İmam Əlinin (ə) xidmətləri və gətirdiyi yeniliklər

Alman alimi Rudolf Zaygerin “Elm və qılınc sahibi” kitabından

Diqqətinizə təqdim edilən bu məqalədə vaxtilə Həzrət Əlinin (ə) rəhbərlik etdiyi islami hökumətin müxtəlif sahələrdə qazandığı nailiyyətlər və yeniliklər sadalanır. Əlbəttə, göstərilən xidmətlərin böyük bir hissəsi İmam Əlinin (ə) şəxsi keyfiyyətləri və ideal idarəetmə bacarığı nəticəsində əldə edilmişdi.

1. Həzrət Əli (ə) süffədə (Mədinə məscidinin yanındakı səkiyəbənzər məkanda) ilk İslam mədrəsəsini yaratdı və özü orada tədris etməyə başladı.

2. Cüzam, daxili xəstəliklər və sairənin müalicəsi üçün həkim xidmətini təşkil etdi. Özü saf dəmirlə cüzam xəstəliyinin müalicə üsulunu təklif etdi.

3. Peyğəmbərin (s) vəsiyyətinə əsasən, o həzrətin vəfatından sonra üç gün ərzində Qurani-Kərimi vahid kitab halında topladı və ümmətə təqdim etdi.

4. Quran oxumaq qaydalarını (təcvid) işləyib-hazırladı və Müqəddəs Kitabın ən səhih qiraət növünü yaratdı.

5. Qeyri-ərəb millətlərin Quranı və sair dini mətnləri düzgün oxuyub anlaya bilmələri üçün ərəb dilçiliyini və nəhv qaydalarını işləyib-hazırladı.

6. Ulduzşünaslıq (nücum) və gecə ulduzlarla istiqamətləri tapmaq qaydalarını sistemləşdirdi. Bu elm ilk dəfə Cəlula və Nəhavənd yolunda müsəlman qoşunun köməyinə gəldi.

7. Gecə işıqlandırması üçün civədən istifadə etdi. İlk dəfə gecələr gəmiqayırma işlərində civənin işıqvermə xüsusiyyəti tətbiq edildi.

8. Əcnəbi dillərin (fars-pəhləvi, süryani dillər, pəhləvi xətti) tədrisini təşkil etdi.

9. Filizşünaslıq elmini yaratdı.

10. Müdiriyyət təlimi dərslərini təşkil etdi. Bölgələrə göndərilən hökumət məmurlarının hamısı Mədinədə bu dərsləri bitirməli idi.

11. Elmi kitabların tərcüməsini təşkil etdi. Sasani imperiyasındakı Cündi-Şapur məktəbinin alimlərinin əczaçılıq mövzusunda qələmə aldıqları “Qrabazin” adlı kitabı İmam (ə) özü qədim fars dilindən ərəbcəyə tərcümə etdi və bununla da başqaları üçün yol açdı.

12. Faizsiz İslam bankını təsis etdi.

13. Dəqiq maliyyə hesabdarlığının əsasını qoydu. Beytül-mal balansından daimi təqaüd alan hər kəsin şəxsi hesab dəftəri var idi.

14. Su dəyirmanları qurdurdu.

15. İran memarlarının təcrübəsindən istifadə edərək hamamlar tikdirdi.

16. Ciddə və Məkkə şəhərlərinin arasında iri, enli yol çəkdirdi.

17. Müsafirlərin və fəqirlərin dincəlməsi üçün kölgəliklər tikdirdi.

18. Çaparxanalar təsis etdi. Mədinə ilə döyüş məntəqələri arasında çapar xidməti üçün 400 dəvədən istifadə edilirdi.

19. Şəhid ailələrinə təqaüd verilməsini əmr etdi.

20. Selin qarşısını kəsən bəndlər tikdirdi.

21. Qəzavət (məhkəmə) sistemində islahat apardı. Özü baş qazıya nəzarət edirdi, baş qazı isə digər qazıların üzərində hakim idi.

22. Limanlar tikdirdi. Ərəbistanın ən iri limanı olan Ciddə limanını və tərsanəsini yaratdı.

23. Əkin toxumunu dəyişdirdi. İrandan daha keyfiyyətli yeni buğda toxumu gətirib Mədinədə və Taifdə əkdirdi.

24. “Əli bulaqları” adı ilə tanınan bulaqlar qazdırdı.

25. Xəzinəni doldurdu, xilafətin iqtisadi gücünü artırdı.

26. Döyüş meydanlarını uzaqdan idarə etməyə başladı. Döyüşə Mədinədən və Kufədən nəzarət edirdi.

27. Dövlətin idarəetmə prinsiplərini işləyib-hazırladı. Malik Əştərə məktubu buna parlaq nümunədir.

28. Ölkənin mərkəzində olsun deyə, paytaxrı Mədinədən Kufəyə köçürdü.

29. Döyüş məntəqələrində döyüş şuraları və keşikçi məntəqələri təsis etdi.

30. Şəxsi layihəsi və nəzarəti ilə üçtəbəqəli mancanaqlar (döyüş katapultları) hazırlatdırdı.

31. Dəniz donanmasını təsis edib genişləndirdi, döyüş gəmiləri vasitəsi ilə düşmən səddinin pozulması, qalaların alınması, dairəvi və kvadrat formalı müdafiə üsullarını işləyib-hazırladı.

32. Qoşunun çaylardan keçməsi üçün körpülər tikdirdi.


Yerləşdirilib:20 Aprel, 2016, Baxılıb:5405, Çap
 

Son şərhlər : 5
Müəllif: Samid | 20 Aprel, 2016  16:51
# Ответить
+7


]]>]]>

Belə gözəl Ağamız var
Müəllif: Elsen | 23 Aprel, 2016  15:27
# Ответить
+3


]]>]]>

Ya Ali
Müəllif: salamaleykum | 31 İyul, 2017  18:59
# Ответить
0


]]>]]>

Hz.Eli.e.chox az muddet xilafetde oldugu halda bu qeder ish gordu,hele ustelik, hezretin hakimiyyet illeri,munafiqlerin fitnelerini,muharibelerini susdurmaqla kecib,bir terefde muaviye.len.,diger terefde muaviyenin iti olan xariciler ve basga munafiqler O Hezrete bir an bele rahatliq vermeyibler....
Müəllif: Qur | 17 Mart, 2018  14:58
# Ответить
0


]]>]]>

Bir məlumatı dəqiq yazmamısınız. İmam Əlinin ifrata ehtiyacı yoxdur. Siz yazmısınız ki, Quranı kitab halına salıb.Kökündən yanlış məlumatdır. Qurani-Kərimin kitab halına düşməsi üçün xəlifə Osmanın dövründə xüsusi komissiya yaradılmışdı. Komissiyanın sədir məşhur vəhy katibi Zeyd ibn Sabit idi. Komissiyanını tərkibində imam Əli olmayıb. Hətta qiraət-fleksiya da Səid ibn al As tərəfindən olub. Komissiya tərkibi:Ubeyy ibn Kəb,Abdullah ibn az Zubeyr, Abdur Rəhman ibn al Haris al Hişam, Malik ibn abu Əmr, Kəsir ibn Əflah, Ənəs ibn Malik, Abdullah ibn Abbas. Xahiş edirəm yazanda diqqətli olun.
Müəllif: administrator | 28 Aprel, 2018  21:05 | Ответ на #3506
# Ответить
0


]]>]]>

Qardash, evvela yazi bizim deyil. yazida menbe ve muellif var, biz sadece onun yazdigini, movqesini vermishik. Ikincisi, tamamile duz deyirsiz, indi elimizde olan Quran dediyiniz kimi tertib olunub. Amma bu kitabda basqa tertibden sohbet gedir. Hezret Eli, peygemberin vefatindan derhal sonra Qurani kitab halina salaraq tertib edib. Amma orada sureler indiki kimi, boyukden kichiye dogru deyil, ilk nazil olan ayelerden sonra nazil olanlara dogru tertib olunub. Yani xronoloji ardiilliga gore. Bu da tarixi faktdir ve kitabda ona ishare olunur. O tertibat 3-cu xelifenin dovrunden qabaq olub.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com