Onlar Сənnətin ətrini də duymazlar (ayə və hədislərin işığında)

Allah-təala buyurub:

- “...Allaha şərik qoşana Allah, şübhəsiz ki, cənnəti haram edər. Onun düşəcəyi yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!” (Maidə, 72).

- “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk!” (Əraf, 40).

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

- “Cəbrail mənə söylədi ki, cənnətin ətri min illik məsafədən duyular. Bununla belə, onun ətri aşağıdakı adamların burnuna dəyməz: valideynin üzünə ağ olan övlad, qohumlarla rabitəni kəsən adam, zinakar ağsaqqal, qonşusunu incidən adam, fitnə-fəsad yayan şəxs, başqasının boynuna minnət qoyan adam və dünyadan doymayan insan” (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 330). Hədisin sonunda onun başqa bir variantı verilir ki, burada həmin dəstəyə qəbirləri açıb ölülərin kəfənini oğurlayan, cinsi pozğunuq edən (yəni öz həmcinsi ilə əlaqədə olan) və özünü çəkərək, təkəbbürlə yeriyən adam da əlavə edilir.

- “Valideynə ağ olmaqdan çəkinin. Behiştin ətri min illik məsafədən duyular. Amma ağvalideyn olan, qohumlarla əlaqəni kəsən, zinakar qoca və təkəbbürlü adam bu ətri heç zaman duymazlar” (Üsulül-Kafi, II, 349).

- “Hər kimin müsəlman qardaşı borc üçün ona möhtac olsa və o, imkanı olduğu halda borc verməsə, Allah cənnətin ətrini ona haram edər... Etdiyi yaxşılığa görə minnət qoyan, paxıl və sözgəzdirən adama Allah behişti haram edər” (Şeyx Səduq. Əmali, 66-cı məclis).

- “Hər kim muzdla tutduğu işçinin pulunu verərkən ona haqsızlıq etsə, Allah onun xeyir əməllərini puça çıxarar və beş yüz illik məsafədən duyulan cənnət ətrini ona haram edər” (Təbrisi. Məkarimül-əxlaq, səh. 428).

- “Hər kim öz qonşusunu incitsə, Allah cənnətin ətrini ona haram edər” (Vəsailüş-şiə, Cihad kitabı, səh. 283).

- “Üç nəfər heç vaxt cənnətə girməz: qeyrətsiz adam, özünü kişilərə bənzədən qadın və ardıcıl olaraq şərab içən adam” (Mizanül-hikmə, I, 430, hədis 2590).

- “Yalançı və xəyanətkar adamlar cənnətə girməzlər” (Kənzül-ümmal, XVI, 25, hədis 43777).

- “Mühəmmədin canını öz ixtiyarında saxlayan Allaha and olsun ki, siz mömin olmayınca cənnətə girməzsiniz, bir-birinizi sevməyincə də mömin olmazsınız. İstəyirsinizmi aranızdakı sevgini artırmağın yolunu sizə öyrədim? Bir-birinizə aşkarda (uca səslə) salam verin” (Nəhcül-fəsahə, hədis 1555).

- “Sözgəzdirən adam cənnətə girməz” (Sünənü Əbu Davud, Kitabül-Ədəb, 38-ci töhfə, hədis 4871).

- “Allah-təala cənnəti yaradandan sonra ona buyurdu ki, danışıb bir söz desin. Cənnətdən nida gəldi: “Məndə məskən salacaq insanların xoş halına!” Bu zaman Allah-təala buyurdu: “İzzət və cəlalıma and olsun ki, səkkiz cür adam səndə məskunlaşmaz: şərab içməyi adət edən, təkrar-təkrar zina edən, söz gəzdirib xəbərçilik edən, ailəsinin qeyrətini çəkməyən, zalım hökmdarın əlaltısı kimi fəaliyyət göstərib camaatı incidən adam, cinsi pozğun şəxs, qohumlarla rabitəni kəsən və filan işi etməyəcəyi barədə Allahla əhd bağlayıb sonra buna vəfa etməyən adam” (Şəhidi-sani. Kəşfür-reybə, səh. 82).

- “Üç nəfər cənnətə girməz: şərabxor, sehrbaz və qohumlarla rabitəni kəsən adam” (Vəsailüş-şiə, XV, 346).

- “Hər kim rəiyyət sahibi olsa (yəni bir dəstənin üzərində hakimiyyət qazansa) və rəiyyəti aldatsa, Allah cənnəti ona haram edər” (Səhihü Müslim, Kitabül-İman, 62-ci töhfə, hədis 363).

- “...Həqiqətən, Hüseyn cənnətin qapılarından biridir. Hər kim onunla düşmənçilik etsə, Allah cənnəti ona haram edər” (Biharül-ənvar, XXXV, 405, hədis 28).

İmam Əli ibn Əbu Talib (ə) buyurub:

- “Öz batinini gözəlləşdirməyən və niyyətini saflaşdırmayan adam cənnətin feyzini (ləzzətini, mükafatını) qazanmaz” (Ğürərül-hikəm, hədis 10868).

İmam Cəfər Sadiq (ə) buyurub:

- “Allah-təala bunu özünə vəzifə kimi lazım edib ki, üç cür adamı cənnətdə sakin etməsin: Allahı inkar edən şəxsi, hidayətçi məsum imamı inkar edən insanı və bir möminə öz haqqını əldə etməyə mane olan adamı” (Şeyx Səduq. Əl-Xisal, səh. 151).

- “Dörd nəfər cənnətə girməz: kahin, münafiq, şərabxor və sözgəzdirən adam” (Vəsailüş-şiə, XII, 309).

- “Qəlbində zərrə qədər təkəbbür olan adam cənnətə girməz” (Şeyx Hürr Amuli. Cəhadün-nəfs, Təkəbbür babı, hədis 4).

Müəllif: islam.az


 


Yerləşdirilib:25 Mart, 2013, Baxılıb:4850, Çap
 

Son şərhlər : 7
Müəllif: GULNAR | 26 Mart, 2013  11:59
# Ответить
+3


]]>]]>

YA ALLAH SEN OZUN KOMEK ET HER KESE....AMIN
Müəllif: Alemxan | 26 Mart, 2013  15:24
# Ответить
+4


]]>]]>

ALLAH razi olsun.meqale aktualdir.meqalenin sonundaki menfur xsusiyetler Lenkeranda dini qariwqiran,QMInin teyin etdiyi ruhani axundlara bohtan atan iranda tehsil alan Elman adli "mollaciqaza" aiddir.o zemanenin fesadidir.ruhaniyyte bohtan atandir.
Müəllif: Muslim | 31 Mart, 2013  23:55 | Ответ на #929
# Ответить
0


]]>]]>

Ay qardaş, sənə qurban olum. Bəsdi də bu Elman söhbətini elədin. Bura dini saytdır. Burda Allahın sözü yazılıb. Saytı öz maraqlarınıza alət eləməyin xahiş edirəm. Bu cür yazıları öz maraqlarınızla bulamayın. İnsafınız olsun. Kim haqdır - kim haqsız, bunu ayırd eləməyin yeri bura deyil.
Müəllif: Kamran | 1 Aprel, 2013  11:57
# Ответить
+1


]]>]]>

İşhallah Allah Təalə biz müsalmanlari burda deyillən sekkiz gür adamdan etmesiz...........AMİN
Müəllif: Kamran | 1 Aprel, 2013  11:59
# Ответить
+1


]]>]]>

İnşallah Allah Təalə biz müsalmanları burda deyilən səkkiz cür adamdan etməsin...............AMİN
Müəllif: Ruqeyye | 1 Aprel, 2013  16:25
# Ответить
+1


]]>]]>

Allah razi olsun
Müəllif: Salam | 28 Mart, 2016  20:37
# Ответить
0


]]>]]>

"Alemxan"niye bohtan atib,fesad yayirsan? Kimin haqli kimin fesad oldugunu yalniz Allah biler,sen kimsen ki camaata bohtan atirsan? qaldi ki,Iranda tehsil adan bir cox dindarlar QMN-nin bezi mollalarindan daha savadlidir.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com