Peyğəmbərdən (s) rəvayət olunan bir hədisdə buyurulur: Əgər eşitdiyin hər şeyi hifz etmək gücünə və ya yaddaşına həkk etmək gücünə sahib olmaq istəyirsənsə, hər namazdan sonra bu duanı oxu:
"Öz yaratdıqlarına zülm etməkdən uzaq olan Allah bütün nöqsanlardan pak və münəzzəhdir. Mehriban və mərhəmətli olan (Allah) bütün nöqsanlardan pak və münəzzəhdir.
Allahım qəlbimdə nur, bəsirət, fəhm və elm qərar ver! Həqiqətən Sən hər bir şeyə qadirsən”
Ərəbcə: (Subhanə mən la yətədi əla əhli-məmləkətihi, subhanə mən la yəxuzu əhləl-ərzi biəlvanil-əzabi, Subhanər-Raufur-Rəhim. Allahummə icəl fi qəlbi nurən və bəsərən və fəhmən və ilma, innəkə əla kulli şeyin qədir.)
(Fəlahus-Sail, s. 168)