POPULYARXƏBƏRLƏR

Elçin Əsgərov: “Dindən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”

Siyasi qüvvələr tərəfindən dindarları mitinq və aksiyalara cəlb etmək məqsədilə “din amilindən” istifadə halları barədə fikrini bildirmək üçün islam.az Dini Araşdırmalar Mərkəzinin (DAM) təsisçisi Elçin Əsgərova müraciət edib fikirlərini öyrənib. Müsahibimiz bunları bildirdi:

- Qarşıdan Prezident seçkiləri gəlir və bu seçkilərdə iştirak etmək istəyən siyasi qrupların və siyasətçilərin fəallığının artması, daha çox tərəfdar toplması üçün aktivliklərinin gücləndirilməsi təbiidir. Bu zaman ayrıca sosial qrup olaraq dindarları, “inanclıları” öz tərəflərinə cəlb etmək üçün bu tipli müraciətlərin də səbəbi budur. Əslində bu proses indi başlamayıb. Hələ neçə ay əvvəldən başlayıb. Hələ o zaman bəzi müxalifət nümayəndələri tərəfindən, hökumətə loyal, dindarlar arsında isə nüfuzu olan dini liderlərin əsassız tənqid olunub nüfuzunun aşağı salınması və bunun fonunda dini şüarlarla çıxış edərək hökumətə qarşı mübarizyə çağıran fəalların öz tərəflərinə cəlb edilməsi cəhdləri müşahidə olunurdu. Əsas səbəbi də bu idi ki, həmin siyasi qrupun fikrincə, dindarlar daha çox fədakardırlar və dünyəvi maraqlara deyil, ideyaya daha çox bağlıdırlar. Odur ki, dindarlar bu siyasi proseslərə cəlb olunarsa, hətta öz canını və maddi marağını nəzərə almayan fədakarlardan ibarət və lazımi anda qabağa verilən bir tərəfdar qüvvəsi formalaşdırmaq mümkündür.

Burada bir neçə məqamı qeyd etmək istərdim:

1. Hesab edirəm ki, bu məqsədin özü mənəviyyata uyğun olmayan bir addımdır. Öz məqsədləri, fəaliyyətlərinə cəlb etmək istədikləri dindarların məqsədləri ilə eyni olmayan, əslində dindarlardan yalnız müvəqqəti istifadə cəhdi daşıyan bu cür addımlar səmimi və mənəvi deyil. Həmin siyasi düşərgədə olan bir çoxlarının, hətta öz etiraflarına görə, dindarlarla tam fərqli, bir çox hallarda zidd dünyagörüşünə malik olmaları və hakimiyyətə gələrlərsə məhz elə dindarların əsas etiraz obyekti olan məhdudiyyətləri daha da gücləndirəcəklərini dedikləri bir halda, dindarları bu proseslərə cəlb edərək “zərbə qüvvəsi” kimi istifadı cəhdi, sadəcə olaraq sui-istifadədir. Bu haqda bir fakti deyim. Yalnız cümə günü məscidlərə gələn dindarların sayı 150 min nəfərdən çoxdur, bazar günü keçirilən mitinqə neçə-neçə siyasi qüvvənin topladığı sayı isə özünüz də gördünüz. Mən məscidlərə gəlməyənləri qoyuram kənara, yalnız mütəmadi gələnlərin sayı bundan 100 dəfə çoxdur. Kim kimə daha çox lazımdır? Amma bunun fonunda Milli Şura tərkibindəkilərin heç olmasa yarısı islamçıdırmı? Milli Şura üçün ayrılan qrantlarla islamçılarla da bölüşülbmü? Şuraya sədr seçiləndə dindarlardan da soruşulubmu? Yox. “Niyə”sini də yuxarıda artıq qeyd etdim

2. Dindarları “İslamçı kəsim” olaraq ayrıca bir qrupa ayırmaq fikri ilə də razı deyiləm. Əvvəla, bu ifadə hazırda bütün dünyada Suriya, Misir və s. ölkələrdə olan bəzi radikal dini qruplar kimi qruplara aid edilir. İkincisi, sanki cəmiyyəti hansısa “kəsimlərə” ayırır ki, dindarlar bunların heç birinə aid deyillər. Ayrıca bir qrupdurlar və cəmiyyətdən kənardırlar. Belə təəssürat yaranır (və əslində həqiqətə də yaxındır) ki, dindarlar və “islamçı kəsim” adlandırılan qrup yalnız marginal bir sosial qrup kimi qiymətləndirilir və gələcək rolu da elə o formadadır. Halbuki,  ele ilk novbədə dindar insanların marağı, onları marginallaşdırmaq cəhdlərindən qaçmaq və cəmiyyətə tam inteqrasiya olmuş, ölkənin maraqlarını ali tutan kəsim kimi fəaliyyət göstərməkdən keçir.Ümumiyyətlə, siyasi polemikada məram və məqsəd olaraq siyasi və sosial qruplar deyil, cəmiyyətdə olan və onları narahat edən problemlər və onların konkret həlli yolları göstərilməli və işıqlandırılmalıdır. Cəmiyyət  vahid bir toplumdur.

Onu da qeyd edim ki, bəzi dindarları “islamçı kəsim” adı ilə süni olaraq, dini məqsədi olmayan siyasi proseslərə cəlb etmək cəhdi sonda çox vaxt həm cəmiyyət, həm dindarlar üçün xoşagəlməz nəticələrə gətirib çıxarır və bu günlər bir sıra ətraf ölkələrdə gedən proseslər də buna sübutdur. Bu baxımdan, istər İslam Partiyasının, istərsə də bir sıra digər dini qrupların sual etdiyiniz bu prosesə qoşulmamaq haqda qərarı bunu başa düşmələrinin təzahürü idi.

Sonda bəlkə də indiki prosesə aid olmayan, amma başqa müsəlman ölkələrində baş vermiş və bizdə də baş verə biləcək bir amil barədə fikrimi bildirmək istərdim. Bir çox müsəlman ölkələrində islamçı adlandırılan qrupların qeyri-islami siyasi proseslərə cəlb edilməsi (bəzən hətta islam adı ilə), özlərinin də xəbəri olmadan transmilli qüvvələrin siyasi sifarişi ilə baş verib və məhz həmin qüvvələrin məqsədləri üçün istifadə olunub, sonda, nəzərdə tutulan məqsəd həyata keçdikdən sonra isə zərbə məhz islamçıların özünə dəyib. Allah bizim dindarları belə hallardan qorusun!



Yerləşdirilib:21 Avqust, 2013  14:34, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 4
Müəllif: Taleh | 21 Avqust, 2013  11:57
# Ответить
+3


]]>]]>

Heqiqeten de Allah qorusun. Dunyada artiq kimin eli kimin cibindedi ba$ a4maq olmur.
Müəllif: Asif | 21 Avqust, 2013  14:48
# Ответить
+3


]]>]]>

İnşaAllah, bir gün dindarlar özləri ayrıca, təşkilatlanmış güc kimi ortaya çıxarlar və onda heç kim istifadə edə bilməz. Heç kimin də əlavəsi olmazlar. Razıyam ki, dindarlar başqalarının məqsədləri üçün özlərini qurban verməməlidirlər.
Müəllif: Saleh | 21 Avqust, 2013  16:46
# Ответить
+3


]]>]]>

Man da raziyam. Duz sozdu. Har zaman muselmanlardan istifada olunmasi alayhina olmusham
Müəllif: Abdullah | 26 Avqust, 2013  22:36
# Ответить
-1


]]>]]>

Yazıqlar olsun! Siz necə, kimin projesində yer aldığınızı düşünmüsünüzmü?
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com