Əynində kalqotka olan qadın dəstəmaz alarkən ayağına məsh çəkə bilmirsə, təyəmmüm ala bilər?
Yalnız su tapılmadığı halda, suyun dəstəmaz üçün bəs etmədiyi zamanda, yaxud dəstəmaz və ya qüsl almaq bədən üçün təhlükəli olanda təyəmmüm etməyə icazə verilir. Kalqotkanı çıxara bilməmək şəriət baxımından üzr sayılmaz. Çünki əvvəla, bir qədər çətin olsa da bunu etmək mümkündür. İkincisi, qadın qabaqcadan iş yerində namaz qılmalı olacağını düşünməlidir və geyimini də buna uyğun seçməlidir.