İmam Səccaddan (ə) ibratli kəlamlar

(5 şəban – həzrətin mövludu münasibəti ilə)

“Allahın ən çox qəzəbləndiyi insan o kəsdir ki, (zahirdə) imamın yoluna tabe olsun, amma onun əməllərini izləməsin”.

(Əl-Kafi, 8, 234).

“Sədəqə dilənçinin əlinə çatmazdan əvvəl Allahın əlinə çatar” (yəni Allah onu tez dəyərləndirər və savabını verər).

(Üddətüd-dai, 59).

“Namaz qılarkən elə təsəvvür et ki, həyatında axırıncı namazı qılırsan”.

(Biharül-ənvar, 78, 160).

“Sənin üzərində Allahın qüdrətini düşünüb Ondan qorx və Allahın sənə yaxınlığını təsəvvür edib Ondan utan”.

(Biharül-ənvar, 78, 160).

“Allahın əmrlərini və Ona itaət etməyi, eləcə də, itaəti Allah tərəfindən vacib edilmiş kəslərə itaət etməyi bütün işlərdən əvvələ sal”.

(Tühəfül-üqul, 254).

“Möminin duası bu üç nəticədən birini verər: ya onun üçün (qiyamətə) azuqə olar, ya bu dünyada tezliklə həyata keçər, ya da ona gələsi bəlanı uzaqlaşdırar”.

(Tühəfül-üqul, 280).

“Mən bir xeyir əməli, - hətta az da olsa, - davamlı olaraq etməyi sevirəm” (yəni çox, amma davamsız əməldənsə, az, amma davamlı əməl mənə daha xoşdur).

(Vəsailüş-şiə, 4, 92).

“Peyğəmbər evdəki vaxtını üç hissəyə bölərdi. Bir hissəsini Allaha, bir hissəsini ailəsinə, bir hissəsini də özünə həsr edərdi”.

(Məkarimül-əxlaq, 1, 44).

“Ananın haqqı budur ki, biləsən: o, səni heç kimin heç kimi daşımadığı bir tərzdə (öz bətnində) daşıyıb və heç kimin heç kimə vermədiyi tərzdə öz qəlbinin meyvəsini sənə verib”.

(Əmaliyi-Səduq, 453).

“Hər kim camaata, onlarda olmayan bir cəhət üçün töhmət vursa, onun özünə də onda olmayan bir cəhət üçün töhmət vurarlar”.

(Biharül-ənvar, 75, 261).

“Bir möminin öz mömin qardaşının üzünə məhəbbətlə baxması ibadətdir”.

(Tühəfül-üqul, 282).

“Gördüm ki, bütün xeyir-bərəkət camaatın əlində olanlardan gözünü çəkməkdə cəm olub”.

(Biharül-ənvar, 73, 171).

“Bazara girib, əlimdə olan dirhəmə ailəmin istədiyi əti (və ya hər hansı ərzağı) almağı qul alıb azad etməkdən daha çox xoşlayıram”.

(Vəsailüş-şiə, 21, 543).


Yerləşdirilib:22 May, 2015, Baxılıb:4824, Çap
 

Son şərhlər : 2
Müəllif: Nazim | 29 May, 2015  20:59
# Ответить
+3


]]>]]>

Imam Zeynulabidin alehis-selamin movludunada qurban,ozunede qurban,kelamlarinada!Salavat!
Müəllif: NURLAN | 4 İyun, 2015  22:28
# Ответить
+2


]]>]]>

Allahume seli ela Muhammed ve Ali Muhammed.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com