Erkən nikah: İslam buna “hə” deyirmi?

(Birinci hissə)

İslamda həddi-buluiğ və erkən nikahlar məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Bu barədə İslam alimləri arasında da müxtəlif rəylər mövcuddur. Hətta son dövrlər bu müzakirələrin daha da artması və qadının yetkinlik yaşı barədə rəylərin dəyişəcəyi haqda da məlumatlar eşidirik. İslam.az oxucuların diqqətinə fəlsəfə doktoru Rauf Məmmədovun problemə baxışını təqdim edir. Qeyd edək ki, bu yazını yalnız müəllifin, bizim üçün də məntiqli görünən, rəyi kimi təqdim edirik. Fərqli fikir və yanaşmaları da saytımızda dərc etməyə hazırıq.

Qurani-Kərimdə nikah yaşı ilə bağlı ayələr

İslam dininin əsas mənbəyi olan Qurani-Kərimdə nikah yaşı ilə bağlı konkret bir məlumat yoxdur. Çünki yetkinlik həddi fərdlərin fiziki və əqli səviyyələrinə görə müxtəlif olduğu üçün, onun konkret bir yaş ilə ifadə edilməsi mümkün deyildir. Buna görə də, Qurani-Kərimdə yalnız həddi-buluğ (rüşd) səviyyəsi ilə əlaqədar ayələr vardır.

Qurani-Kərimdə yalnız həddi-buluğ (rüşd) səviyyəsi ilə əlaqədar ayələr:

“Yetimləri yetkinlik yaşına çatanadək imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın.” (Nisə, 6)

“Yetimin malına xeyirxah məqsəd istisna olmaqla, həddi-buluğa çatanadək yaxın düşməyin” (Ənam, 152).

Bu ayələrdən göründüyü kimi, yetimlər həddi-buluğa (rüşd) çatdıqdan sonra miras malları özlərinə qaytarılmalıdır. Burada yaş göstərilmir. Çünki yetkinlik yalnız fizioloji deyil, həm də psixoloji, əqli təkamüldür. Lakin, şəxsin miras buraxılan mala sahib çıxması üçün, onun həmin malı (pul, qızıl, mülk) istifadə etmək qabiliyyəti və həm də ona sahib olması barədə hüquqi sənədi olmalıdır. Bu qabiliyyət və sənədin əldə olunması üçün, gənc ən azı 17-18 yaş həddinə gəlməlidir. 12-13 yaşında kimsəsiz, yetim bir qızın və ya oğlanın öz malını istifadə etməsi və onu artırması (ticarət ilə) inandırıcı deyildir. Həmçinin, uşaqların bu yaşda mülkiyyət və miras sahibi olması da mümkün deyildir.

Böyük məzhəb alimləri olan İmam Əbu Hənifə və İmam Şafii də bunu təsdiq edirlər. İmam Əbu Hənifə yetkinlik çağının (rüşd) oğlanlar üçün 18, qızlar üçün 17 yaş, İmam Şafii isə hər ikisi üçün 15 yaş müəyyən etmişdir. Lakin, Əbu Hənifə mülkiyyət hüququnun verilməsi üçün 18 yaşı az hesab etmiş və onun 25 yaşda olmasını tam yetkinlik (rəşid) yaşı kimi qəbul etmişdir.  Osmanlı dövlətində də mülkiyyət məsələsində rüşd səviyyəsi 20 yaş kimi təyin olunmuşdur.

İslam dinində nikaha daxil olan qızların öz həyat yoldaşlarını atalarının razılığını da nəzərə almaqla sərbəst seçmək hüququ vardır. Qızı, qəbul etmədiyi şəxs ilə evlənməyə vadar etməyə heç kimin haqqı yoxdur. Yetkinlik yaşına çatmamış bir qızın belə bir seçim etmək qabiliyyəti yoxdur.

İslamda nikah - əqli, fiziki və psixoloji sağlam olan qadın və kişinin arasında ailə qurmaq məqsədilə qarşılıqlı razılaşma əsasında bağlanan hüquqi aktdır. Bu hüquqi akt nəticəsində ortaya qoyulan hüquqi sənəd tərəflərin qarşılıqlı vəzifə, məsuliyyət və öhdəliklərini müəyyənləşdirir. Qadın dünyaya övlad gətirməklə öz əsas vəzifəsini yerinə yetirir və bununla kişiyə nəslinin davam etdirilməsini təmin edir. Kişi isə, əvəzində ailəsini qorumaq, onu təmin etməklə məsuliyyət daşıyır. Yetkinlik yaşına çatmamış bir qızın sağlam övlad gətirməsi nə qədər çətindirsə, həddi-buluğa çatmamış bir oğlanın da mehir vermək və ailəsini maddi təmin etmək imkanları məhduddur.

Məlum olduğu kimi, İslamda nikaha daxil olan qızlara mehir (müəyyən məbləğdə pul və ya qızıl) verilir. Mehir, ailədə qadının xüsusi mülkiyyətinə aid olan bir maddi dəyər kimi, onun sərbəst iqtisadi fəaliyyətinə stimul verir. Lakin, yetkinlik yaşına çatmamış bir qızın bu maddi dəyəri artırmaq və ondan səmərəli şəkildə istifadə etmək qabiliyyəti yoxdur.

Bu baxımdan, Qurani-Kərim və hədislərdə həddi-buluğ ilə bağlı verillən məlumatların təhlilindən gəlinən orta məxrəc ondan ibarətdir ki, qızlar və oğlanlar nikaha daxil olarkən əqli-psixoloji və fiziki cəhətdən yetkin olmalı, iqtisadi müstəqillik və şəxsi həyatı müəyyənləşdirmək ilə əlaqədar sərbəst qərar vermək qabiliyyəti olmalı, icbari təhsil müddətini bitirməli, ailəsini təmin etmək və gəlir əldə etmək iqtidarında olmalıdır. Bütün bu şərtləri nəzərə alsaq, Qurani-Kərimə görə yetkinlik yaşının 17-18 yaşdan əvvəl olması mümkün deyildir.

Talaq sürəsinin 4–cü ayəsinin şərhi ilə bağlı təhriflər

“Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də heyz halı kəsilənlərin (vəllai ləm yahidnə) də gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar.” (Talaq 4)

Qərb şərqşünasları Talaq sürəsinin 4–cü ayəsində “heyz halı kəsilən” (vəllai ləm yahidnə) ifadəsinə istinad edərək erkən evliliyə (pedofiliya) dəlil axtarmağa çalışırlar. Maraqlıdır ki, islam aləmində də bu ifadəni “hələ heyz görməmiş qızlar” kimi tərcümə edərək və bu şəkildə ona şərh verərək, islam düşmənlərinin fitnələrini təsdiq edirlər. Halbuki, “vəllai ləm yahidnə” ifadəsində nə “hələ”, nə də “qız” sözləri vardır. “Hələ heyz görməmiş” ifadəsini ərəbcəyə tərcümə etsək “əllaai ləmma yahidnə” olardı. Halbuki, ayədə belə deyildir. Ayənin hərfi tərcüməsi “heyz halı kəsilən, aybaşısı dayanan, aybaşının dayandığını görən (qadın)” kimi olmalıdır.

İkincisi, bu ayə yetkin qadınlardan bəhs etdiyi üçün, onlara münasibətdə “nisə” (yetkin qadın) ifadəsi işlənir. Əgər, burada həddi-buluğa (rüşd) çatmayan qız uşaqları nəzərdə tutulsaydı, onun ərəbcə qarşılığı (vildan, vələd, bənat) olardı. Halbuki, ayədə tərcüməçilər “qız” sözünü özlərindən əlavə edirlər.

Burada “heyz halı kəsilən” (vəllai ləm yahidnə) ifadəsi tibbdə “sekonder amenore” (aybaşısı bir müddət kəsilən) kimi tanınan qadın xəstəlik halı ilə bağlıdır. Bunu, “hələ heyz görməmiş” kimi təqdim olunması İslam dinində erkən evliliyin olmasını ortaya qoymaq üçün bir bəhanə axtarışıdır. Çünki heyz halı yaşamayan kiçik qızın 3 ay gözləməsinə nə lüzum var? Axı, onun 3 aydan sonra hamilə olmaq ehtimalı əşyanın təbiətinə yaddır.

(Ardı var.. Növbəti hissədə “Xanım Aişənin və Həzrət Fatimənin (s.ə) nikah yaşları ilə bağlı”)


Yerləşdirilib:31 Mart, 2017, Baxılıb:4816, Çap
 

Son şərhlər : 6
Müəllif: Salam | 1 Aprel, 2017  23:38
# Ответить
0


]]>]]>

yetkinlik yaşını17-18 yaş ferz etsek bele chixir ki,ibadetler de o yashda vacib olur,bu ise mentiqe uygun deyil. İmam Əbu Hənifə və İmam Şafinin sozleri bizim uchun delil deyil,yetginlik yashinin oz elametleri var,onlari da alimlerimiz kitablarinda qeyd edib. Yetginlik yashi odur ki,ibadetler vacib olur,evlilik yashinda ise men bildiyim,urfun nezeri ve xeyir,ziyan meseleleri esas goturulur,mes,ola biler ki,qizin 15 yashda aile qurmasi haradasa normal qarwilanir,ele yerde var ki,normal baxilmir.
Müəllif: Zuzum | 4 Aprel, 2017  01:43 | Ответ на #3099
# Ответить
+2


]]>]]>

15 yashda aile qurmasi normal qarshilanmasi ele ozu anormalliqdi...Fizioloji ve psixoloji cehetden qiz buna tam hazir deyil...
Müəllif: Salam | 1 Aprel, 2017  23:48
# Ответить
0


]]>]]>

Her halda bu adamin bu meseleler haqda bele asanliqla fikir yurutmesi ve shie aleminin alimlerinin fikrine yer vermemesine teessuf etdim.Xahish edirem,bu adamin yox,ele adamin fikirlerin derc edin ki,en azindan ilahiyyat tehsili olsun,shie mektebini tanisin.Yetkinlik yashin deyishmek ele asan mesele deyil.
Müəllif: Salam | 4 Aprel, 2017  10:52
# Ответить
0


]]>]]>

"15 yashda aile qurmasi normal qarshilanmasi ele ozu anormalliqdi...Fizioloji ve psixoloji cehetden qiz buna tam hazir deyil." Kim deyir bunu?? 15 yawinda aile qurub,ana olan kifayet qeder qiz var,fizioloji ve pisixoloji meseleler ise ferde gore deyishir,her kese eyni olcu ile baxmaq olmaz..Her halda qizin oz raziligi olmalidir.
Müəllif: Nazim | 5 Aprel, 2017  08:36
# Ответить
+1


]]>]]>

Əssəlamu aleykum.Doğru olardiki bi məsələyə belə yanaşaq.Müqəddəs Quran bəşər ücün ümumi meyarlar təyin edir və şəri müddəalar isə həmən meyarlarin əsasinda hökmləri tətbiq edir.Əgər Qiran ailə qurmaqa həddi büluqu təyin edibsə bu o demək deyilki mütləq mənada hər bir kəs həddi büluq olan kimi evlənməyə borcludir.Dinimizin ən deyərdimki ən mukəmməl xüsisiyəti bu kimi məsələlərin həllini ağlın ixtiyarina buraxmasidiir.Ağil təyin etməlidirki həddi büluqa catmiş hər hansı bir fərdin realliqda ailə qurmaqa həm fizioloji həmdəki psixoloji imkanı var ya yox.Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatu!
Müəllif: Asya | 6 Aprel, 2017  17:18 | Ответ на #3104
# Ответить
0


]]>]]>

Bu mövzuda əsas problem Aişənin peyğəmbər s.a.s ilə evlilik yaşıdı. Yoxsa həddi-buluq yaşı məsələsində problem yoxdu.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com