dediyi kimi, əgər hicab örtük deyilsə və ya hicab vacib deyilsə, o zaman Allah niyə buyurur ki, övladlarınızın, atalarınızın, qardaşlarınızın yanında açıq geyinə bilərsiniz? Məgər Qurana əsasən İslam Peyğəmbəri (s) bizə bir nümunə olmalı deyil ki?!

Allah Əhzab surəsinin 53-cü ayəsində peyğəmbər qadınlarına deyir ki, əgər örtüklü olsasnız, bu, sizin qəlbinizə təmizlik bəxş edər. Məgər digər qadınlar məsumdurlar ki, onlara şamil olmasın?! Nəriman Qasımoğlunun dedikləri ilə razılaşsaq, onda belə çıxır, peyğəmbər qadınları (nəuzu billah) günah edərlər, amma digərləri yox?! Xeyr, Allahın Quranda örtüklü halda gəzməyi və yalnız müəyyən qism insanlar arasında açıq gəzməyi icazə verməsi hər bir dövr üçün və hər bir qadına şamildir.

- Bəs ümumiyyətlə qadının hicabda olasının hikməti nədir?

- Müsəlmanların qəbul etdiyi örtük məsələsi iki təməl üzərində qurulmuşdur. Bunlardan birincisi qadınların öz təmizliyini, paklığını, iffətlərini qorumalarıdır. Quran da bu məsələyə toxunur. Əhzab surəsinin 59-cu ayəsində buyurulur ki, “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, evdən çıxdıqda örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”. Burada əziyyət kişilərin qadınlara pis fikirlərlə yanaşması və pis gözlərlə baxmasıdır ki, bu da qadınların narahatçılığına səbəb olacaqdır.

İkincisi isə bundan ibarətdir ki, qadınların örtüyü kişilərin qəlblərinin təmiz qalmasına gətirib çıxarır. Onları fəsad törədəcək fikirlərə aparmır.



Yerləşdirilib:30 Oktyabr, 2013  15:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 4
Müəllif: Aysel | 30 Oktyabr, 2013  12:42
# Ответить
+5


]]>]]>

Hicab Xanim Zehradan bize yadigar,
Onu Zeyneb bize edib etibar!
Hicabsiz bu dunya bize olub dar,
Canimizdan kecerik,Ondan kecmerik! Hicab Qadinin nurudur.
Müəllif: Nazim | 30 Oktyabr, 2013  14:15
# Ответить
+4


]]>]]>

Belke Nariman ozunun ictihad seviyesine caddiqini zen edir???
Müəllif: 88888888 | 9 Noyabr, 2013  20:38
# Ответить
0


]]>]]>

Indi chox adam ozunden fetva verir,iki ruket namazla ovliya olublar guya
Müəllif: mina | 12 Noyabr, 2013  00:56
# Ответить
0


]]>]]>

hicab bizim zinetimizdi...bunu hec bir kes bizden ala bilmez,,,gucu yetmez...YA FATIMEYIZEHRA,YA ZEYNEBIKUBRA
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com