Cənnət və cəhənnəm əhlinin fərqi

Cənnət və cəhənnəm əhlinin vəziyyəti haqqında misala oxşar belə bir rəvayət danışırlar. Deyirlər, bir nəfər dua edib Allaha yalvarır ki, ilahi, mənə bu dünyada cənnəti və cəhənnəmi göstər. Görüm oradakıların vəziyyəti necədir, cənnətin ləzzəti və cəhənnəmin əzabı nədən ibarətdir?

Allah bu adamın duasını qəbul edir. Onun gözləri qarşısında iki qapı görünür. Adam bu qapılardan birinə yaxınlaşıb açır. Görür ki, qapının o biri tərəfindəki otağın ortasında iri bir miz var. Mizin üstünə xörəklə dolu böyük bir boşqab qoyulub. Xörəkdən gələn ətir onun çox dadlı olduğundan xəbər verirdi. Mizin ətrafına acından üzülmüş xeyli arıq adam toplaşmışdı. Xörəyin dövrəsində dairə vurub oturmuş adamların hər birinin əlində uzun qaşıq vardı. Hər kəsin qaşığı onun qoluna bitişmişdi. Qaşıqların dəstəsi çox uzun olduğu üçün, hər kəs oturduğu yerdən rahatlıqla öz qaşığını xörəklə doldura bilirdi. Amma sonra yeməyi agızlarına qoya bilmirdilər, çünki qaşığın dəstəsi uzun idi. Beləcə, bu adamların heç biri yeməkdən bircə qaşıq da yeyə bilmirdi, uzaqdan xörəyə baxa-baxa qalmışdılar.

Allahdan həmin adama nida gəldi: “Cəhənnəmin mənzərəsini gördün. Indi cənnətə də bax”. Adam ikinci qapını açdı. Burada da oxşar mənzərə ilə rastlaşdı. Yenə otağın ortasına böyük bir miz, onun üstünə dadlı xörəklə dolu iri boşqab qoyulmuşdu. Mizin ətrafında dövrə vurub oturanların da qoluna bitişik uzun qaşıqları vardı. Amma bu adamlar o birilər kimi arıq deyildilər, ac görünmürdülər. Deyib-gülür, sevinirdilər, bədənləri də kök və sağlam idi. Adamı əvvəlcə heyrət bürüdü. Əgər hər şey o biri otaqdakının eynidirsə, bunlar hansı yolla xörəyi yeyirlər? Axı uzun dəstəli qaşığı ağızlarına aparmaları qeyri-mümkün idi.

Bir an sonra adam öz sualına cavab tapdı. İlk baxışda çaşdırıcı görünən bu mənzərəni diqqət yetirməklə çözmək mümkün oldu. Məsələ bunda idi ki, bu otaqdakıların heç biri öz qaşığından yemək yemirdi. Hər kəs qaşığını doldurandan sonra yanında oturmuş adamın ağzına yaxınlaşdırır və onu yedizdirirdi. Beləcə, onların hamısı bir-birinin əlindən yeyib doyurdu.

Allahdan yenə nida gəldi: “Mən sizə 124 min peyğəmbər, dörd səmavi kitab göndərdim. Bütün peyğəmbərlər deyirdi, bütün səmavi kitablarda yazılmışdı ki, başqasına ehsan edin, qardaşınızla mehriban olun, özünüz üçün istədiyinizi ona da istəyin, özünüzə rəva görmədiyinizi ona da rəva görməyin. Hər kim dünya həyatında bu tövsiyəyə əməl edirsə, bu, onun vərdişinə çevrilir. Həmin adam cənnətdə də yanındakı şəxsi özündən irəli bilir, onu yedizdirməklə məşğul olur, özü də başqasının əlindən ruzi yeyib doyur. Amma hər kəs dünya həyatında simicdirsə, yalnız özünü düşünürsə, cəhənnəmdə də eyni cür hərəkət edir. Cəhənnəm əhlinin heç biri nə özü yeyə bilir, nə də başqasınan yeməyinə imkan verir”.

Müəllif: islam.az


 


Yerləşdirilib:19 Mart, 2013, Baxılıb:6391, Çap
 

Son şərhlər : 7
Müəllif: ins | 19 Mart, 2013  13:09
# Ответить
+9


]]>]]>

Salam Aleykum cox sagolun Allah razi olsun cawki bunlari bezi insanlar bawa duwe bilseler..
Müəllif: Asya | 19 Mart, 2013  13:16
# Ответить
+8


]]>]]>

Cox gozel. Bir filmde bu barede kesis danisirdi.
Hami biri ucun, biri hami ucun
Müəllif: Ruqeyye | 24 Mart, 2013  10:57
# Ответить
+3


]]>]]>

Melumata gore tesekkur edirem.Allah razi olsun
Müəllif: xanim | 24 Mart, 2013  11:47
# Ответить
+2


]]>]]>

cox sagolun ALLAH-TEALA sizlerden razi olsun cox gozel maraqli ehvalat idi........
Müəllif: Seid799 | 25 Mart, 2013  11:27
# Ответить
+2


]]>]]>

Dəyərli məlimata görə Allah sizlərdən razı qalsın!
Müəllif: fakt | 28 Mart, 2013  08:30
# Ответить
+3


]]>]]>

salam alekum.meqale gozeldir,werhlerde yaxwidir.allah razi olsun haminizdan.mesele burasindadirki,sade muselmanlar bunu anlaya bilirler.amma bezi radikal "rebliqatcilar" ozleri cehennem ehline cevrilirler.meselen lenkeranda katalizator "mollafason" Elman ve onun kimiler.ONLAR CEHENNEM EHLINE NUMUNEDIRLER.
Müəllif: Muslim | 31 Mart, 2013  23:56 | Ответ на #934
# Ответить
+2


]]>]]>

Ay qardaş, sənə qurban olum. Bəsdi də bu Elman söhbətini elədin. Bura dini saytdır. Burda Allahın sözü yazılıb. Saytı öz maraqlarınıza alət eləməyin xahiş edirəm. Bu cür yazıları öz maraqlarınızla bulamayın. İnsafınız olsun. Kim haqdır - kim haqsız, bunu ayırd eləməyin yeri bura deyil.
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com