Doğrudurmu ki, hənəfi məzhəbinin banisi İmam Əbu Hənifə İmam Cəfər Sadiqin (ə) şagirdi olub?
Hənəfi məzhəbinin banisi İmam Əbu Hənifə Nöman ibn Sabit və maliki məzhəbinin banisi İmam Malik ibn Ənəs İmam Cəfər Sadiqdən (ə) dərs almışlar. Əbu Hənifə o həzrətin hüzurunda iki il oxumuşdur. Əhli-sünnənin böyük alimlərindən Seyyid Mahmud Şükri Alusi “Müxtəsərü Töhfətül-isna əşəriyyə” kitabında yazır: “Həmçinin, əhli-sünnə içində Əbu Hənifədir ki, fəxrlə və ən bəlağətli dillə demişdir: “Bu iki il olmasaydı, Nöman həlak olardı!” Burada “iki il” deyərkən, elm almaq üçün İmam Cəfər Sadiqin (ə) yanına gedib-gəldiyi illəri nəzərdə tuturdu”.
Əbu Hənifənin İmam Sadıq (ə) haqqında belə buyurduğu da kitablarda qeyd edilib: “Fiqh sahəsində Cəfər ibn Mühəmməddən daha üstün bir adam görmədim” (Zəhəbi. Təzkirətül-hüffaz, I, 166).