Qadını necə xoşbəxt etmək olar?

Müsəlman kişilərin bilməsi lazımdır

Ailə - insanların hüzur, aramlıq, mənəvi və fiziki rahatlıq içində yaşaya bilmələri üçün universal həyat modelidir. Bu həyatın başlanğıcı kəbindir və kəbin sanki ailə quran şəxslərə Allah-təalanın xeyir-duasıdır. Ailənin qorunması və möhkəmliyi isə bilavasitə insanların, yəni ailə üzvlərinin özündən asılıdır. Allahın ayələrini, müqəddəs şəxslərin tövsiyələrini, sağlam məntiqin və əxlaq normalarının göstərişlərini izləyən şəxs həqiqətən, öz ailə həyatını cənnətə çevirə bilər.

Peyğəmbərimiz kişilərə müraciət edərək: “həyat yoldaşlarınız Allahın sizə əmanətidir” buyurmuşdur. Hər kəs ona tapşırılmış əmanəti qorumaqda cavabdehdir və əmanət sahibinə hesabat verəcəkdir. Qadınlarla rəftar zamanı kişilər bu nüansı unutmamalıdırlar.

Qadınlara xoşbəxtlik bəxş etmək üçün bəzi sadə əxlaq və davranış qaydalarına riayət etmək kifayətdir. Kişi unutmamalıdır ki, onun özünün də xoşbəxtliyi, mənəvi rahatlığı qadının mənəvi əhval-ruhiyyəsindən asılıdır. Qadının narazı və əsəbi olduğu, özünü bədbəxt hesab etdiyi bir ailədə kişinin də rahatlığı pozulacaq. Eyni məsələ kişilərə münasibətdə də keçərlidir.

Aşağıda öz həyat yoldaşına həqiqi xoşbəxtlk, inam və sevgi bəxş etmək istəyən müsəlman kişilər üçün bəzi məsləhətlər verilir. İmkan dairəsində bunlara əməl etməyi tövsiyə edirik. Bu göstərişlərə kimin hansı dərəcədə əməl etməsi əslində ailənin nə qədər xoşbəxt olacağını şərtləndirəcək.

1. Evə girəndə mütləq salam verin, həyat yoldaşınızı “Salam əleyküm” sözü ilə qarşılayın. Salamlaşmaq “sehirli” xüsusiyyətə malikdir, istər-istəməz insanda müsbət əhval-ruhiyyə yaradır.

2. İşdən evə gələrkən problemlərinizi də özünüzlə evə gətirməyin. İşə aid bütün problemləri, necə deyərlər, evin qapısının ağzında qoyub içəri girin.

3. İşdən evə gələrkən aqressiv olmayın. Qoy həyat yoldaşınız özünü sizin yanınızda təhlükəsiz və güvənlikdə hiss etsin.

4. Əgər həyat yoldaşınız üçün sizin işiniz maraqlı deyilsə, onu zorla öz işiniz barədə danışdıqlarınızı dinləməyə məcbur etməyin.

5. Bunun əksinə, onu maraqlandıran mövzularda söhbət etməyə çalışın. Həyat yoldaşınızın maraq dairəsinə uyğun və sizin də təbiətinizə zidd olmayan mövzularda söhbət edin. Onun zövqünə uyğun olan mahnıları birlikdə dinləyin, filmlərə birlikdə baxın (əlbəttə, dinin icazə verdiyi incəsənətdən söhbət gedir).

6. Həyat yoldaşınızı dinləməyi bacarın, onun fikirlərinə hörmətlə yanaşın və bunu ona hiss etdirin.

7. Ailədə öz üstünlüyünüzdən sui-istifadə etməyin. Çalışın ki, ailənin başçısı olduğunuzu siz özünüz vurğulamadan da duya biləsiniz. Heç zaman işləyib ailəyə pul gətirdiyinizi və həyat yoldaşınızı yedirib-içirdiyinizi onun üzünə vurmayın. Allah bəzən bir şəxsin ruzisini başqasının vasitəsilə yetirir.

8. Həyat yoldaşınızın da ailədə özünəməxsus yeri olduğunu bildirməkdən utanmayın. Sizin üçün və ümumilikdə ailəniz üçün onun əvəzedilməz olduğunu diqqətinə çatdırın.

9. Heç kimin, hətta uşaqların da yanında onu əskiltməyin, təhqir etməyin, incitməyin. Uşaqların öz analarına hörmətsizlik etməsinə icazə verməyin. Təsəvvür edin ki, eyni hal sizin də başınıza gələ bilər. Həyat yoldaşınıza hörmət edin ki, o da sizə hörmət etsin və uşaqları da sizə hörmət etmək ruhunda tərbiyələndirsin.

10. Həyat yoldaşınızın gözündə yaraşıqlı və səliqəli görünməyə çalışın, ətir vurun, saç-saqqalınızı darayın, təmiz geyinin. Peyğəmbərimiz və imamlarımız, böyük səhabələr, məşhur alimlər həmişə bu qaydaya əməl etməyə çalışırdılar. Necə ki, qadın öz ərinin xoşuna gəlməyə çalışmalıdır, həmçinin, kişi də öz arvadının sevgisinə hədəf olmağa can atmalıdır. Səliqəsizlik, pintilik həyat yoldaşınızı sizdən uzaqlaşdıra bilər.

11. Həyat yoldaşınızla danışarkən sözlərinizi və hərəkətlərinizi elə seçib nizamlayın ki, onun qəlbini incitməyəsiniz. Bəzi hədislərə görə, qadının qəlbi büllur qab kimidir; onu sınmağa qoymayın.

12. Həyat yoldaşınıza məsləhət verəndə də bunu yumşaq formada və mütləq təklikdə edin; problemi başqalarının müzakirəsinə çıxarmayın.

13. Onunla məsləhətləşməkdən utanmayın. Müzakirə zamanı öz fikrinizi onun fikrindən üstün tutmağa və öz sözünüzü diktə etməyə çalışmayın. Xüsusilə, qadını alçaldan, onunla məsləhətləşməyi qadağan edən şübhəli hədisləri misal gətirməyin.

14. Həyat yoldaşınıza qarşı səxavətli olun, simiclik etməyin. Bu, sizin ona dəyər verdiyinizə bir sübutdur.

15. Əsəbiləşərkən qəzəbinizi büruza verməkdən bacardıqca çəkinin, hirsinizi qadının üzərinə tökməyin. İmkan verməyin ki, şeytan qəzəb vasitəsilə sizə hökm etsin. Unutmayın ki, qəzəbli halda dediyiniz sözə və etdiyiniz hərəkətə görə sonra peşman olacaqsınız.

16. Heç zaman həyat yoldaşınıza qarşı qəddarlıq və amansızlıq etməyin. Həddi aşmayın, həddi aşanları Allah sevməz.


Yerləşdirilib:22 Aprel, 2016, Baxılıb:5707, Çap
 

Son şərhlər : 9
Müəllif: Yegane | 25 Aprel, 2016  15:00
# Ответить
+2


]]>]]>

Yeqin hardasa bele kishiler var
Müəllif: aysel | 26 Aprel, 2016  08:07
# Ответить
+2


]]>]]>

salamun aleykum.elbetde ki,bele olsa hec bir normal qadin ailesini dagitmaz.Allah razi olsun paylasiminiz ucun
Müəllif: Resul | 26 Aprel, 2016  14:52
# Ответить
+1


]]>]]>

Bu zamane kishilerin qeddini ele eyib, o qeder yuk qoyub ki bellerine, artiq ishden eve gelende ayaq uste zorla dururlar. Ac qarına centelmen olmaq cox çətindi
Müəllif: Salam | 26 Aprel, 2016  20:49
# Ответить
+3


]]>]]>

Hardasa haqlisiniz amma mence bu meqalede centelmen olmaq deyil,Yaxwi Insan olmaqdan behs edilir,yaxwi insan olmaq da ac qarina,tox qarina baxmir.Yaxwi her zaman yaxwidir,pis her zaman pisdir.
Müəllif: Ruqeyye | 27 Aprel, 2016  17:34
# Ответить
+1


]]>]]>

Elhemdulillah,bu xususiyyetlerin hamisi evin agasinda var)
Müəllif: LEYLA | 28 Aprel, 2016  18:53
# Ответить
+3


]]>]]>

Kisiler ucun qadinlari onlari cennete aparan yoldur.Kisiler bunu unutmamali ve bu dunyada cennetlerini qazanmaga calismalidirlar.Elbette ki qadin da oz uzerine dusenleri yerine yetirmelidir
Müəllif: Malik | 13 İyun, 2016  14:37
# Ответить
0


]]>]]>

qadini xoshbext etmek qeliz meseledi
Müəllif: Nana | 27 İyun, 2016  15:30
# Ответить
0


]]>]]>

Hal hazırda men bu problemləri yawayiram. Ailede hormet çox vacibdir.Kewke bu yazdiqlarinizi kiwiler oxuyubda bir netice cixartsa. Allah sizden razı olsun
Müəllif: sebnem | 5 İyul, 2016  12:43
# Ответить
0


]]>]]>

ALLAH SIZDEN RAZI OLSUN.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com