Əsil alim belə olar (alimlərin həyatından nümunələr)

Ticarətdə halallıq

İmam Əbu Hənifə maddi cəhətdən imkanlı idi. Ticarət işinə də sərmayə qoyur, şəriklərlə işbirliyi qururdu. Əsasən, parça alveri ilə məşğul olurdu.

Amma ticarəti özü etməz, şərikləri vasitəsilə işi gördürərdi. Bir gün Əbu Hənifə nöqsanı olan bir parçanı satmalı olur. Şəriki Həfs ibn Əbdürrəhmana parçanı verib deyir: “Bu parçanın filan eybi var, satanda alıcıya bunu de, qiymətini də bu qədər ucuz et”. Həfs İmam Əbu Hənifənin dediyi qiymətə parçanı satır, amma malın eybini alıcıya söyləməyi unudur. Əbu Hənifə bundan xəbər tutan kimi Həfsdən soruşur ki, parçanı alan adamı tanıyırsanmı? Həfs o adamı tanımadığını deyir. Əbu Hənifə alıcıdan halallıq ala bilmədiyi üçün həmin parçadan əldə etdiyi gəliri özünə haram bilir, qazancına haram qatmasın deyə, bütün pulu sədəqə olaraq ehtiyaclılara paylayır.

 

Kim xoşbəxtdir, kim bədbəxt?

 

Məşhur sufi Şəqiq Bəlxi bir müddət İmam Əbu Hənifənin dərslərində iştirak etmişdi. Onun tələbə dostlarından biri də qazı Əbu Yusif idi. Təhsili başa vurduqdan sonra Şəqiq Bəlxi ilə Əbu Yusifin yolları ayrılır və onlar uzun müddət görüşmürlər. Şəqiq Bəlxi zahidanə həyat tərzi sürür, yun libasda gəzir, nəfsini əziyyətə salmaqla haqqa çatmağa çalışırdı. Əbu Yusif isə bir müddətdən sonra savadlı fəqih kimi məşhurlaşır və xəlifə tərəfindən məsul vəzifələrə dəvət olunur. Vaxtilə Əbu Hənifənin qəbul etmədiyi və bunun üstündə şallaqlandığı qazılar qazısı vəzifəsinə Əbu Yusif təyin edilir. Indi o, bahalı libas geyinir, dərs məclislərinin başında oturur, xəlifənin ən yaxın adamlarından sayılırdı.

Bir gün Şəqiq Bəlxinin yolu yenə Bağdada düşür. Görür ki, Əbu Yusif izdihamlı bir məclisdə qəzavət edib fətva verməklə məşğuldur. Əbu Yusif də öz tələbə dostunu tanıyır, onun əynindəki köhnə və ucuz libası süzüb istehza iə soruşur: “Şəqiq, bu nə libasdır geyinmisən? Olmaya kiməsə matəm tutmusan?” Şəqiq cavab verir: “Amma sən bu əlvan və bahalı paltarda çox xoşbəxt görünürsən. Bu mənə qəribə gəlmir. Çünki sən öz məqsədinə çatmısan. Oxuyub elm öyrənməkdə məqsədin vəzifə idi, onu da əldə etdin. Amma mən oxumaqla irfan sahibi olub Allahı tanımaq istəyirdim. Illərdir çalışıram, yenə bu yolun başlanğıcında olduğumu düşünürəm. Ona görə hüzn və matəm içində gəzirəm”. Əbu Yusif Şəqiqin sözlərini eşidəndə çox tutulub, hətta gözləri yaşarır.

 

Köhnə qazan

 

XIX-XX əsrlərin qovşağında Nəcəfdə yaşamış Ayətullahül-üzma Seyyid Mühəmməd Kazim Təbatəbai Yəzdi şiə dünyasının böyük müctəhidlərindən idi. Onun “Ürvətül-vüsqa” adlı risaləsi o qədər məşhur idi ki, müəllifi “Sahibi-Ürvə” ləqəbi ilə çağırırdılar. Ondan sonra yaşamış məşhur müctəhidlərin böyük əksəriyyəti bu kitaba şərh və ya haşiyə yazıblar.

Sahib olduğu yüksək məqama baxmayaraq, Seyyid Yəzdi çox sadə və zahidanə həyat sürürdü. Bir gün alimlərdən biri onun hücrəsinə gəlir, otağın bir küncündə qoyulmuş köhnə bir qazançaya gözü sataşır. Seyyid Yəzdidən soruşur ki, bu köhnə qazançanı niyə evdə saxlayırsan? Seyyid Yəzdi cavab verir: “Bu, mənim tələbəlik vaxtı istifadə etdiyim qazançadır. O vaxtlar nə adım-sanım vardı, nə də müqəllidlərim. Yarıac-yarıtox dolanırdım, bütün gücümü tədrisə vermişdim. Bu kiçik qazanda xörək bişirib yeyirdim. Onu tullamamışam, gözümün qabağında saxlayıram ki, ona baxanda haradan haraya yüksəldiyimi yadıma salım, indiki şöhrətim məni aldadıb təkəbbürə düçar etməsin”.

Müəllif: islam.az


 


Yerləşdirilib:11 Mart, 2013, Baxılıb:4743, Çap
 

Son şərhlər : 16
Müəllif: Asya | 11 Mart, 2013  09:47
# Ответить
0


]]>]]>

Əbu Hənifə alıcıdan halallıq ala bilmədiyi üçün həmin parçadan əldə etdiyi gəliri özünə haram bilir, qazancına haram qatmasın deyə, bütün pulu sədəqə olaraq ehtiyaclılara paylayır.
Haram bildiyin mali sedeqe vermek olar? Yoxsa halalligina subhe etdiyinde vere bilersen?

Müəllif: administrator | 11 Mart, 2013  11:53
# Ответить
+1


]]>]]>

Birine mexsus sende olan mali sahibine ve ya vereselerine hech cur qaytarmaq mumkun olmayanda hemin mali sahibinin niyyeti ile sedeqe vermek lazimdir. Bu hokm, tapilmish, lakin yiyesi melum olmayan mala da aiddir.
Müəllif: Asya | 11 Mart, 2013  12:05
# Ответить
0


]]>]]>

Mene bir defe surucu pulu artiq qaytarmisdi, sonra o pulu hemin marsrutun suruculerinden birine verdim , amma bilmedim hemin surucuydu ya basqasiydi. Bele duzgundu?
Müəllif: Ruqeyye | 11 Mart, 2013  12:06
# Ответить
+2


]]>]]>

heqiqeten cox ibretamiz sozlerdir.ornek goturmek lazimdir.cox sag olun melumata gore.Allah razi olsun
Müəllif: administrator | 11 Mart, 2013  12:07
# Ответить
+2


]]>]]>

Gerek sahibine chata. Buna gore bele hallarda emin olmaq lazimdir.
Müəllif: azer | 13 Mart, 2013  00:21
# Ответить
-1


]]>]]>

Salam aleykum.men aileliyem bir balaca borcum var catdira bilmirem hec kim komeklikde etmir ona goremecbur olub harama el atiram allahdan qorxuram sevirem namazda qiliram ailemde namaz qilir bu gunahmi.?
Müəllif: Sirac | 14 Mart, 2013  16:43 | Ответ на #871
# Ответить
+1


]]>]]>

Qardaş, əl çək bu işdən. Heç bir məntiq, heç bir əsas axtarma bu addımında. Sırf Allaha xatir əl götür. Vəssalam. Allaha sığın, yardım dilə. Sonra da qəlbini şalış aram et Allahın zikri ilə. İnşallah, Tanrı bəndəsini heç vaxt darda qoymaz. Allah sənə yardım etsin, qardaş!
Müəllif: Ana | 13 Mart, 2013  08:02
# Ответить
+3


]]>]]>

Salam.efsuslar ki, harama beraet yoxdur.Yegin ki,bu chetinlik bir iman sinagidir.Allah sene komek olsun.Amin!!!
Müəllif: administrator | 13 Mart, 2013  11:26
# Ответить
+2


]]>]]>

Salam. Allah hech kimin ruzisini haramdan qoymayib. Allah size komek olsun ve tezlikle ishlerinizi duzeltsin. Namazlarinizda choxlu dua edin.
Müəllif: Ruqeyye | 13 Mart, 2013  13:20
# Ответить
+2


]]>]]>

SIZ ALLAH PENAH APARIN BU BIR SINAQDIR.ALLAH TEALA ON UZANAN ELLERI HEC VAXT NAUMID QAYTARMIR.INSEALLAH SIZE DE KOMEK EDER.BENDESININ YALVARISINA QULAQ ASMAGI ALLAH SEVIR.
Müəllif: azer | 15 Mart, 2013  20:20
# Ответить
+3


]]>]]>

allah razi olsun sizlerden
Müəllif: mehemmed | 18 Mart, 2013  20:26
# Ответить
-7


]]>]]>

allah bu saytin adminin ve fikir sahiblerin hidayet etsin.....26819
Müəllif: Qadir | 25 Mart, 2013  12:37 | Ответ на #902
# Ответить
+3


]]>]]>

Sənin gününə ağlamağa 2 göz lazımdı, sən kimin bostanına daş atırsan, ay bədbəxt? ))) Hələ bir aşırmalı şalvarından çıx, sonra kişilərin söhbətinə giriş
Müəllif: Hoccet | 18 Mart, 2013  20:33
# Ответить
-3


]]>]]>

siz burda ebu henifedn yoxe bizim shie alimlerinnen daniwinda ne qeder yaltaq olacaqsiz siz?Demirem Sunnilerinde yaxwi alimleri var Ibn Shaltut IBn xaldun ve.s....bunlardan yazine bunlar vehdet sevendirler...amma ebu henife islam parcaliyanlardan biri olub...Allah sizi hidayet elesin...Allah Imam Zaman Aganin Zuhurun tecil elesin (AMIn YAREBBEL ELEMIN)1
Müəllif: Anar | 19 Mart, 2013  01:11
# Ответить
+6


]]>]]>

Kechi yamayim aqluva ele men, "Hoccet"!
Müəllif: Salam | 31 İyul, 2017  19:40
# Ответить
0


]]>]]>

Mende Hoccetle raziyam,shie alimlerinin feziletin yazmaqla bitmez,ebu henifenin hardansa bir feziletini tapib,bura qoymaga ne ehtiyac var??
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com