İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə diş ağrısının qarşısını almaq üçün əli diş ağrayan yerə qoyduqdan sonra “Həmd” və “İxlas” surələrini oxumaq və daha sonra isə bu ayəni oxumaq tövsiyə olunur:
"Və Təral-cibalə təhsəbuhum camidətən və hiyə təmurru mərrəs-səhabi, sunəllahil-ləzi ətqənə kullə şəyin, innəhu xəbirun bima təfəlun".
Tərcüməsi: “Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!”
Nəml surəsi, 88