Nə cür qadınla evlənmək məsləhətdir?

(hədislər əsasında)

Müsəlman Şərq xalqlarının, o cümlədən, Azərbaycan xalqının izdivacla bağlı qədim adət-ənənələri çoxdur. Bunların bir qismi tərəf-müqabilini seçməklə bağlıdır. Keçmişdə bir qayda olaraq ana öz oğlu üçün həyat yoldaşı seçirdi. Bu zaman ana öz gələcək gəlininin həm zahiri görünüşünü, həm xasiyyətini, həm də evdarlıq vərdişlərinə nə dərəcədə bələd olmasını əyani olaraq müşahidə edə bilirdi. Bəzən isə oğlanla qızın bir-birini görüb bəyənmələri üçün onları guya təsadüfi bir şəraitdə (məsələn, qohumlardan birinin evində) görüşdürürdülər.

Hal-hazırda gənclərin əksəriyyəti bu cür adətləri geriliyin qalığı kimi qəbul edir. İndi cavanlar özləri tanış olub görüşməyə və bir-birinin xasiyyətini yaxından öyrənməyə üstünlük verirlər. Təbii ki, bu zaman onlar əslində çox böyük bir məsuliyyəti öz üzərlərinə götürmüş olurlar. Çünki əvvəla, tərəf-müqabilini düzgün seçməyin və səhvə düçar olmamağın cavabdehliyi gənclərin öz öhdəsinə düşür, artıq onlar bu məsələdə öz valideynlərini günahlandıra bilməyəcəklər. İkincisi, cavanlar diqqətli olmalıdırlar ki, tanışlıq zamanı günaha yol verməsinlər, şəriətin nəzərdə tutduğu normaları pozmasınlar.

Bəs, oğlanlar ailə qurmaq üçün özlərinə tərəf-müqabili seçərkən, hansı şərtlərə əməl etsinlər? Nə cür qızlarla (qadınlarla) evlənmək məsləhətdir? Aşağıda bu barədə dini mətnlərimizdə rast gəlinən bir neçə hədisi diqqətinizə təqdim edirik. Əvvəlcədən qeyd edirik ki, bunlar danışılan mövzu haqqındakı hədislərin yalnız bir qismidir. İkincisi, burada deyilən məsələlərlə razı olub-olmamaq ixtiyarını oxucuların öhdəsinə buraxırıq. Çünki burada deyilənlərin heç birinə əməl etmək vacib deyil. Bunları müqəddəslərimizin izdivaca hazırlaşan şəxslərə yalnız bir tövsiyəsi kimi qəbul etmək lazımdır.

Həzrət Mühəmməd Peyğəmbər (s) öz gələcək həyat yoldaşları ilə evlənmək istəyəndə, bir qadın göndərib tapşırardı ki, ona baxıb gözəlliyini qiymətləndirsin. Həmçinin ona tapşırardı ki, evlənmək istədiyi qadının boynunun qoxusuna diqqət yetirsin. Qadının boynundan xoş ətir gəlməsi onunla ünsiyyəti xoşagələn edir.

Burada bir məqamı qeyd edirik ki, əvvəla, Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hərəkəti heç də o həzrəti şəhvətpərəst qəbul etməyə əsas verməz. Tarixdən məlumdur ki, Peyğəmbərin evləndiyi bütün xanımlar yaşlı və dul olmuşlar (yəni ya onların əvvəlki həyat yoldaşları vəfat etmiş, ya da boşanmışdılar). Yalnız ümmül-möminin Aişə peyğəmbərimizə ərə gedən zaman cavan və bakirə idi. Sadəcə olaraq, Peyğəmbərimiz ailəyə böyük əhəmiyyət verir və səmimi, problemsiz ailə həyatını insana psixoloji və bioloji rahatlıq gətirən əsas amillərdən hesab edirdi. Ona görə də o həzrətin evlənməzdən əvvəl özünü gələcək xoşagəlməz hallardan sığortalamaq istəyini tam normal qəbul etməliyik. İkincisi, Peyğəmbərin bütün hərəkətləri və kəlamları yalnız o həzrətin özünə aid deyil, bütünlükdə İslam ümməti üçün əhəmiyyətlidir. Peyğəmbər hər bir hərəkəti və sözü ilə müsəlmanlara yol göstərir, öyrədirdi. Məhz bunun sayəsində indi bizim Quranla yanaşı sünnə kimi zəngin irsimiz var. Ona görə də Peyğəmbərin qadın seçimində tövsiyə etdiyi yuxarıdakı şərtləri yalnız o həzrətin şəxsi həyatı ilə məhdulaşdırmağımız düzgün olmazdı.

İmam Zeynül-abidin (ə) tövsiyə edirdi: “Hər kim evlənmək istəsə, qadının sifətinin gözəlliyi barədə soraqlaşdığı kimi, saçları barədə də soruşsun. Çünki saç – gözəlliyin iki qismindən biridir (yəni yarısıdır)”.

Həzrət Əli ibn Əbu Talib (ə) isə aşağıdakı xüsusiyyətlərə malik olan qadınlarla evlənməyi məsləhət bilirdi: “İrigözlü, qaraşın, ortaboylu qadınla evlən. Əgər narazılıq hiss etsən, mehriyyən mənim boynuma”. Sonuncu ifadə simvolik məna daşıyır. İmam bildirmək istəyir ki, bu cür qadınla evlənən kişi peşman olmaz və onu boşamaq istəməz; əgər peşman olub boşamaq istəsə, bunun cəzasını o həzrət özü çəkməyə hazırdır.

Həzrət Mühəmməd Peyğəmbər (s) özünə həyat yoldaşı axtaran kişilərə tövsiyə edirdi: “Mavi gözlü qadınlarla evlənin ki, onlarda bərəkət var”.

(Məqalədə istifadə edilmiş hədislər “Məkarimül-əxlaq” kitabındandır).


Yerləşdirilib:9 Dekabr, 2015, Baxılıb:8531, Çap
 

Son şərhlər : 33
Müəllif: Abbas | 10 Dekabr, 2015  09:50
# Ответить
0


]]>]]>

Salamun aleykum men bawa duwe bilmirem nece curet edib Peygemberlerin efzeli olan Məhəmməd (s.ə.a.s) peygemberize ilk xanimi olan Xediceyi Kubra (s.ə) ni dul diye qelem verirsiz axi insaf da yaxwi weydi butun beweriyyetin ustunu olan birine evvel bawqa erde olub sora Pyegemberimizle evlensin ve dunya ve axiret qadinlarinin xanimi olan Xanim Fatimeyi Zehra (s.ə) dunyaya gelsin? Ozumze reva bilmeyeni niye Eziz Peygemberimize reva bilek ? Saglam agil ve mohkem mentiq Hz Xedicenin Peygemberimizle aile qurarken bakire ve az yawli olub bunu moteber senedlerde tesdiqliyir
Meqsedim terefkewlik yaratmaq deil ama melum du ki siz bu melumatlari sunni qaynaqlarindan istifade etmisiz ama arada wie menbelerine de baxin
Allah bizleri hidayet elesin Allah komeyiniz olsun
Müəllif: Salam | 10 Dekabr, 2015  19:01
# Ответить
+1


]]>]]>

Abbas adli oxucu,Sizin dediyinizden bele chixir ki,dul qadinla evlenmek duzgun deyil?? Hz.Xedicenin bawqa erde olub sora Pyegemberimizle evlenmesinde ve dunya ve axiret qadinlarinin xanimi olan Xanim Zehnani dunyaya getirmesinde nese qebahet var??Yeni dul qadin heyat yoldawi ve ana olmaga layig deyil?? Bes ne sebebe? hansi esasla??
Deyirsiz:"Ozumuze reva bilmeyeni niye Eziz Peygemberimize reva bilek?" Dul qadinla evlenmede ne pis iw var ki,ozumuze reva bilmeyek? Qadinin duldursa bele cixir ki,o pis qadindir?
Müəllif: Admin | 10 Dekabr, 2015  21:09
# Ответить
+2


]]>]]>

Abbas bəy, yazırsız ki, bu məlumatı sünni mənbələrinə əsasən verimişik. Bu sözünüz ya səhv, ya da iftiradır. Siz şiə mənbələrindən öz sözünüzün doğruluğunu sübut edən dəlil gətirin.
Müəllif: Abbas | 10 Dekabr, 2015  22:45
# Ответить
-1


]]>]]>

Salamun aleykum ezizlerim sohbet dul qadinin pis ve ya yaxwi olmasindan getmir qaldiki men her weyi acib demey isdemirem bu gun tibb elmide subut edirki ilk yaxinliq zamani kiwinin genetik kodlari qadinda ebedi olaraq qalir ve qadin sonradan bawwqasindan yeni ikinci erinden uwagi olsa bele ilk elaqeden kodlar hemin uwaga kecir qaldiki dunya ve axiret qadinlarinin xanimi elbetdeki atasi ve anasi pak olmalidirlar
Birdeki men burda ozumden daniwmiram ve hec kime iftira atamiram xaiw edirem sohbeti firramayin cunki sizin qeyd elediyleriz sunni qaynaqlarindandi wie eqidesinde bele weyler yox seviyesindedi birde ki men Cevat Gok Mehdi Aksu kimi elm sahibi alimlerin sohbetlerin neql edirem ve meqsedim de sadece haqqi gorub qebul edib ve bawqalarile boluwmeydi
Müəllif: Salam | 11 Dekabr, 2015  17:14
# Ответить
+1


]]>]]>

Aleykum salam,evvela sizin dediyiniz bu mesele:"tibb elmide subut edirki ilk yaxinliq zamani kiwinin genetik kodlari qadinda ebedi olaraq qalir ve qadin sonradan bawwqasindan yeni ikinci erinden uwagi olsa bele ilk elaqeden kodlar hemin uwaga kecir" mubahiseli meseledir ve hele ki,sadece bir nezeriyyedir...Dini terefden de bu duzgun hesab olunmur,bele ki,istenilen din aliminden soruwaq:"Dul bir qadin ikinci defe aile qursa ve bir qizi dunyaya gelse,o qiz qadinin birinci erine mehremdir ya namehrem?" Hamisi bele cavab verecek:"Uwag ata ve anaya mexsusdur ve o qiz uwagi qadinin birinci erine namehremdir" Yeni burada"genetik kod"meselesinden sohbet gede bilmez!
Müəllif: Salam | 11 Dekabr, 2015  17:20
# Ответить
+2


]]>]]>

ikinciside siz wie menbelerinin hamisini oxumusunuzmu? eger oxumamisinza nece iddia edirsiz? wie menbelerinde sizin dedikleriniz varsa,hemin o hedisleri,menbeleri yazin bura,biz de gedib oxuyaq,yoxsa bow iddia etmek olmaz.
Müəllif: ruqeyye | 11 Dekabr, 2015  18:15
# Ответить
+1


]]>]]>

salam.Cevat gok kecen verilislerin birinde dediki xanim Xedice dul olmayib.onun yaninda getirdikleri bacisi ovladlari olub.bunu tesdiq eden kitablar var.Cevat gok dediki iranda qum elmi hovzelerinden birinde meshur alim olan Mohsin Qiraetinin bu haqqda kitabi var ve bu kitabda Seyyid Reziden sonra 100 alimin dilinden yazilib ki Xanim Xedice dul olmayib ve Peygemberinden Xediceden basqa qadindan ovladi olmayib.diger oglu qasim ve tahir ise kicik yaslarinda vefat edib.her halda Allah her seyin dogrusunu bilir
Müəllif: Salam | 11 Dekabr, 2015  19:04
# Ответить
+1


]]>]]>

Salam,Cevat gok cox savadli insandir,amma mence bezi movzularda sehv edir..Men onu cox dinlemiwem ve bezi fikirlerini qebul etmirem
Müəllif: Abbas | 11 Dekabr, 2015  19:08
# Ответить
+1


]]>]]>

Salamun aleykum eziz "salam" adli isdifadeci siz deyesen sohbeti muzakireye cevirmek isdisiz ama men ise dini hisslerle deil agil ile oyrenilmesinin terefdariyam qaldiki "Ruqayye" adli isdifadeci gozel izahat verdi mense bunu demey isdirem ki siz menden delil isdisiz ama oz dediyleriz ise delil getirmirsiz neyse Allah bize dogrunu gostersin inwAllah ama gerey biz de gorey
Cevat gokde sehv tapmay ucun gerey en az onun qeder savadiz olmalidi ona gore de sadelov cumlelere qurmayin
Müəllif: Admin | 13 Dekabr, 2015  02:26
# Ответить
+6


]]>]]>

Hörmətli Abbas bəy.
Xədicə xanımın Həzrət Rəsulüllaha (s) ərə gəlməzdən qabaq iki dəfə ərdə olub dul qaldığını məşhur alim Cəfər Sübhani özünün "Füruğe-əbədiyyət" adlı kitabında qeyd edib. Cəfər Sübhani həm tarix, həm əqaid, həm fiqh sahələrində böyük alimlərdən sayılır. Onun adıçəkilən kitabı Peyğəmbərin həyatı barədə yazılmış ən mükəmməl əsərlərdən biri hesab edilir və o kitabı yazmaq üçün bir neçə mənbədən istifadə edib. Həmçinin, böyük hədis alimlərindən olan Şeyx Abbas Qumi də "Müntəhal-amal" kitabında Xədicənin iki dəfə ərdə olduğunu və dul qaldığını qəti şəkildə yazıb. Hər iki kitab azərbaycan dilinə də tərcümə edilib. Əgər Şeyx Abbas Qumi və Cəfər Sübhani səviyyəli alimlərin də Cavad Gökdən az bildiyini düşünürsüzsə...
Müəllif: Admin | 13 Dekabr, 2015  02:27
# Ответить
+6


]]>]]>

Biz şiə tarixində ən mühüm mənbələrdən sayılan Seyyid Mühsin Əminin "Əyanüş-şiə" kitabında da dediyimizin sübutunu görmüşük.
Həmçinin, şiə məzhəbinin mühüm tarix kitablarından olan "Mənaqib" əsərində də müəllif İbn Şəhraşub bu fikri müdafiə edir, amma bununla yanaşı qeyd edir ki, Şeyx Tusi, Seyyid Mürtəza və daha bir neçə alim Xədicənin bakirə olduğunu yazmışlar. Xədicə xanımın Peyğəmbərlə ailə qurarkən dul olduğunu təsdiq edən başqa mənbələr də çoxdur, sadəcə olaraq onların hamısını burada əhatə etmək mümkün deyil. Əks tərəfdə duran alimlərin sayı azdır, onların irəli sürdükləri dəlillərin də hər birinin cavabı vardır.
Tarix elmində üstünlük qazanmış fikrə görə xanım Xədicə İslam Peyğəmbərinə ərə gələrkən dul olmuşdur.
Xahiş edirik, gələn dəfələrdə şiə məzhəbinə əks çıxmaq və yalnız sünni mənbələrinə əsaslanmaq iftirası atarkən bir qədər diqqətli olun. Allah amanında.
Müəllif: Abbas | 13 Dekabr, 2015  14:45
# Ответить
-3


]]>]]>

Salamun aleykum siz ikide bir mene iftira damgasi vurursuz ama ne demey olar kim neye inanmaq isdir ona da inanir bu gunun ozunde Qumda ve diger dini hovzelerde Xanim Xedice (s.ə) bakire oludugunu qeyd edirler cunki tarixde bunu bawqa cur gosteribler yeni dul cunki tarix hemiwe zalimlerin elinde olub ama Wukr Allaha indi her wey uze cixir
Müəllif: Admin | 13 Dekabr, 2015  16:39
# Ответить
+4


]]>]]>

Abbas bəy. Bunu siz yazmamısız? "ama melum du ki siz bu melumatlari sunni qaynaqlarindan istifade etmisiz ama arada wie menbelerine de baxin". Biz sizə iftira atırıq ya siz bizə iftira atmısız? Biz sübut etdik ki, şiənin bir çox böyük alimlərinin sözünə uyğun məlumat vermişik. Yaxşı olar ki, səhvinizi etiraf edin və tövbə edin. Biz də sizə haqqımızı halal edərik inşallah.
Müəllif: Admin | 13 Dekabr, 2015  16:41
# Ответить
+6


]]>]]>

Bunu da siz yazmısız: "cunki sizin qeyd elediyleriz sunni qaynaqlarindandi wie eqidesinde bele weyler yox seviyesindedi". İndi kim yalan danışır və iftira atır?
Müəllif: ruqeyye | 13 Dekabr, 2015  21:58
# Ответить
-2


]]>]]>

seyyid Rezi wielerin taninmis alimlerindendi hemcinin nehcul belage kitabinin muellifidi.hal hazirda o kitabi oxumagimizi ona borcluyuq.o yazib ki Xanim dul olmayib evvel qeydtdiyim kitabda.Dodrusunu Allah bilir
Müəllif: Admin | 13 Dekabr, 2015  22:24
# Ответить
+2


]]>]]>

Ruqəyyə xanım. Əvvəla, siz özünüz dediyiniz kitabı görmüsüz, oxumusuz? Yoxsa bunu da Cəvad Gökün video söhbətlərindən eşitdiyiniz əsasda bu cür əminliklə deyirsiniz? İkincisi, Seyyid Rəzidən misal gətirirsiz. Seyid Rəzi də gözəl ədibdir, qüdrətli şairdir, bunu inkar etmirik. Amma biz sizə şiə məzhəbinin İbn Şəhraşub, Seyid Möhsin Əmin, Şeyx Abbas Qumi, Cəfər Sübhani kimi sırf tarix, hədis və rical üzrə ixtisaslaşmış alimlərindən sübut gətiririk. Özü də bunu kiminsə sözünə görə yox, öz gözümüzlə oxuduğumuza görə deyirik. İndi nə təklif edirsiz: oyun oynayaq ki, Seyid Rəzi yıxar ya İbn Şəhraşub? Cəvad Gök güclüdür ya Cəfər Sübhani? Biz şiəli-sünnili tarix elmində daha geniş yayılmış nəzəriyyəni yazmışıq. Kimlərsə bununla razılaşmaya bilər və bu, onların haqqıdır.
Müəllif: Abbas | 14 Dekabr, 2015  10:08
# Ответить
-4


]]>]]>

Salamun aleykum evvela bunu qeyd edek ki Xanimin adlarindan biri Tahire olub Tahire ereblerde pak pakize ve hec erde olmayan xanima deyirdiler sonra ona diwuze de deyirdiler onun da menasi erde olmayan bakire qiz menasin verir diger terefden sizin yixarida qeyd etdiyiz menbeler kitablar ve alimler ekseriyyeti hedis sahesinde onculdurler ama bir wexsin heyatini oyrenmek ucun hedislerle yox tarixle oyrenilir qaldiki ezizim siz sohbeti niye firliyisiz ki sizin oxuduguz menbeleri Cevat Gok de oxuyub diger terefden adlarin cekdiyiz alimler Abbas Qumden bawqa digerleri ele de mehwur deyiller Ama Seyyid Murteza kimi alimler ozde tarix alimleri dura dura bawqalarinin adin cekmey yersiz olar hele Seyyid Rezini demirem onun sozun qoyub bawqasin sozun bayraq elemiyey
Müəllif: Abbas | 14 Dekabr, 2015  10:12
# Ответить
-4


]]>]]>

Qaldiki Əhli Beytin (ə) duwmenleri birbawa onlarla mubarize apara bilmedikleri ucun onlarin yaxinlari ile ugrawirdilar nece ki Hz Əbu Talibi (ə) evveller kafir olmagi ile ittiham edirdiler ve Əhli Beytin (ə) duwmenleri (emeviler ve abbasiler ) ozleri iyrenc emellerle mewqul olduqlarini camaata yaxwi gostermek ucun guya Aişəni 9 yawinda gosterib Peyğemberle (s.ə.a.s) evlendiyini qeyd etmiwler axi onlar ozleri balaca yawli qizlara goz dikib onlari alirdilar ve bunu Peygembere nisbet vererek adilewdirirdiler Ve hz Xanim Xedice sirf Ehli Beyti sevib ve bagli oldugu ucun onu da her menada olduqu meqamdan awagi gostermeye caliwiblar ve Aişenin sirf Əhli Beyte nifret beslediyi ucun onu da her menada meqamin ustun gostermeye caiwiblar nece ki ummul mominin leqebin haqsiz yere ona nisbet veribler yeni bu deyilenleri anlamazliqdan gelmey ve bigane qalmaq olmaz neyse ve men son olaraq Allahdan arzu edirem ki meni ve sizleri dogrunu gorub onu yawiyanlardan qerar versin
Müəllif: Admin | 14 Dekabr, 2015  14:43
# Ответить
+4


]]>]]>

Abbas bəy. Əvvəla, mədəniyyətiniz və qabiliyyətiniz olsun. Söhbəti fırladan və ondan-bundan eşitdiyi, amma mənasını anlamadığı sözləri təkrar edən sizsiz. Biz sizə elmi sübutlar gətiririk, siz isə mədəniyyətsizlik edirsiniz. Hər şeydən əvvəl, elminiz yoxdursa, heç olmazsa qabiliyyətiniz olsun. Tahirə sözünün mənası sizin anladığınız deyil. Ona qalanda Həzrət Fatimənin (ə) də ləqəblərindən biri Tahirədir. O da ömrü bakirə qalıbmı?
Müəllif: Admin | 14 Dekabr, 2015  14:48
# Ответить
+3


]]>]]>

İkincisi, əgər savadınız yoxdursa və sözü birinci dəfədən anlamırsızsa, bir daha təkrar edirik: Seyyid Rəzi böyük ədibdir, şairdir. Nə tarix, nə hədis, nə də fiqh mütəxəssisidir. Bu elmlərin mütəxəssisləri isə adlarını çəkdiyimiz alimlərdir. Siz heç İbn Şəhraşubun, Seyyid Mühsin Əminin kim olduğunu, məşhur olub-olmadığını bilmirsiniz. Ona görə də bu cür bəhslər sizlik deyil. Elminiz çatan mövzulara girişin. Ya da "zikr əhlindən soruşun". Abbasiləri, Əməviləri dəxli olmayan söhbətlərə daxil etməyiniz isə gülüncdür. Hər halda, Şeyx Abbas Qumi də, İbn Şəhraşub da, Cəfər Sübhani də, onlarla digər alim də bu məsələləri biliblər və məzhəb qeyrətləri də sizinkindən çox olub. Bu cür mədəniyyətsiz şərhləriniz bundan sonra silinəcək.
Müəllif: Admin | 14 Dekabr, 2015  14:53
# Ответить
+3


]]>]]>

P.S. Birincisi, "duşizə" ümumiyyətlə ərəb sözü deyil, fars sözüdür. Ərəblər bakirə qıza "dişuzə" demirlər. ))) İkincisi, siz yazdığınız kimi "dişuzə" yox, "duşizə". ))) Ən azından dil öyrənin, sonra bu bəhslərə baş qoşun.
Müəllif: Admin | 14 Dekabr, 2015  15:03
# Ответить
+3


]]>]]>

Və bunu da bilməyiniz yaxşı olar ki, "bir wexsin heyatini oyrenmek ucun hedislerle yox tarixle oyrenilir" sözünüz də savadsızlığınızdan irəli gəlir. İslam müqəddəslərinin həyatını məhz hədislərdən öyrənirlər. İlk İslam dövrünün tarixi də elə hədislər üzərində qurulub. Əgər ərəb dilində üzündən oxuya bilirsizsə, klassik tarix kitablarını açıb vərəqləyin. Sonrakı tarixçilər mövcud hədis və rəvayətləri tədqiq edib, Peyğəmbərin, ilk müsəlmanların və imamların həyatını qələmə alırlar. Həzrət Xədicənin həyatını hədisdən başqa, hansı tarixdən öyrənmək istəyirsiz? Bizans salnamələrindən, yoxsa xristian rahiblərin kilsə qeydlərindən? Bu kimi elementar məsələlərdən bixəbərsiz, amma mübahisə edirsiz.
Müəllif: Abbas | 14 Dekabr, 2015  17:36
# Ответить
-2


]]>]]>

siz eyer sozuvuzde duzsusze menim yazdigim cavablari niye sildiz ki silen oglansansa eger hamisin silerdin sirf idare etme senin elinde olduga gore isdediyi eleme duz oglansansa cavablari qeyter daliya qoy cammaat gorsun kim duzdu kim sef
Müəllif: administrator | 14 Dekabr, 2015  17:41
# Ответить
+4


]]>]]>

Senin cavablarin hamisi yuxarida gorunur, pozduqumuz ancaq tehqirleden ibaret qanacaqsiz sozlerin idi. Sen hele basha dushmemisen ki, bura tin deyil ve burda tin sohbeti aparmirlar.
Müəllif: Elsever | 14 Dekabr, 2015  18:30
# Ответить
-5


]]>]]>

essalamu aleykum. ezizlerim burdan bele gorunur ki bu dini sayt olmasina baxmayaraq edaletsizlik edir eziz Abbas qardasin duzcun deqiq menbelerdi niye qebul ede bilmirsiz yazdiqlari ki. eger biz sieyikse gedib sunnu menbelerden deyil oz qaynaqlarimizdan oxuyub oyrenmeliyik
Müəllif: Elsever | 14 Dekabr, 2015  18:36
# Ответить
-4


]]>]]>

qardas yalan danismayin Adim Elseverdi Salmanovdu fbda varam girib baxa bilersiz isdesez tanis ola bilerik ama hec kime serr atamayin gunahdi
Müəllif: administrator | 14 Dekabr, 2015  18:42 | Ответ на #2548
# Ответить
+4


]]>]]>

Hormetli, Elsever adli oxucu, hansi edaletsizlikden gedir sohbet onda? Hansi deqiq menbeler? Deqiq menbeleri biz gosteririk, bizi sunnilikde ittiham edir, o da kecmeyende bashlayir tin sohbeti etmeye. Tin sohbetini tinde ederler, etmek isteyen getsin ora.
Müəllif: Nazim | 14 Dekabr, 2015  19:14
# Ответить
0


]]>]]>

Mahriban ve Rehim olan Allahin adi ile.Dayanin artiq! Efsuslar !Bes ederki bir anliqa kenardan oz veziyetimize nezer edek ve goreceyik ki bize dushmen olan dunyanin 80 faizi lazim deyi ele ozumuz ozumuze dushmencilikdeh bes ederik!Meger Ehli-Beyt(as) bize bunumu oyredib!En aqrili yerimiz ele budur!Gelin ele indi ele bu an bu mubahiseni Boyuk Allaha ve Ehli-Beyte(as) xatir dayandirib son qoyaq!Yadimizdan cixarmayaq ki en qati dhushmenimiz sheytan lenetullah her saniya bele oz ishini gormekdedir neinki furset gozlemekde.Allah ve Mahsumlar(as) bizi ancaq dushmenlere qarshi sert davranmaqa caqirib hetda onlarin savashmayanina rehmli davranmaqi tovsiye edib,biz ise ele ozumuzden bashliyiriq qirmaqa.Bu movzuda here oz fikrinde qalsin ve ozu ucun arashdirmaqa davam etsin,eslini ise buraxaq alimlerin ixtiyarina.O adlarla ki men bu muraciete bashladim inanmiram ki esl Eli(as) davamcisi eshidmiyib durmasin.Assalamu aleykum ve Rehmetullahi ve bereketu!
Müəllif: administrator | 14 Dekabr, 2015  19:23 | Ответ на #2555
# Ответить
+4


]]>]]>

Allah sizden razi olsun, Nazim qardash
Biz hec kimin hansi fikirde olmasinin eleyhine deyilik, bu onlarin haqqidir ve bu barede yuxarida yazmishiq. Amma bu istek tehqir, iftira ve ashaqilama ile mushayiet olunmamalidi. Mubahisenin de qaydasi var. Allah komeyiniz olsun
Müəllif: Abbas | 14 Dekabr, 2015  19:40
# Ответить
-1


]]>]]>

Allah haqqi deyib ona uyanlardan ve tovsiye edenlerden razi olsun eziz admin eger sizde nazim qardaw kimi davransaydiz bele olmazdi Men bura ilk werhi yazanda bele olacagini bilseydim kaw yazmazdim heqiqeten de haqqa dogru getmeyden uzaqlawdiq weytana ve nefsi isteklere uyaraq ama Allah razi olsun arada sulh yaradanlardan ama unutmuyaq ki men sadece mene unvanlanan sozlere cavab verirdim neise Allah bizleri bagiwlasin
Müəllif: Samir | 6 Yanvar, 2016  03:18
# Ответить
+1


]]>]]>

Salam Aleykum. genetik kodlar deyirsiz.beli raziyam.dogrudur.amma bilirsinizmi ki Uca Allah qadina ayliq xesteliyi ne ucun qoyub?her xestelikden sonra qadin paklanir ve o genetik kodlarda o xestelik vasitesi ile xaric olur.neye gore talaq veren zaman muddet gozlenilir? 3defe ayliq xestelikden sonra talaq verilir. Ele bilirsiniz ki Allah herweyi bawli bawin buraxib? Heqiqeten Allah boyuk hikmet sahibidir
Müəllif: Abbas | 11 Yanvar, 2016  12:38
# Ответить
-1


]]>]]>

Aleykumsalam Allahin nezeri uzerinize olsun beli ola biler ama bu cur weylerde Allahin hikmet sahibi olmasini qebul edirsiz ama Hz Xanım Xədicenin (s.ə) Hz Peyğəmbərimizlə (s.ə.a.s) qarwilawanadek hek kimle aile qurmamasinda Allahin Hikmeti olmasini qebul etmek istemirsiniz ? Qaldiki O Xanımda (s.ə) fiziki pakliq qeder menevi pakliq da movcud idi
Allah razi olsun
Müəllif: Abbas | 11 Yanvar, 2016  12:42
# Ответить
-1


]]>]]>

Ve cox gozel buyurduz Allah hec neyi ve hec kimi bawli bawina buraxmiyib hele ki qaldi Muqəddəsləri (ə)
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com