Bir namazın qəzasını başqa gün yalnız o namazın əda vaxtında qılmaq lazımdır?
Təəssüf ki, bəziləri belə düşünür: sübh namazının qəzasını mütləq o biri günlərin sübh vaxtında qəza etmək lazımdır. Zöhr və əsr namazlarının qəzasını yalnız günortadan axşama kimi, məğrib və işa namazlarının qəzasını da axşamdan səhərə kimi qılmaq lazım olduğunu düşünənlər var. Lakin bu fikirlər səhvdir. Qəza namazlarını, növündən asılı olmayaraq günün istənilən vaxtında qılmaq olar.