PEYĞƏMBƏRİN ALTI TÖVSİYƏSİ

Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Imam Əli ibn Əbu Talibdən (ə) soruşdu: “Ya Əli! Hansını seçərsən: sənə altı yüz min baş sürü bağışlayım, altı yüz min dinar pul verim, yoxsa altı yüz min hikmətli kəlam öyrədim?”.

Əli (ə) buyurdu: “Sonuncunu seçərəm, ey Allahın Rəsulu! Mənə altı yüz min hikmətli kəlam öyrət”. Peyğəmbər buyurdu: “Mən altı yüz min kəlamı cəmi altı kəlamın içində toplayıb sənə deyirəm.
Əvvəla, o zaman ki gördün camaat öz üstünlüklərini (fəzilətlərini) sayıb öyünməklə məşğuldur, sən vacib olan ibadətləri yerinə yetirməklə məşğul ol.
Ikincisi, o zaman ki gördün camaat dünya işlərinə baş qarışdırır, sən axirət işləri ilə məşğul ol.
Üçüncüsü, o zaman ki gördün camaat başqalarının eybini deyib rişxənd etməklə məşğuldur, sən öz eyiblərinlə məşğul ol (yəni onları düzəltməyə çalış).
Dördüncüsü, o zaman ki gördün camaat öz dünyasını bəzəməklə məşğuldur, sən öz axirətini bəzəməklə məşğul ol.
Beşincisi, o zaman ki gördün camaat əməlin (ibadətin) sayını çoxaltmaqla məşğuldur, sən ibadəti ürəkdən, səmimiyyətlə yerinə yetirməklə məşğul ol.
Altıncısı, o zaman ki gördün camaat məxluqun (özündən güclü olanın) ətəyindən yapışır, sən Yaradana sığın”.


Yerləşdirilib:22 Oktyabr, 2012, Baxılıb:5918, Çap
 

Son şərhlər : 5
Müəllif: Saleh | 22 Oktyabr, 2012  12:21
# Ответить
+3


]]>]]>

Gordun ki,camaat mexluqun eteyinden yapishir,sen YARADANA sığın-eger bacarsaq-Xaliqin her növ helli mexluqunkundan qat-qat artiq olacaq.
Müəllif: xedice | 24 Oktyabr, 2012  01:10
# Ответить
+3


]]>]]>

Allah razi olsun
Müəllif: Ramin | 24 Oktyabr, 2012  08:56
# Ответить
+2


]]>]]>

Bu əhlibeyt məktəbidir!!!
Müəllif: Vusal | 27 Oktyabr, 2012  19:17
# Ответить
+2


]]>]]>

ALLAH sizlerden razi olsun... Cox gozel kelamlardi...
Müəllif: Ilqar | 11 Yanvar, 2014  16:19
# Ответить
0


]]>]]>

ALLAHA SHUKURLER OLSUN PEYGEMBERIN DILI ILE BIZLERI QORUYUR.ALLAH SIZLERDEN RAZI OLSUN,AMIN
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com