Harun Yəhyaya münasibətiniz necədir?
İnsaf xatirinə demək lazımdır ki, Harun Yəhya və Adnan Oktar ləqəbləri ilə yazan müəllif ötən illərdə dini məzmunlu bir neçə dəyərli əsər qələmə almışdır. Xüsusilə, Allahın təbiətdəki möcüzələrini anladan, təkamül nəzəriyyəsinin puçluğunu ifşa edən kitabları daha çox məşhurdur. Hərçənd ki, bu kitablarda da xeyli yanlışlıq və qeyri-dəqiqliklər mövcuddur. Lakin son zamanlar bu şəxs açıq-aşkar batil əqidələrlə və müsəlmana yaraşmayan davranış tərzi ilə gündəmə gəlir. Özünü dolayı yolla mehdi sayması, bir müsəlmana, xüsusilə, elm əhlinə yaraşmayan tərbiyədən uzaq hərəkətləri onu keçmiş pərəstişkarlarının gözündən salmaqdadır. Hal-hazırda bu şəxsin indiki fəaliyyətini İslam üçün xeyirli yox, əksinə, ziyanlı və təhlükəli hesab edirik.