Zilhiccə ayının 9-u ərəfə günü idi. Bəs, bu adın mənası nədir?
Zilhiccə ayının 9-cu gününə Ərəfə deyilməsinin səbəbi budur ki, həccdə olan şəxslər həmin günü Məkkə yaxınlığındakı Ərəfat çölündə keçirirlər. Ərəfat çölünün adı isə “tanımaq” mənasını verən “ərəfə” feilindəndir. Rəvayətə görə, Həzrət Adəmlə (ə) Həvva cənnətdən qovulduqdan sonra hərəsi yerin bir guşəsinə düşmüşdü. Onlar bir-birini axtararaq gəzmiş və Ərəfatda görüşmüşdülər. Adəmlə (ə) Həvvanın görüşmə və tapışma məkanı olduğu üçü buranı Ərəfat adlandırmışlar.