Deyirlər, hər bir insanın həyatında iki önəmli rəqəm var: doğum tarixi və bu dünyanı tərk edəcəyi gün. Bəli, Allahın Quranda buyurduğu kimi, hər bir canlı ölümü dadacaqdır. Bəs sonra? Torpağa gömülən cism insan varlığının sonumu deməkdir? Əlbəttə ki, Allaha iman gətirənlər üçün bu sualın cavabı tam aydındır: insan bir daha dirilmək üçün ölür, bu da Allahın vədəsidir. Deməli, ölüm yalnız dünya həyatının sonu deməkdir. Bəs sonra nə baş verir? Yəqin ki, hər kəs həyatı boyu, yaşından asılı olmayaraq bu sual haqqında bir dəfə də olsa düşünüb. Ölümdən sonrakı həyat, məad. “Minbər” verilişinin bugünkü mövzusu da məhz məaddır.