Dəccal nə zaman meydana çıxacaq?

Bir gün Həzrət Əli ibn Əbu Talib (ə) camaatın qarşısında xütbə söyləyirdi. Səhabələrdən Səsəə ibn Suhan ayağa qalxıb soruşdu:

- Ya Əmirəl-möminin! Dəccal nə zaman meydana çıxacaq?

İmam cavab verdi:

- Otur, Allah sənin səsini eşitdi və nə istədiyin bildi (yəni sən öz sualını verdin, indi mən Allahın izni ilə cavabını söyləyim). Allaha and olsun, bu sualın soruşulduğu adam soruşandan artıq bilmir (yəni mən də sənin kimi o günün dəqiq vaxtını bilmirəm). Amma həmin zamanın bəzi əlamətləri vardır. Və ayaqqabının tayları bir-birinə uyğun olduğu kimi, bu əlamətlər də bir-birinin ardınca həyata keçəcək. İstəsən, onlardan səni xəbərdar edərəm.

Səsəə cavab verdi:

- Bəli, ya Əmirəl-möminin, istəyirəm.

İmam buyurdu:

- Yadında saxla, bunun əlaməti budur ki, camaat namazı öldürər. (Yəni namazı qılmazlar və unudarlar).

Əmanəti zay edərlər. (Yəni əmanəti sahibinə çatdırmadan yox edərlər).

Yalanı halal bilərlər.

Rüşvət alarlar.

Çox uca və möhkəm binalar tikərlər. (Yəni dünyaya aludə olub, uca qəsrlərdə, cah-cəlallı saraylarda yaşayarlar).

Dini dünyaya satarlar.

Ağılsız və səfeh adamlarla durub-oturarlar.

Qadınlarla məşvərət edərlər.

Qohumlarla əlaqəni kəsərlər.

Öz həvavü-həvəslərinə (yəni nəfsani istəklərinə, tamahlarına) tabe olarlar.

Qana ehtiram göstərməzlər. (Yəni qan tökməyi adi hal sayar və insan həyatına məhəl qoymazlar).

Helm və mülayimlik zəifləyər.

Zülm törətmək fəxr sayılar.

Hökm sahibləri (vəzifə adamları) günah əhli olarlar.

Vəzirlər zülm edərlər.

Tanınmış (məşhur) adamlar xəyanətə bulaşarlar.

Yazıb-oxumağı bacaranlar (savadlılar) fasiqlikdə (günahkarlıqda) məşhur olarlar.

Əxlaqsız işlər açıq-aşkar edilər.

İftira və böhtan, günah və tüğyan artar.

Quranlar bəzədilər. (Yəni Quranın cildini və vərəqini bəzəyər, içindəkiləri isə oxumaz və əməl etməzlər).

Məscidlər bər-bəzəyə tutular. (Yəni məscidlərin bəzəyinə fikir verərlər, orada qılınan namazların keyfiyyətinə yox).

Uca-uca minarələr tikilər.

Cərgələr dolu və izdihamlı olar. (Burada həm məscidlərdə xüzu və xüşusuz qılınan namazlarda iştirak edənlərin sayının çoxluğu, həm də günah məclislərindəki sıxlıq nəzərdə tutula bilər).

Nəfsin istəkləri növbənöv olar. (Yəni günahların, haram əyləncələrin sayı və çeşidi çoxalar, hərənin başı bir günaha qarışar).

Əhd-peymanlar (vədlər) pozular.

Qadınlar dünya malına həris şəkildə ticarətdə öz ərlərinə şərik olarlar.

Günah sədaları ucalar və onu dinləyənlərin sayı çoxalar. (Yəni haram əyləncə yerlərindən gələn çal-çağır sədaları hər yeri bürüyər).

Cəmiyyətin (millətin) başçıları əslində onun ən alçaq üzvləri olarlar.

Camaat günahkar adamın şərindən qorxar (və ona etiraz etməz).

Yalançının sözü doğru sayılar.

Xain adamı əmanətdar kimi qəbul edərlər. (Yəni insanlara verilən qiymət dəyişər, hər kəs layiq olduğu qiyməti almaz).

Camaat musiqi və əyləncə alətlərinə meyl edər.

Ümmətin bir üzvü o birinə lənət deyər (camaat arasında düşmənçilik artar).

Qadınlar yəhər üstə qalxarlar. (Ola bilər ki, burada qadın sürücülərin sayının artması nəzərdə tutulur).

Qadınlar kişilərə bənzəyərlər (geyimdə, davranışda, fəaliyyətdə kişilərə tay olmağa çalışarlar).

Kişilər isə qadınlara oxşayarlar (bər-bəzəyə aludəlikdə, qorxaqlıqda, qətiyətsizlikdə).

Şahid görmədiyi hadisəyə şahidlik edər.

Dindən başqa sahələrdə oxuyub, təhqiqat apararlar. (Dini elmlər unudular, mənasız işlərə vaxt və pul sərf edilər).

Dünya üçün edilən səylər axirət üçün edilən səyləri üstələyər.

Qoyun dərisindən libas geyinərlər; halbuki, sinələrində canavar qəlbi gizlənib.

Onların qəlbi leşdən daha murdar, zəhərdən daha acıdır.

Vay olsun, vay olsun belə zəmanədən!

Tez olsun, tez olsun zühur belə zəmanədə!

(O zaman bil ki) vəd edilən vaxt yaxınlaşır...

 

 

(Mənbə: Biharül-ənvar, 52-ci cild, səh. 192-193).


Yerləşdirilib:17 İyun, 2014, Baxılıb:7738, Çap
 

Son şərhlər : 9
Müəllif: Muslim | 17 İyun, 2014  14:28
# Ответить
+9


]]>]]>

Bu əlamətlərin çoxusu artıq mövcuddur.
Müəllif: Muslim | 17 İyun, 2014  14:28
# Ответить
+8


]]>]]>

Bu əlamətlərin çoxusu artıq mövcuddur.
Müəllif: Aydan | 18 İyun, 2014  12:45
# Ответить
+12


]]>]]>

ALLAH hamimizi duzgun yola salsin Amin!
Müəllif: Ali | 23 İyun, 2014  07:42
# Ответить
+4


]]>]]>

Elametlerin hamisi hal-hazirda mushaide edilir. Islama nece lekeler vurulur, muselmanlar nahaq yere qirdirilir, her shey haqqdan uzaqlashir. Ya REBB, bizleri haqq yolunda olan ve dininde sabit qedem olan bendelerinden qerar ver. Amin!
Müəllif: Rahim | 24 İyun, 2014  10:48
# Ответить
+5


]]>]]>

BIR ELAMET DAHA COX MENE TESIR ETDI HEQIQETENDE QURANLAR BEZEDILIR QURANLARIN UST QABIQINA DASH QASHLAR VURULUR VE EVLERDE GUZGULERIN KOMOTLARIN QABAQINA QAB QACAQ EVEZI QOYULUR ..EY UCA REBBIMIZ SEN OZUN BIZLERI FITNE FESSATDAN UZAQ ET VE AQAMIZIN ZUHURUYLA BUCUR MUSUBETLERE QARSHI MUBARIZEDE BIZLERE QUVVET VER AMIN.....
Müəllif: rasim | 28 İyun, 2014  14:02
# Ответить
+2


]]>]]>

Allah hamınıza kğmək olsun. Qeyd olunan əlamətlər həqiqətən gerçəkləşmişdir.
Müəllif: Elnur | 13 İyul, 2014  18:54
# Ответить
+2


]]>]]>

ALLAH ISID ORDUSUNU ZELIL ELESIN!


Müəllif: araz | 18 İyul, 2014  18:26
# Ответить
0


]]>]]>

bela zamanda ancag allaha sıgınmag ahlı beytın yolundan kanara cıxmamag lazımdır zuhur dovru demak olrkı baslayıb.ısıd ordusu gara bayraglarla cıxıb bunu gasdan hazırlayıblar ıslam düşmanları kı guyam bunlar axırda ımam zamana beyat edacaklar
Müəllif: Ferhad | 19 İyul, 2014  13:00
# Ответить
+1


]]>]]>

bele zemane ne qeder iyrenc olsada bu zemanede teqvali olmaq , xeyir is gormek ucun verilen savab sehabelere verilen savabdan yuz defe coxdu.Cunki eziyyetimiz olarinkinnan da cox olacaq
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com