İmam Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur:
"Ey insanlar! Sizin başınıza gələcək iki şeydən daha çox qorxuram: nəfsani istəklərinizin qulu olmağınızdan və uzun-uzadı arzulara qapılmağınızdan. Çünki, nəfsani istəklərə boyun əymək insanı doğru yoldan azdırar, uzun-uzadı arzular isə axirəti insanın yadından çıxardar".
Nəhcul-Bəlağə, 42-ci xütbə