Hamilə qadın vəfat edəndə onu bətnindəki körpə ilə birlikdə dəfn etmək lazımdır, yoxsa körpə bətndən çıxarılmalıdır?
Hamilə qadının bətnindəki körpənin diri olduğu məlumdursa, mütləq qadının bətnini yarıb uşağı çıxarmaq, sonra qadını dəfn etmək lazımdır. Əgər uşağın artıq bətndə öldüyü bilinərsə, buna ehtiyac yoxdur.