QƏLBİN DƏYİŞKƏNLİYİ ŞEYTANIN VƏSVƏSƏSİDİR

Imam Mühəmməd Baqirin (ə) səhabələrindən biri o həzrətə dedi: “Ey Peyğəmbərin övladı! Nə zaman ki Sənin hüzuruna gəlirik, qəlbimiz rahatlanır, dünyanı unuduruq, mal-dövlət gözümüzdən düşür. Amma Səndən ayrılıb camaatın arasına qayıdan kimi yenə dünyaya bağlanırıq”.

Imam buyurdu: “Bu, qəlbin hallarına (vəziyyətlərinə) aid olan bir məsələdir. Insanın qəlbi gah bərkiyir, gah da yumşalır”. (Yəni insanin qəlbi gah riqqətə gəlir, imanla dolur, gah da kobudlaşır, mənfi hisslərlə yüklənir). 
Sonra o həzrət buyurdu: “Peyğəmbərin səhabələri də Ona demişdilər: “Ey Allahın Rəsulu! Qorxuruq ki, münafiq olarıq”. Peyğəmbər soruşdu: “Niyə belə deyirsiniz?”. Səhabələr cavab verdilər: “Ona görə ki, Sənin hüzurunda olub Sənin nəsihətlərini eşitdiyimiz vaxt ürəyimiz Allah qorxusu ilə dolur, axirət haqqında fikirlərə qərq oluruq. Sanki cənnəti və cəhənnəmi öz gözümüzlə görürük. Amma buradan çıxıb ailəmizin yanına, gündəlik həyatımıza qayıdan kimi halımız dəyişir. Elə bil heç bayaqkı adam deyilik. Bu dəyişkənlik bizi münafiq etməzmi?”. Peyğəmbər onlara buyurdu: “Xeyr, elə deyil. Qəlbinizdəki bu dəyişiklik şeytanın vəsvəsəsidir ki, sizi dünyaya bağlayır. Allaha and olsun, əgər həmişə birinci halınızda qalsaydınız, mələklər sizinlə əl-ələ verərdilər və siz suyun üzündə yeriyərdiniz”.


Yerləşdirilib:19 Oktyabr, 2012, Baxılıb:5161, Çap
 

Son şərhlər : 7
Müəllif: Kamran | 19 Oktyabr, 2012  11:49
# Ответить
+9


]]>]]>

Allah sheytanin vesveselerinden bizleri qorusun AMİN!!!!!!!!
Müəllif: Nazim | 19 Oktyabr, 2012  20:50
# Ответить
+7


]]>]]>

Salam aleykum.Aqa(s) zuhur elesydi bizde onun yaninda olduqumuz hali yashayib qiyabide olsa bu dunyadan o dunyaya baxardiq ve berk berk yapishib onun eteyinden ondan uzaq dushmekden qorxardiq,eyni zamanda onunla olmaqimiz bize teselli vererdi.Lakin biz her zaman Aqanin(s) bizimle olmaqina inaniriq ve buna shubhe ola bilmez.Allahdan Aqanin(s) zuhurunu bizlerinde qormeyimizi ve onunla bu qelbi aram hali yashamaqimizi nesib etmeyi dileyirem.Meqale ucun teshekkur.
Müəllif: Vefa | 20 Oktyabr, 2012  22:35
# Ответить
+5


]]>]]>

Ele chetin haldi ki.Evimizin yaxinlarinda Medresemiz var.Huseyniyye... ALLAH zalimlara lenet elesin,bagladilar her ne hikmetse.Biz de ora gedende bele halda olurduq.ruhumuz temiz,sakit olurdu.ama indi gede bilmiriy.ve ruhumuzun chirklendiyini hisseliyiriy.INSHAALLAH bu hesrat biter ve Medresemize qovushariq.ALLAH sheytanin sherrinden qorusun.Amin.ALLAH razi olsun sizlerden.
Müəllif: Asya | 22 Oktyabr, 2012  10:42
# Ответить
+5


]]>]]>

Qəlbinizdəki bu dəyişiklik şeytanın vəsvəsəsidir ki, sizi dünyaya bağlayır. Allaha and olsun, əgər həmişə birinci halınızda qalsaydınız, mələklər sizinlə əl-ələ verərdilər və siz suyun üzündə yeriyərdiniz”.
Müəllif: zumrud | 22 Oktyabr, 2012  22:55
# Ответить
+6


]]>]]>

Allah qıldıgımız namzları qebul etsın.Amın!
Müəllif: selay | 8 Noyabr, 2012  22:44
# Ответить
+2


]]>]]>

Ulu Tanri, daima saf ve pak emellerimizi xeyre yazsin! Amin....
Müəllif: samid | 6 Fevral, 2016  08:21
# Ответить
0


]]>]]>

Allah ibadetlermizi qebul etsin insaallaheziz muselman baci ve qardaslar
Adınız |
Mətn
Captcha
|
Captcha
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com