Doğru yuxular necə olur?

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur: “Möminin sadiq röyası nübüvvətin (peyğəmbərliyin) qırx altıdan-bir hissəsidir. Nübüvvətdən bir parça olan şey isə yalan ola bilməz”.

Bu hədisdə Peyğəmbərin sadiq yuxunu nübüvvətin qırx altıdan-bir hissəsi adlandırmağının səbəbini alimlər belə izah ediblər: Həzrət Mühəmmədin (s) peyğəmbərlik müddəti 23 il, sadiq röyalar görməsi isə altı ay davam etmişdi. Altı ay 23 ilin qırx altıdan-bir hissəsidir.

Sadiq yuxular görmək neməti hər kəsə verilməz. Hədisdə deyilir ki, sözü düz olanın yuxusu da doğru çıxar. Mömin, əxlaqlı, ibadətləri vaxtında yerinə yetirən adamların yuxusunun düzgün çıxma ehtimalı daha böyükdür.

Yuxuların düzgün yozulması da mühüm məsələdir. Hər kəs istər özünün, istərsə də başqasının gördüyü röyanı düzgün yozmağa qadir deyil. Bunun üçün savad və xüsusi istedad lazımdır. Din aləmində Daniyal Peyğəmbərin (ə), Həzrət Əlinin (ə), tabeindən İbn Sirinin, məşhur alim İbn Ərəbinin yuxuyozma kitabları məşhurdur. Yuxunu yozarkən vaxtı, yatma şəraitini, yuxu görən adamın kimliyini və yuxunun bəzi detallarını mütləq nəzərə almaq lazımdır. Yuxunun şeytani yoxsa ilahi (sadiq) olduğunu ayırd etmək bəzən adi metodlarla qeyri-mümkün olur. Bəzən yuxunu yalnız bundan əvvəlki mənbələrə – yuxuyozma kitablarına əsasən mənalandırmaq da mümkün olmur. Bu zaman yuxunun yeni “şifrə”lərini tapmaq tələb olunur ki, bunu da kəşfü kəramət sahibi olan, Allahdan ilham alan arif şəxslər edə bilərlər.

Sadiq yuxunun dərhal həyata keçməsi vacib deyil. Qurani-kərimin Fəth surəsinin 27-ci ayəsində Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkəni ziyarət etməsi barədə Mədinədə yuxu gördüyü barədə danışılır. Həmin il (hicrətin 6-cı ilində) müsəlmanlar o həzrətin başçılığı altında Məkkəyə yola düşərkən bu ziyarətin mütləq baş tutacağına inanırdılar. Amma həmin il Kəbəni ziyarət etmək onlara qismət olmadı və məsələ Hüdeybiyyə sülhü ilə nəticələndi. Bu zaman bəzi müsəlmanlar Peyğəmbərin yuxusunun çin olmamasından narahat oldular və o həzrətin nübüvvətinə şəkk etdilər. Amma Peyğəmbər onlara buyurdu ki, mən bu yuxunun elə bu il həyata keçəcəyini sizə deməmişdim. Yuxu bir müddətdən sonra da çin ola bilər. Necə ki, Peyğəmbərin bu yuxusu növbəti il – hicrətin 7-ci ili zilqədə ayında müsəlmanların qəza ümrəsi kimi tarixə düşmüş Məkkə ziyarəti ilə reallığa qovuşmuş oldu.

İnsan yaxşı yuxu görəndə bunu yaxın adamlara danışması və sevincini onlarla bölüşməsi yerinə düşər. Amma hədislərdə deyilir ki, pis və xoşagəlməz yuxu görən adam bu barədə heç kimə bir söz deməsin, həmin yuxunun ona ziyan yetirməyəcəyinə inansın və yuxusunun çin çıxmaması üçün Allaha sığınsın. Çünki əksər hallarda başqaları insanın pis yuxusundan xəbər tutanda bunu daha da şişirdir, insanı daha artıq ümidsizliyə və təşvişə düçar edirlər. Ümumiyyətlə, İslam dini müjdə və ümid dinidir. Özünü və başqalarını ümidsizliyə salan, qanını qaraldan, təşviş gətirən, neqativ aura yaradan hərəkətlər dinimizdə bəyənilmir. Pis yuxunu danışmaq da bu qəbildəndir. Xalq ənənəsində pis yuxunu heç kimə danışmamaq, əksinə, axar suya danışmaq və bu yolla sanki onun mənfi gücünü batil etmək inancı vardır.

Sadiq yuxuların həyata keçmə dərəcəsi fərqli olur. Elə yuxular var ki, tam dəqiqliklə və qısa müddət ərzində çin olur. Elə yuxular var ki, qismən reallaşır. Bəzi yuxular uzun müddətdən sonra həyata keçir. Bəzi yuxuların isə həyatdakı təzahürünü görmək üçün rəmzləri, gizli işarələri oxumaq lazım gəlir.

Sadiq röyalara aid bir neçə nüans vardır ki, onları qeyd etməyi lazım bilirik.

Əvvəla, sadiq röyalar adətən səhərə yaxın görülür. Həmçinin, ağacların tumurcuqladığı və meyvələrin yetişdiyi mövsümlərdə (yəni baharın əvvəlində və yayın sonunda) görülən yuxuların daha çox həqiqətə uyğun olduğunu yazırlar.

İkincisi, yuxuda peyğəmbəri və imamları görmək heç zaman şeytanın vəsvəsəsi ola bilməz. Yəni şeytan bu müqəddəs insanların qiyafəsinə girməyi bacarmaz və yuxuda bu qiyafələrdən istifadə etməklə insanı aldada bilməz. Peyğəmbər buyururdu ki, yuxuda məni görmüş adam oyaq halda məni ziyarət etmiş kimidir.

Nəhayət, maraqlı cəhətlərdən biri də budur ki, dünyanın sonuna yaxın möminlərin gördükləri sadiq röyaların sayı artar. Axirəz-zamanda yaşayan möminlər daha çox doğru yuxu görərlər. Bunun səbəbi haqqında deyirlər ki, dünyanın sonuna yaxın zülm artar, möminlər çətin vəziyyətə düşərlər. Onların hər yerdən ümidi üzülər, özlərini köməksiz və tənha hiss edərlər. Bu zaman Allah sadiq röyalarla möminlərə yardım göstərər, onlara müjdələr verər.

Müəllif: İslam.az

 


Yerləşdirilib:18 Fevral, 2013, Baxılıb:24360, Çap
 

Son şərhlər : 19
Müəllif: gulnar | 18 Fevral, 2013  12:51
# Ответить
+10


]]>]]>

Inwallah menimde yuxum cin cixar,ALLAH hamiya komek elesin.AMIN.
Müəllif: Anan | 22 Fevral, 2013  05:43
# Ответить
+5


]]>]]>

Allah razi olsun.
Müəllif: 313 | 23 Fevral, 2013  00:39
# Ответить
+5


]]>]]>

ALLAH RAZI OLSUN,INSHALLAH BIZIMDA YUXULARA ARZU ETDIKLARIMIZ GALSIN VA GORAK.AMIN!
Müəllif: betul | 3 Mart, 2013  16:52
# Ответить
+4


]]>]]>

Allah razi olsun men tez tez yuxuda muqeddeslerimizi gorurem amma hemise fikirlesirdim ki goresen seytan onlarin cildine gire biler?cox sag olun axir ki emin oldugum bir cavab aldim
Müəllif: kenan | 4 Mart, 2013  10:58
# Ответить
+4


]]>]]>

allah komeyiniz olsun.men de dini yuxular cox gorurem
Müəllif: gunay | 20 Mart, 2013  20:04
# Ответить
+2


]]>]]>

ALLAH HER KESI OZ DUALARININ ALTINDA SAXLASIN VE HEC ZAMAN BIZI UNUDULANLARDAN EDIB DE GERCEKLESMEYEN YUXULARA QERQ ETMESIN AMIN!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Müəllif: Nurane | 1 İyun, 2013  09:36
# Ответить
+2


]]>]]>

cox sag olun sade ve bawa duwulen terzde yazilib
Müəllif: lale | 26 Dekabr, 2013  03:23
# Ответить
+4


]]>]]>

Yuxulara coox inaniram
Müəllif: aytac | 30 Dekabr, 2013  02:33
# Ответить
+3


]]>]]>

Yuxularim cooooxx maraqli olur. Yuxulara inanmaq lazimdir mence cunku onlar insan heyatind a1 isare ola bilae r menin fikrmce:-D:-D:-D:-D
Müəllif: Natos | 22 Yanvar, 2014  21:30
# Ответить
+3


]]>]]>

Cox maraqli idi
Müəllif: lala | 9 Mart, 2014  10:37
# Ответить
+3


]]>]]>

Coooxxx saolunn maraqliydi
Müəllif: made | 26 Dekabr, 2015  07:01
# Ответить
0


]]>]]>

Selling secondhand books at our church bazaar, Vendita Replica Orologi RolexI got into an argument with a prospective customer.Replica horloges He was interested in buying The Pocket Book of Ogden Nash but claimed it was overpriced at 35 cents.Replica horloges Other paperbacks were selling for ten or 15 cents each.
Müəllif: Shebnem | 27 Dekabr, 2015  14:48
# Ответить
+3


]]>]]>

Salam men yuxulara cox inaniram, coxda yuxu gorurem. 2cu defedirki yuxuda mene isare olunur, heyat yoldasimin omrune az qalib dediler ve hemen gunun seherisi yuxuda gordum ki mene devetname verdiler dedilerki payla, men dedimki tez deyil hele mene cvb olaraq dedilerki toya 5 gun qalib payla. Bu ne demekdi? Xahis edirem cavablandirin
Müəllif: ertyunvvv | 27 Aprel, 2016  14:26 | Ответ на #2591
# Ответить
+5


]]>]]>

onda heyat yoldasinizin omru uzun olacaq.devatnamede yaxsiya isaredi ,
Müəllif: nusabenermin | 27 Aprel, 2016  14:20
# Ответить
+4


]]>]]>

indi sen gorduyun insan seni yuxuda gore biler?her gun yuxuda gorduyun biri
Müəllif: Emin | 24 İyul, 2016  23:16
# Ответить
+1


]]>]]>

Xeyirlisi INŞAALLAH
Müəllif: Erik | 9 Oktyabr, 2017  21:28
# Ответить
-1


]]>]]>

Yatmamisdan evel ixlas surasini oxuyub yatin
Müəllif: Vusale | 9 İyul, 2018  05:02
# Ответить
0


]]>]]>

Mende 1 il bundan evvel gördüyüm yuxunu indi yawayiram çox qeribedi
Müəllif: roza | 22 İyul, 2018  04:37
# Ответить
0


]]>]]>

men bu gece yuxuda gordumki hamam girmey isteyirem ama qorxuram ele his ediremki orda ezrail var ama gormurem qayitmag isteyirem ama qayida bilmirem gucle sanki iteleyirler meni ora ewhedimi oxumaq isteyirem oxuya bilmirem sora gucle oxudum ewhedimin yarisinda yuxudan ayildim yarisini bele oxudum biraz kecdi azan verildi xaiw edirem yuxumu yozardiz
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com