Bir insan heç vaxt mübah iş görməyəcəyinə and içərsə, andı doğrudurmu və bu anda əməl etməlidirmi?
Diqqətli olmaq lazımdır ki, insanın gücü çatmayan işlərə and içilməsin. Bir kəs fiziki ya maddi imkanı çatmayan məsələlər barədə and içsə, andı etibarsız sayılır və ona riayət etmək lazım deyil. Mübah əməl etməmək o deməkdir ki, insan gərək ya fərz (vacib), ya da müstəhəb işlər görsün. Yəni yatarkən, yeyərkən, namaz qılarkən, oruc tutarkən, həyat yoldaşı ilə münasibət qurarkən – xülasə, hər bir halda yalnız vacib və müstəhəb işlər görsün. Bu isə adi insanın edə bilməyəcəyi bir işdir. Ona görə də, bu cür andı içməzdən əvvəl onun nəticələri haqqında düşünülsə yaxşı olar. Hər halda, bu andı pozmaq günah deyil və kəffarə də tələb olunmaz inşaAllah.