İNDONEZİYADA İSLAM NECƏ YAYILDI?

Bu gün Indoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur. 250 milyon nəfərdən artıq müsəlman əhalisi olan bu ölkədə Islam dini qılınc və hərb gücünə deyil, tacirlərin vasitəsilə yayılıb.

 

Indoneziyaya Islamı gətirmiş ilk şəxslər heç bu dini təbliğ etmək məqsədi də güdmürdülər, sadəcə olaraq burada alış-verişlə məşğul idilər. Bunun tarixçəsini kitablarda aşağıdakı kimi qeyd ediblər:

Bir müsəlman tacir öz köməkçisi ilə Indoneziyaya parça alverinə gəlir. O zamanlar bu yerlərin əhalisi hələ bütpərəst idi. Tacir özü ilə növbənöv parçsalar gətirmişdi, keyfiyyətindən asılı olaraq hər növ parçanın fərqli qiyməti vardı. Tacir dükanda olmayanda köməkçisi diqqətsizlik edir, ucuz parçanı baha qiymətə müştəriyə satır. Tacir qayıdıb dükanda olmadığı zaman alış-verişin necə getdiyi ilə maraqlanır. Köməkçinin səhvindən xəbər tutanda tacir çox narahat olur: “Bu nə işdir görmüsən? Axı bu halal deyil. Biz müştərinin haqqını yemiş olduq, ondan halallıq almalıyıq”.

Tacir halal-harama o qədər diqqət yetirən adam idi ki, dərhal həmin müştərini axtarmağa başlayır. Çox çətinliklə onun kim olduğunu öyrənir, evinə gedib hadisəni ona danışır, üzr istəyir və pulun artığını qaytarır. Ayrılanda dönə-dönə ondan halallıq istəiyr. Müştəri heyrət içində qalır: “Halallıq vermək nə deməkdir? Biz indiyə kimi belə şey eşidib-görməmişik. Parçaların qiyməti arasındakı fərq çox cüzidir. Sən qəpik-quruşu mənə qaytarmaq üçün bu qədər zəhmət çəkmisən, məni axtarıb tapmısan. Axı niyə?”. Tacir izah etməyə başlayır ki, bizim dinimizdə pulu halallıqla qazanmaq əmr olunub. Başqasının bir qəpik pulunu da mənimsəmək günahdır. Bir kəs başqasının xətrinə dəysə ya ona ziyan vursa, mütləq üzr istəyib halallıq almalıdır. Əks halda, Allahın qəzəbini qazanar.

Müştəri tacirin sözlərinə heyran qalmışdı. Hadisəni qohum-qonşuya danışdı. Tacirin hərəkəti barədə xəbərlər dildən-dilə gəzdi. Nəhayət, söhbət Indoneziya hökmdarının qulağına çatdı.

Hökmdar taciri çağırtdırıb baş verənləri onun öz dilindən dinlədi. Sonra soruşdu: “Deyirsən ki, sənin dinin bu cür davranmağı əmr edir. Mənə bu dindən danış. Islam nədir, müsəlman olmaq üçün nə etmək lazımdır?”. Tacir Islam haqqında danışdıqca, hökmdarın bu dinə rəğbəti artırdı. Islamın əsas prinsipləri, əmr və qadağanları, müsəlmana vacib olan ibadət və əxlaq normaları haqqında məlumat alandan sonra hökmdar qəti surətdə müsəlman olmağa qərar verdi. Hökmdarın ardınca saraya əyanları, daha sonra yerlərdəki valilər müsəlman oldular. Camaat da könüllü surətdə Islama gəlməyə başladı. Beləcə, Indoneziya qısa müddətdə müsəlman ölkəsinə çevrildi.

 


Yerləşdirilib:30 Oktyabr, 2012, Baxılıb:8334, Çap
 

Son şərhlər : 6
Müəllif: Nazim | 30 Oktyabr, 2012  23:26
# Ответить
+6


]]>]]>

Salam aleykum.Allah isteyende belede olur.Meqale ucun teshekkur.
Müəllif: ana | 2 Noyabr, 2012  14:52
# Ответить
+6


]]>]]>

shukurler olsun allaha
Müəllif: Salahuddin | 5 Noyabr, 2012  00:43
# Ответить
-6


]]>]]>

salam alekum olsun quran ve sunneti heyatlarinin her bir sahesinde hakim tutan muminlere qeyd edim ki Ehli sunne bir yerde devet aparanda orada tebii ki islam gozel olmalidir ve buna misal neyinki indoneziya Misir turkiye hetda insani keyfiyyetlerden aciz qalmiw afrika elecede cecenistan efqanistan tacigistan turkmenistan ve s aydindi?
Müəllif: Anar | 5 Noyabr, 2012  13:21
# Ответить
+3


]]>]]>

Salahuddin, bayaq senin bashqa bir sherhini de gordum ve basha dushdum ki, sen sunni yox, vehhabisen. Odur ki, ozunu sunnilere tay tutma. Sunni bashqa, vehhabi bashqadi. Tarixi de hele get yaxshi oxu yazmazdan qabaq
Müəllif: Abelfezl | 6 Noyabr, 2012  16:23
# Ответить
+4


]]>]]>

Yox e, nə sünni? Bu əsl şeytandı insan qiyafəsində
Müəllif: Yusif | 1 İyun, 2013  22:16
# Ответить
+1


]]>]]>

Ay bedbext Selaheddin!! Bedbextsiz ki, bedbext. Yeqin seni infarkt vuracaq, amma sene bir tarixi fakt deyim. Butun Indoneziya ve islam tarixchileri bunu bilir: Indoneziyada islami yayan hemin ilk muselman zeydi teriqetine mensub SHIE olub. Ol, yere gir indi. Ne ferqi var idi, ay bedbext hansi muselman getirmishdi..
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com