Cənnətdə mömin kişilərdən ötrü hurilər olacaq. Bəs qadınlar üçün?
Qurana əsasən, Cənnətdə mömin kişilərdən ötrü yaraşıqlı hurilər olacaq. Bəs qadınlar üçün Cənnətdə hansı mükafatlar nəzərdə tutulub?
Əvvəla, Cənnətdə möminlərə veriləcək mükafatların çoxu yalnız kişilərə aid olmayacaq. Həm kişilər, həm də qadınlar bu mükafatlardan istifadə edə biləcəklər. İkincisi, ümumiyyətlə, Cənnət nemətlərini maddi ləzzətlərlə məhdudlaşdırmaq düzgün deyil. Möminlər cənnətdə gözəl saraylar, dadlı meyvələr, ağacların altından axan sularla, hurilərlə yanaşı, mənəvi nemətlərə də layiq görüləcəklər. Quran müxtəlif səviyyəli insanlar üçün Cənnət nemətlərini təsvir edir. Kimisi bu nemətlərin içində huriləri daha çox arzulayır, kimisi peyğəmbərlər və imamlarla qonşu olmağı diləyir, kimisi üçün Allahın razılığı kifayətdir.
Qadınlara veriləcək mükafatlara gəlincə, əgər qadının bu dünyadakı əri də Cənnətə layiq olacaqsa, onların axirətdə birlikdə olmalarına icazə veriləcək. Əgər onlardan hər hansı biri bunu istəməsə və yaxud kişi Cəhənnəmlik olsa, qadına qılman adlanan kişi cinsli varlıqlardan və ya Cənnətdəki mömin kişilərdən birinə ərə getmək təklif ediləcək.
Bes qadina dunyadaki sevdiyi insana ere getmek nesib olmayibsa basqa bir insanla aile qurub (ailesinin isteyile), sonradan cannetde qadin heyat yoldasini istmediyini bildirib hemin sevdiyi insanla qala bilermi?
Salam. ALLAH TEBAREK VE TEALA Cemi Oruc Tutanlarin Oruclarini-Oruclarimizi Qebul Eylesin-Amin INSAALLAH... Bizleri her cur Belalardan hifz Eylesin...
Yazilarinizi oxuyuram... Amma Bilmek isterdim ki, bu yazilari yazan hansi Semavi Kitablardaki Yazilara, Tebii ki, sohbet Tehrif olunmamis, hec bir el deyilmemis ve ALLAH Terefinden Qorunan Sonuncu Semavi Dinin Kitabi Muqeddes Qurani Kerimde gedir, ve yaxud da gizli meqamlara eyham eden ayelere istinaden yazir???
Ele yazmisiz ki, ele bil Cennetden size sms gonderibler ki, bu heqiqete de beledir... Hec olmasa bir yazardiniz ki, "YAXSISINI ALLAH OZU BILIR, ya ALLAH KECSIN GUNAHLARIMIZDAN"....
Heqiqeten de ALLAH Kecsin Gunahlarimizdan... Amma kim bilir, yaxud da kim bile biler ALLAHIN Iradesini??? Insan aqli, suuru ve derrakesi ALLAHI Tam Qavraya biler ki???
Ramazan Bayramimiz Mubarek...