Erkən nikah: İslam buna “hə” deyirmi?

(İkinci hissə)

(Əvvəli: http://az.islam.az/article/a-885.html)

Xanım Aişənin nikah yaşı ilə bağlı

Müsəlman aləmində erkən evliliyə əsas verən əsas səbəblərdən biri və ən başlıcası, Xanım Aişənin Hz. Muhəmməd (s) ilə erkən nikahda olması barədə olan hədislərdir.

Xanım Aişə deyir: “Mən altı (başqa rəvayətdə yeddi) yaşında ikən, Hz. Peyğəmbər (səs) mənimlə evləndi, doqquz yaşımda da mənimlə birlikdə oldu.”

Halbuki, nikah yaşının 6 və ya 9 yaş olması Quranın həddi-buluğ (rüşd) barədə olan ayələrinə də zidd gəlir. Buna baxmayaraq, müsəlman aləmində bütün dövrlərdə erkən nikah davam edərək bu günə qədər gəlmişdir. Çünki bəzi fəqihlər bəhs olunan hədisə istinad edərək bu ənənəyə haqq qazandırmışlar.

Biz Xanım Aişənin 9 yaşında Hz. Muhəmməd (s) ilə erkən nikahda olması barədə hədislərin həqiqətəuyğunluğuna şübhə ilə yanaşırıq və bunun sonradan İslama əlavə edilən bir iftira olduğunu hesab edirik. Çünki bu hədislər Qurani-Kərimin həddi-buluğ (rüşd) ilə bağlı verdiyi məlumatlarla ziddiyyət təşkil edir. Həmçinin digər ziddiyyətlər vardır:

1. Xanım Aişənin 595-ci ildə doğulan böyük bacısı Əsmanın İslam dinini 15 yaşında qəbul etdiyi bildirilir.  Bu, risalətin ilk ilinə, 611-ci ilinə təsadüf edir (595+15=610 və ya 611-ci ilin başlanğıcı). Bu doğrudur. Çünki onun atası Əbu Bəkr də 611-ci ildə müsəlman olmuştur. Xanım Aişə böyük bacısı Əsmadan 10 yaş kiçik olduğu üçün,  611-ci ildə 5 və ya 6 yaşı olmuşdur (15-10=5). O zaman, Xanım Aişənin doğulduğu tarix 606-ci ilə (611-5=606) təsadüf edir. Əgər Xanım Aişənin hicrət tarixindən iki il sonra, yəni 624-cü ildə Bədir döyüşündən sonra hicrətin ikinci ilində şəvval ayında nikaha girdiyi  ilə bağlı hədisi qəbul etsək, o zaman 624-cü ildə onun 18-19 yaşında (624-606) olduğunu deyə bilərik.

2. Xanım Aişənin böyük bacısı olan Əsmadan 10 yaş kiçik olduğu mənbələrdə öz təsdiqini tapmışdır. Mənbələrdə 622-ci il hicrət tarixində Əsmanın 27 yaşda olduğu qeyd olunur.  Deməli, 622-ci ildə Xanım Aişənin yaşı 17 olmuşdur (27-10=17). Xanım Aişənin hicrətdən iki il sonra, 624-cü ildə Hz. Muhəmməd (səs) ilə nikaha daxil olduğu bildirilir. Deməli, Xanım Aişə nikaha daxil olanda 18-19 yaşı olmuşdur.

3. Buxari və Əhməd b. Hənbəl (Müsnəd) Xanım Aişənin belə söylədiyini nəql edirlər: “Anam və atam İslam dinini qəbul edən dövrdə mən onların davranışlarını anlayırdım.” Bu zaman Xanım Aişənin 5-6 yaşı olmalı idi. Çünki onun atası Əbu Bəkr 611-ci ildə müsəlman olmuştur. Görünür, Xanım Aişənin nikah bağlananda 6 yaşında olduğunu rəvayət edən bəzi ravilər Əbu Bəkrin 611-ci ildə müsəlman olması tarixi ilə bu tarixi qarışıq salmışlar. Əgər Xanım Aişənin hicrət tarixindən iki il sonra, yəni 624-cü ildə nikaha girəndə 6 yaşında (və hətta 9 yaşında) olduğunu qəbul etsək, o zaman 611-ci ildə onun hələ dünyaya gəlmədiyini deyə bilərik. Lakin, Xanım Aişə 611-ci ildə hər şeyi anladığını söyləyirdi. Deməli, Xanım Aişənin atası İslamı qəbul edəndə 6 yaşı, nikaha daxil olanda isə 18-19 yaşı olmuşdur.

4. Buxari bildirir ki, Xanım Aişə Qəmər sürəsinin 46-cı ayəsi ilə bağlı olaraq demişdir: “Bu ayə, Məkkədə Muhammədə (səs) endi. Mən onda gənclik çağına yenicə girən və oyun çağında olan bir qız idim.” Əksər mənbələr haqlı olaraq, Qəmər sürəsinin bu ayəsinin “Oxu” (İkra) ayəsindən 4 il sonra, 614-cü ildə nazil olduğunu bildirirlər.  Xanım Aişənin hicrətdən iki il sonra, 624-cü ildə 18-19 yaşında Hz. Muhəmməd (səs) ilə nikaha daxil olduğu tarixdən çıxış edərək deyə bilərik ki, onun 614-cü ildə 9 yaşı olmuşdur (19-10=9). Bu yaş, onun dediyi kimi “Mən onda gənclik çağına yenicə girən və oyun çağında olan bir qız idim.” ifadəsi ilə üst-üstə düşür. Əgər Xanım Aişənin hicrət tarixindən iki il sonra, yəni 624-cü ildə nikaha girəndə 6 və ya 9 yaşında olduğunu qəbul etsək, o zaman 614-cü ildə o, hələ dünyaya gəlməməli idi. Halbuki, o, həmin dövrdə “gənclik çağına yenicə girən” bir qız olduğunu bildirir. Deməli, onun 6 və ya 9 yaşında nikaha girməsi ilə bağlı məlumatlar yalnışdır.

Hz. Fatimənin (əs) evlilik yaşı

İbn Saad yazır: “Hz. Peyğəmbərin (s) qızı Fatimə, O (Peyğəmbər), 35 yaşında olanda və Kəəbənin təmir edildiyi ildə dünyaya gəldi və Hz. Aişədən beş yaşa qədər böyük idi.”

İbn Saad eyni əsərdə qeyd edir ki, “Hz. Fatimə hicrətin 11-ci ilində 29 yaşında vəfat etmişdir.”

Hz. Peyğəmbərin (səs) besətinin 40 yaşında (610 il) olduğu məlumdur. O, 35 yaşında olarkən 605-ci ilə təsadüf edir. Hz. Fatimənin (əs) Xanım Aişədən (606 ildə doğuldu) təqribən 3-4 yaş kiçik olduğunu nəzərə alsaq (çünki mənbədə “beş yaşa qədər” deyilir), onun təqribən 603 ilində doğulduğunu (606-3=603) söyləyə bilərik. Hz. Fatimənin (əs) hicrətin 11-ci ilində 29 yaşında vəfat etdiyini də buna əlavə etsək (603+29=632), onun 632-ci ildə 29-30 yaşlarında vəfat etdiyini söyləyə bilərik. Həqiqətən də, Hz. Fatimə (əs) Hz. Peyğəmbərin (s) vəfatından bir neçə ay sonra 632-ci ildə vəfat etmişdir.

Əbu Bəkr ilə Ömər b. Xəttab Hz. Peyğəmbərin (səs) qızı Hz. Fatiməyə (əs) evlənmək üçün elçi gələndə, Hz. Peyğəmbər (səs) onları geri qaytararaq “Fatimənin yaşı azdır” demişdir. Hz. Fatimənin (əs) Hz. Əli (əs) ilə nikaha daxil olduğu tarix də, hicrət tarixindən iki il sonra, bədr döyüşündən sonra, yəni 623-624-cü illərə təsadüf edir. 624-cü ildə Hz. Fatimənin (əs) təqribən 21 yaşı olmuşdur (624-603=21). İmam Həsən (əs) hicrətin ikinci ilində (624-cü ildə), İmam Hüseyn (əs) hicrətin dördüncü ilində (626-cı ildə) doğulmuşlar.  Babaları Hz. Muhəmməd (s) və anaları Hz. Fatimə (əs) vəfat edəndə, İmam Həsənin (əs) 8, İmam Hüseyn (əs) isə 6 yaşı olmalı idi.

***

Quran və hədislər üzərində aparılan araşdırmalar Xanım Aişənin hicrətdən iki il sonra, 624-cü ildə 18-19 yaşında Hz. Muhəmməd (səs) ilə nikaha daxil olduğu, Hz. Fatimənin (əs) Hz. Əli (əs) ilə 20-21 yaşında nikaha daxil olduğu təsdiq olunur. Bu araşdırmalarda ortaya çıxan tarixi rəqəmlər bir-birini tamamlayır və tarixi gerçəkləri əks etdirir.

İslam dininin ilk yayıldığı dövrdə, ilk öndər səhabələr arasında erkən nikah müşahidə olunmur. Bu nikahlar sonrakı dövrlərdə yayılmağa başlamış və zülmkar hakimiyyətlərin qulluğunda dayanan ruhanilər təbəqəsi İslam mənbələrinin yalnış şəkildə yozaraq müsəlmanların cahiliyyət dövrünün adət-ənənələrini yaşamasına şərait yaratmışlar.

Görünür, cahiliyyət dövrünün ənənələrinin tədricən islam hökmlərinin yerini tutması və islam dəyərləri kimi təqdim olunması ənənəsi Müaviyənin xəlifəliyi dövründən dirçəldilmişdir. Erkən nikahlar Müaviyənin sarayındakı məmurların, ruhanilərin həvəsindən keçdiyi üçün, onlar bunun yayılması üçün şərait yaratmışlar. Bunun üçün də münbit şərait olmuşdur. Çünki cahiliyyə dövrünün ərəblərin arasında erkən nikahlar və qadınlara qarşı digər zorakılıqlar geniş yayılmışdır. Bunun cahiliyyə dövrünün adəti olduğunu və Müaviyə tərəfindən bərpa edildiyini təsdiq edən sənəd, ərəb şairlərindən olan İbn Yəranın sözləridir: “Səkkiz yaşına çatdısa, o, mənim üçün bir cariyə deyil, Ütbə və Müaviyəyə nikahlaya biləcəyim bir gəlindir.”

Ərəblərdə 8-9 yaşında olan qız uşaqlarına nikah üçün yetkinlik yaşına çatan (cariyə) bir gəlin kimi baxırdılar. Bu mentalitet, islam dinində məqbul olmamasına rəğmən, bu günə kimi davam etmişdir.

Rauf Məmmədov

fəlsəfə doktoru


Yerləşdirilib:6 Aprel, 2017, Baxılıb:4931, Çap
 

Son şərhlər : 7
Müəllif: salamaleykum | 6 Aprel, 2017  14:56
# Ответить
+1


]]>]]>

Rauf Məmmədovun sozleri bizim uchun delil deyil,chunki,bu sozlere yeterli subut gostermeyib.Meseleni wie menbelerine istinad ederek,wie feqihlerinin tesdiq etdiyi menbelerle arawdirin.Obyektiv olan da budur.
Müəllif: Muslim | 6 Aprel, 2017  15:43
# Ответить
+1


]]>]]>

Göstərilən mənbələr birtərəflidir. Üstəlik, yazı önyarğı ilə qələmə alınıb. Əks tərəfin fikirləri təhlil edilməyib və əks rəvayətlərin niyə qəbul edilmədiyinin səbəbi göstərilməyib. Bir sözlə, yarımçıq yazıdır.
Müəllif: Nazim | 6 Aprel, 2017  16:36
# Ответить
+1


]]>]]>

Səlamun əleyküm.Əgər nəzər edirsə hörmətlı alimi iki sualı cavablandirmağını xahiş edirəm.1)Əgər Xanım Zəhra(s.ə) besətdən əvvəl doğulmuşdusa onda vəyh evinin sakinləri Əlı(ə.s) və Xədicə(s.ə) ilə birgə Tovhid və Nübuvətı təsdiqləyən ilk şəxs olaraq qeyd edilmiş səhih mənbənin ünvanın bura yazsin,cünki Fatimədə(s.ə) o zaman vəyh evinin sakini olmalı idi.2)Alım Xanım Zəhranın(s.ə) məsuməliyinə etiqadı varsa onda gərək şəhadət məsələsində yaş həddinə fərq qoymaya.Sənədlərdəki tarixi qeydlərin(hələ dəqiqdorsə) hesablaması məntiqlədə uzlaşmalıdır.?
Müəllif: salam | 6 Aprel, 2017  17:09
# Ответить
0


]]>]]>

Maraglidir ki,bu obyektiv olmayan yazini,islam.az niye mentiqli hesab edib? burada ne mentiq var? Aisenin 9 yawda aile qurmasinin Quranla ne ziddiyyeti var?
Müəllif: Zuzum | 6 Aprel, 2017  21:26
# Ответить
0


]]>]]>

Men islan dini haqqinda cox seyi bilmirem. Amma 9 yashinda evlilik duz deyil her menada.En azindan islam peygemberinin bir ushaqla evlenmeyine inanmaq istemerem hec vaxt. Ne olur olsun bele o yash duzgun deyil. Bu yazidakina inanmaq isterem.
Müəllif: Salam | 6 Aprel, 2017  22:28
# Ответить
0


]]>]]>

Sizi basha dushmek olar,amma Bizim ne isteyib istememeyimizin ferqi yoxdur,oz fikirlerimizi dine elave ede bilmerik.Niye Peygemberin.s.e.a.s.hz.Xedice ile 40 yawinda evlendiyin deyende buna normal baxiriq,amma Aise ile 9 yawda evlenmesi bize qeribe gorunur? Demek,biz Qurani Kerimin de Peygember haqqinda tesdiq etdiyi"O oz nefsinden hech ne etmez,ne eder Allahdandir."meselesine tam iman getirmemishik... Men bilmirem heqiqet necedir,amma bu fikirdeyem ki, o dovrun 9 yawi ile,bu dovrun 9 yawli qizi eyni olmayib.O dovrde 9 yawli qiz indiki 3 sinif shagirdi kimi olmayib,yetkin bir qiz kimi olub,bu oglanlara da aiddir,indi 15 yawli oglanlar ushag sayilir, o dovrde ise ele olmayib
Müəllif: Zuzum | 6 Aprel, 2017  22:38
# Ответить
0


]]>]]>

Xedice ile evlendikde Peygemberin sehv etmiremse 25 yawi olub. Yeni men ele oxumusham. Xedice terefinden gelen istek olub. Amma Aishe misalinda tamam ayri. Ne qederde inkishaf etmish olsada o vaxt ki ushaqlar her halda 20 yashli kimi olmayiblar.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com